Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Azərbaycanda mikrobiologiya elminin inkişaf perspektivlərinə həsr olunan respublika konfransı yekunlaşıb

Bakı, 1 aprel, AZƏRTAC

Aprelin 1-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mikrobiologiya İnstitutunun yaradılmasının 50 illiyinə və bu elmi müəssisənin inkişafında əhəmiyyətli xidmətləri olan akademik Məmməd Salmanovun anadan olmasının 90 illiyinə həsr edilən yubiley tədbiri və “Yeni tendensiyalar və innovasiyalar: Azərbaycanda mikrobiologiya elminin inkişaf perspektivləri” mövzusunda respublika konfransı keçirilib.

Əvvəlcə konfrans iştirakçıları Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, tanınmış dövlət xadimi Əziz Əliyevin və görkəmli alim, akademik Cəlal Əliyevin məzarları da ziyarət olunub.

Konfransdan öncə institutda 50 ildə əldə olunan elmi nailiyyətlərə həsr edilən sərgiyə baxış keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

AZƏRTAC xəbər verir ki, konfransı giriş sözü ilə açan AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov müasir dövrdə mikrobiologiya elminin əhəmiyyətinə toxunub. O, Mikrobiologiya İnstitutunda 50 il müddətində uğurlu kadr potensialının formalaşdırılması ilə yanaşı, elm sahəsində də mühüm işlərin görüldüyünü bildirib. Arif Həşimov mikrobiologiya elminin müasir inkişaf səviyyəsinə çatdırılmasında görkəmli mikrobioloq alimlərimizin böyük xidmətləri olduğunu qeyd edərək, akademik Məmməd Salmanovun bu alimlər arasında elmimizə verdiyi töhfələri ilə seçildiyini, o cümlədən institutun yaradılmasında yaxından iştirak etdiyini diqqətə çatdırıb. Bildirib ki, akademik Məmməd Salmanovun elmi yaradıcılığı bu institutla sıx bağlı olub. O elmi müəssisə yaradılan ilk gündən burada çalışıb, uzun illər bu müəssisəyə rəhbərlik edib.

“Aparılan uğurlu dövlət siyasətinin nəticəsidir ki, Azərbaycan dünyada baş verən çaxnaşmalar, müharibələr dövründə belə öz stabilliyini qoruyub saxlayır”, - deyə bildirən akademik A.Həşimov bu stabilliyin saxlanılması, ölkənin gələcək inkişafının təmin olunmasında elm adamlarının üzərinə də böyük məsuliyyət düşdüyünü diqqətə çatdırıb.

Onun sözlərinə görə, əhalisi getdikcə artan və qlobal problemlərlə üzləşən dünyamızda ərzaq və qida təhlükəsizliyinin, həmçinin bioloji təhlükəsizliyin təmin edilməsi həyati əhəmiyyət daşıyır. Bunun üçün isə müxtəlif istiqamətli fundamental və tətbiqi mikrobioloji tədqiqatların aparılması vacibdir.

Akademik Arif Həşimov çıxışının sonunda Mikrobiologiya İnstitutu kollektivini 50 illik yubiley münasibətilə təbrik edib, hər kəsə mikrobiologiya elmimizin inkişafında yeni nailiyyətlər, yaradıcılıq uğurları arzu edib. O, institutun əldə etdiyi təcrübəyə və mövcud kadr potensialına, eləcə də AMEA-nın dəstəyinə arxalanaraq bundan sonra da öz işini effektiv quracağına, qarşıya qoyulan vəzifələrin öhdəsindən gəlmək üçün bütün gücünü səfərbər edəcəyinə əminliyini ifadə edib.

Daha sonra AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova “Azərbaycanda mikrobiologiya elminin inkişafı və müasir dövrün çağırışları” mövzusunda məruzə ilə çıxış edib.

