İDMAN
Azərbaycanda keçiriləcək dünya çempionatının maskotunun adı elan olunmuşdur
Bakı, 13 aprel (AZƏRTAC). “AİTF-2012” XI Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisində futbol üzrə “FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012”-nin təbliğatı davam edir.
AZƏRTAC xəbər verir ki, aprelin 13-də “Bakı Ekspo” sərgi və toplantı mərkəzində keçirilən sərgidə dünya çempionatının rəsmi maskotunun adı elan olunmuşdur. Mundialın maskotu Top-top qız adlandırılmışdır. Adın müəllifi olan Bəhram Bağırzadəyə çempionatın təşkilat komitəsi tərəfindən hədiyyə təqdim etmişdir.
“FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012”-nin təşkilat komitəsinin üzvləri də tədbirdə iştirak etmişlər.
Sərginin ziyarətçiləri dünya çempionatının hazırlıq işləri ilə tanış olmuş və müxtəlif suallara cavab almışlar.