Azərbaycanda Elektron Təhlükəsizlik Xidməti tərəfindən 100-dək müəllimə internetdən təhlükəsiz istifadə mövzusunda təlim keçirilib

Bakı, 8 fevral, AZƏRTAC
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti Beynəlxalq Təhlükəsiz İnternet Günü ilə əlaqədar ümumtəhsil müəssisələrinin müəllimləri üçün internetdən təhlükəsiz istifadə mövzusunda təlim təşkil edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi, eləcə də qurumun regional bölmələrində keçirilən təlimdə Bakı şəhəri, həmçinin Şamaxı, Qəbələ, Şəki, Gəncə, Mingəçevir və Zaqataladan olan 100-dək informatika müəllimi iştirak edib.
Elektron Təhlükəsizlik Xidmətinin əməkdaşı Aysel Hadiyeva çıxışında uşaqların üzləşə biləcəyi kibertəhlükələr, onlarla mübarizə üsulları, əsas kibergigiyena qaydalarından bəhs edib.
Təlimdə iştirak edən müəllimlər sonrakı bir həftə ərzində şagirdlərin internetdən təhlükəsiz istifadə üzrə maarifləndirilməsi məqsədilə açıq dərslər təşkil edəcək və nəticələri barədə Elektron Təhlükəsizlik Xidmətinə məlumat verəcəklər.
Təhsil Nazirliyinin də dəstəklədiyi təlim maraqla qarşılanıb. İştirakçıların müxtəlif sualları cavablandırılıb və müvafiq tövsiyələr verilib.
İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzinin əməkdaşı Zakir İbrahimov çıxışında Mərkəzdə keçirilən təlimlərdən söz açıb.
Qeyd edək ki, Beynəlxalq Təhlükəsiz İnternet Günü Avropa Komissiyasının təşəbbüsü ilə 2004-cü ildən başlayaraq hər il fevral ayının ikinci çərşənbə axşamı günü qeyd olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]
Milli domen adlarında Azərbaycan hərflərindən istifadə olunacaq
Yardımlı rayonunda zəlzələ olub
- [16:47]
Qubada qanunsuz tikili sökülüb
- [10:45]
Sədaqət Hüseynova: Miqren irsi meyilliliyi olan xəstəlikdir
- 18.04.2025 [23:48]
AMADA Xankəndidə antidopinq maarifləndirmə proqramı həyata keçirib
- 18.04.2025 [21:26]
Bakıda türkiyəli rəssamın sərgisi açılıb
- 18.04.2025 [19:53]
“Rəqəmsal gömrük və media” mövzusunda seminar keçirilib
- 18.04.2025 [19:20]
Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib
- 18.04.2025 [19:13]
Mingəçevir şəhərində yeni su layihəsinin icrası başa çatdırılıb
- 18.04.2025 [19:11]
Birinci sinfə elektron qeydiyyatla bağlı görüş keçirilib
- 18.04.2025 [19:03]