Alim 100-dən çox yaşı olan mikrobiologiya elminin yaranması və inkişafı tarixi haqqında danışıb. Vitse-prezident 1902-ci ildə Gəncədə taun əleyhinə stansiyanın fəaliyyətə başladığını qeyd edərək, burada ilk dəfə olaraq insanlarda və heyvanlarda xəstəlik törədən patogen mikroorqanizmlərlə bağlı tədqiqatlar aparıldığını bildirib. O, 1935-ci ildə Bakı Dövlət Universitetində Mikrobiologiya kafedrasının yaradıldığını, mikrobiologiya elminin əsaslı inkişafının isə AMEA ilə bağlı olduğunu qeyd edib. Akademikin sözlərinə görə, Azərbaycanda ümumi mikrobiologiyanın bir çox sahələri ilə bağlı tədqiqatlar 20 ilə yaxın bir müddətdə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya, Zoologiya institutlarında kiçik bölmələrdə aparılıb.

İradə Hüseynova diqqətə çatdırıb ki, 1972-ci ilin fevralında AMEA-nın Rəyasət Heyətinin qərarına əsasən, Mikrobiologiya sektoru yaradılıb və 1994-cü ilədək həmin adla fəaliyyət göstərib. Həmin illərdə bu sektora görkəmli alim, ictimai-siyasi xadim, Azərbaycan elminin müasir istiqamətlərinin yaradıcısı, akademik Cəlal Əliyev rəhbərlik edib. 1994-cü ildə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə Mikrobiologiya bölməsinə institut statusu verilib və Ədliyyə Nazirliyi tərəfindən elmin mikrobiologiya və biotexnologiya sahələrinə aid fundamental elmi tədqiqat işləri aparan dövlət müəssisəsi kimi dövlət qeydiyyatına alınıb.

“Hazırda Mikrobiologiya İnstitutu AMEA-nın struktur vahidi kimi AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin tərkibində fəaliyyətini davam etdirir, institutda mikrobiologiya və biotexnologiya sahəsində fundamental və praktiki tədqiqatlar aparılır”, - deyə vitse-prezident bildirib.

O, pandemiya dövrünün mikrobiologiya elminin inkişaf etdirilməsi zəruriliyini ortaya qoyduğunu, dünyanın ən zəngin ölkələrinin belə koronavirus qarşısında acizlik göstərdiyini bildirib. Bu baxımdan mikrobiologiya elminin maddi-texniki bazasının yaradılmasının, onun inkişafına daim diqqət göstərilməsinin mühüm məsələlərdən olduğunu vurğulayıb.

“Bu gün Mikrobiologiya İnstitutunda aparılan tədqiqat işləri bir çox sahələr üçün əhəmiyyətlidir və ölkəmiz üçün vacib xarakter daşıyır”, - deyən akademik İradə Hüseynova qeyd edib ki, torpaqlarımızın öyrənilməsi, suların mikrobioloji təhlükəsizliyinin təmin olunması kimi problemlər elmin innovativ xarakterli tədqiqatlarına önəm verən Mikrobiologiya İnstitutunda geniş tədqiq olunur.

Vitse-prezident deyib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi Zəfərlə başa çatdıqdan sonra Qarabağa böyük qayıdışda Azərbaycan alimləri də fəal iştirak edirlər: “Qarabağın su və torpaq resurslarında mikrobioloji tədqiqatların aparılması, burada bioloji təhlükəsizlik problemlərinin araşdırılması dövlət əhəmiyyəti daşıyır və alimlərimizin üzərinə mühüm vəzifələr qoyur. Mikrobiologiya İnstitutunun əməkdaşları tərəfindən artıq Qubadlı və Zəngilan rayonlarının, Şuşa və ətraf ərazilərin su ehtiyatlarının mikrobioloji tədqiqinə başlanılıb və onların əhatə dairəsi getdikcə genişlənir”.

İradə Hüseynova, həmçinin akademik Məmməd Salmanovun institutun formalaşmasında gördüyü əhəmiyyətli işlər barədə məlumat verib, alimin elmi fəaliyyətinin 20 ilinin bu institutla bağlı olduğunu diqqətə çatdırıb, eləcə də apardığı tədqiqatların böyük bir qisminin ölkəmizin sularının öyrənilməsinə həsr olunduğunu bildirib. O, görkəmli alimi 90 illik yubileyi münasibətilə təbrik edib, Məmməd Salmanova bundan sonra da uzun illər elmimizə dəyərli töhfələr verməyi arzu edib.

