CƏMİYYƏT
Azərbaycanda istehsal edilən yaşıl enerji havanın üç milyon tona qədər karbon qazı ilə çirklənməsinin qarşısını alır VİDEO
Bakı, 29 oktyabr, AZƏRTAC
Qarabağ və Şərqi Zəngəzurda 32 su elektrik stansiyası istismara verilib. Bunların tam gücü 270 meqavata bərabərdir.
AZƏRTAC xəbər verir ki, bunu “Yaşıl Enerji Elektrik Stansiyası” MMC-nin direktoru Emil İbadov deyib.
Onun sözlərinə görə, hazırda 6 yeni su elektrik stansiyasının tikintisi davam edir və onların toplam gücü 37,5 meqavat təşkil edir.
“Regionda gücü 150 meqavata bərabər olan daha 30 yeni stansiya layihəsinin icrası üçün potensial var. Bütün bu stansiyalar regionları tam elektrik enerjisi ilə təmin etməyə qadirdir. “Azərenerji” ildə 600 milyon kilovat yaşıl enerji istehsal edir. Bununla 160 milyon kubmetr təbii qaza qənaət olunur, üç milyon tona qədər karbon qazının havaya buraxılmasının qarşısı alınır”, - deyə E.İbadov qeyd edib.