İQTİSADİYYAT
Azərbaycanda elektrik enerjisinin istehsalı artmışdır
Bakı, 29 yanvar (AZƏRTAC). Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin müəssisələri tərəfindən ötən il 1,8 milyard manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir. 2012-ci illə müqayisədə bu sahədə 3,2 faizlik artım əldə olunmuşdur.
Keçən il ölkədə 20,6 milyard kilovat-saat elektrik enerjisi istehsal olunmuş, onun 6,6 faizi su elektrik stansiyalarının, 93,4 faizi istilik elektrik stansiyalarının payına düşmüşdür.