Yubiley tədbirində Mikrobiologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradov “AMEA Mikrobiologiya İnstitutu - 50” mövzusunda məruzə ilə çıxış edərək müəssisənin keçdiyi yola nəzər salıb. Baş direktor akademiklər Məmmədtağı Qəniyev, Məhərrəm Məmmədyarov, professor Nisəxanım Mehdiyeva kimi mərhum alimlərimizin institutun inkişafında göstərdiyi xidmətlərdən bəhs edib.

İnstitutda aparılan elmi tədqiqat işlərinin əsas istiqamətlərini diqqətə çatdıran məruzəçi ölkəmizin su, meşə və torpaq ekosistemlərində məskunlaşan mikrооrqаnizmlərin yayılması qanunauyğunluqlarının fiziоlоji-biоkimyəvi, ekoloji və biоtехnоlоji əsaslarının öyrənilməsi, onlardan praktiki məqsədlər üçün istifadənin elmi əsaslarının hazırlanması, eləcə də su, torpaq və meşələrin müasir ekoloji vəziyyətinin mikrobioloji və mikoloji cəhətdən qiymətləndirilməsi istiqamətində müəssisədə əhəmiyyətli elmi nailiyyətlərin əldə olunduğunu vurğulayıb.

Pənah Muradov, həmçinin su mikrоbiоlоgiyаsı, mikrobioloji biotexnologiya və neftlə çirklənmiş torpaqlarda gedən mikrobioloji proseslərin öyrənilməsi və neftin parçalanmasında iştirak edən mikrооrqаnizmlərin fəaliyyətinin intensivləşdirilməsi üçün Azərbaycanda neft mikrоbiоlоgiyаsının inkişafına institut tərəfindən verilən elmi dəstəyin əhəmiyyətindən danışıb.

Yubiley tədbirində institutun laboratoriya müdiri professor Nəriman İsmayılov “Akademik Məmməd Salmanovun elmi və elmi-təşkilati fəaliyyəti” mövzusunda məruzəsini təqdim edib. Bildirib ki, akademik Məmməd Salmanovun su mikrobiologiyası sahəsində son 60 ildə Xəzər dənizində apardığı tədqiqatlarda əldə etdiyi nailiyyətlər yerli və xarici mütəxəssislər tərəfindən fundamental tədqiqatlar kimi qiymətləndirilib.

Məruzəçi Məmməd Salmanovun indiyə kimi dünyanın müxtəlif ölkələrində 600-ə yaxın elmi əsəri, monoqrafiyası, kitabı, məqalə-oçerki və s. xarakterli yazılarının dərc edildiyini, alimin rəhbərliyi altında onlarla fəlsəfə doktorunun yetişdirildiyini diqqətə çatdırıb.

Professor Nəriman İsmayılov qeyd edib ki, akademik Məmməd Salmanovun xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, alim “Şöhrət” ordeni və Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif olunub. Görkəmli alim elmin populyarlaşdırılması, xüsusilə ekologiyanın təbliğində, tədris-tərbiyə məqsədli dərslik vəsaitlərinin çap olunmasına görə müxtəlif medal və mükafatlara layiq görülüb.

Qeyd olunub ki, 2002-2020-ci illərdə AMEA Mikrobiologiya İnstitutunun direktoru kimi çalışmış Məmməd Salmanov hazırda həmin institutda baş elmi işçisi kimi elmi tədqiqatlarını, pedaqoji fəaliyyətini və ictimai işlərini davam etdirir.

Tədbirdə AMEA-nın vitse-prezidenti akademik Dilqəm Tağıyev çıxış edərək akademik Məmməd Salmanovla uzun illər davam edən dostluq münasibətlərindən danışıb, alimlə bağlı xatirələrini bölüşüb və yubilyarı təbrik edib. “Mikrobiologiya İnstitutunun AMEA-nın Kimya Elmləri Bölməsinə daxil olan institutlarla sıx əməkdaşlıq əlaqələri mövcuddur”, - deyən akademik Dilqəm Tağıyev bu əlaqələrin daha da genişləndirilməsinin zəruriliyinə toxunub.

