İQTİSADİYYAT
Azərbaycanda II sığorta olimpiadası keçiriləcəkdir
Bakı, 22 sentyabr (AZƏRTAC). Sentyabrın 30-da Azərbaycanda II sığorta olimpiadası keçiriləcəkdir.
Azərbaycan Sığortaçılar Assosiasiyasından AZƏRTAC-a verilən məlumata görə, olimpiadada bütün sığorta şirkətlərinin gənc əməkdaşları iştirak edəcəklər.
Olimpiada iki mərhələdən - sığorta və sığorta qanunvericiliyi mövzusunda test suallarının cavablandırılması və intellektual oyunlardan ibarət olacaqdır.
İştirakçıların sığorta sahəsində iş stajı 5 ildən artıq olmamalıdır.