Azərbaycanda innovasiya sisteminin müasir vəziyyəti müzakirə olunmuşdur
Bakı, 16 aprel (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının Elmi İnnovasiyalar Mərkəzi (EİM) və Avropa İttifaqının Texniki Yardım və İnformasiya Mübadiləsi (TAİEX) proqramının təşkilatçılığı ilə “TAİEX proqramı - Avropa İttifaqının Avropa qonşuluq siyasəti çərçivəsində Azərbaycanın innovasiya infrastrukturu sahəsində texniki yardım və informasiya mübadiləsi” mövzusunda seminar keçirilmişdir.
EİM-dən AZƏRTAC-a bildirmişlər ki, seminarda Azərbaycanda innovasiya sisteminin müasir vəziyyəti, Avropa İttifaqında innovasiya sisteminin vəziyyəti və digər mövzularda müzakirələr aparılmışdır.
Tədbirdə EİM-nin nümayəndələri ilə birgə Finlandiyanın texnologiya və innovasiyanın maliyyələşdirilmə agentliyinin meşə və kimya sənayesi departamentinin direktoru Aalto Mika və hüquq məsləhətçisi Evart Liisa, eləcə də Müəllif Hüquqları Agentliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun əməkdaşları iştirak etmişlər.
Seminar aprelin 19-dək davam edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]
“Google” görmə və tərcümə üzrə yeni süni intellekt modeli təqdim edib
Bu saata olan əsas xəbərlər
- [12:00]
Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir
- 08.06.2026 [23:50]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [23:27]