AMEA-nın vitse-prezidenti 2022-ci ilin UNESCO tərəfindən Fundamental Elmlər İli elan edildiyinə diqqət çəkərək bu gün keçirilən konfransın da məhz belə bir əlamətdar tarixə təsadüf etdiyini bildirib. Akademik Dilqəm Tağıyev institut kollektivini müəssisənin yaradılmasının 50 illiyi münasibətilə təbrik edib, onlara yeni elmi nailiyyətlər arzulayıb.

Konfransda, həmçinin Radiasiya Problemləri İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü İslam Mustafayev, Fiziologiya İnstitutunun baş direktoru professor Ulduz Həşimova, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Əlövsət Quliyev, Botanika İnstitutunun icraçı direktoru Şakir Qasımov, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun icraçı direktoru Ələmdar Məmmədov, Azərbaycan Tibb Universitetinin əməkdaşı Aynur Ənsərova və digərləri çıxış edərək AMEA-nın Mikrobiologiya İnstitutunun fəaliyyət göstərdiyi müddətdə Azərbaycan elminə verdiyi dəyərli töhfələrdən danışıblar, akademik Məmməd Salmanovla bağlı xatirələrini bölüşüblər. Çıxış edənlər akademik Məmməd Salmanovun Azərbaycan elminin inkişafında çoxillik zəngin və məhsuldar fəaliyyətindən, alimin zəngin elmi irsindən, yüksək mənəvi və insani keyfiyyətlərindən bəhs ediblər.

Daha sonra AMEA Mikrobiologiya İnstitutuna və akademik Məmməd Salmanova həsr edilən filmin nümayişi olub.

Konfrans işini onlayn formatda davam etdirib. Tədbirdə “Mikrobiologiyanın müasir problemləri”, “Leyşmanioza qarşı mübarizənin müasir aspektləri”, “Göbələklər vasitəsilə gümüş nanohissəciklərin alınması” və digər aktual mövzulara həsr olunan plenar məruzələr, eləcə də “Torpaq mikrobiologiyasının dünəni, bu günü və perspektivləri: nəzəriyyədən təcrübəyə”, “Azərbaycanın müxtəlif biotoplarına aid mikromisetlərin eko-fizioloji xüsusiyyətləri”, “Yem bitkilərinin becərildiyi torpaqların tərkibindəki qida elementlərinə tələbatı”, “Antropogen təsirə məruz qalmış meşələrdə patogen mikobiotanın formalaşması” və s. mövzularda çıxışlar dinlənilib.

Sonda təqdim olunan məruzələrə dair müzakirələr aparılıb, suallar cavablandırılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Livanın cənubunda silsilə partlayışlar baş verib

Bu gün DİM hərbi liseylərə qəbul imtahanı keçirir

Tramp andiçmə mərasimindən əvvəl Ukraynadakı münaqişəni həll edəcəyinə söz verib

Göbələk depressiyadan qurtulmağa kömək edir

Boliviya - Çili sərhədində avtobusla yük maşını toqquşub, 16 nəfər ölüb

Yunanıstanda bir gündə 45 meşə yanğını baş verib

Marneulidə Beynəlxalq Şahmat Gününə həsr olunmuş turnir keçirilib

Qırğızıstan informasiya agentliyi Prezident İlham Əliyevin Şuşa Media Forumundakı çıxışını geniş işıqlandırıb

Gürcüstan və Avstriya parlamentariləri Cənubi Qafqazdakı prosesləri müzakirə ediblər

Naxçıvanda gömrük sahəsində yüksək nailiyyətlər üçün ticarətin asanlaşdırılması imkanları nəzərdən keçirilib

Türkiyə mediası Prezident İlham Əliyevin Şuşa mediaforumundakı çıxışını geniş işıqlandırıb

Əməkdar artist Fuad İbrahimov haqqında “Euronews” telekanalında süjet yayımlanıb

“Kazinform”: AQEM-in baş katibi Nyu-Yorkda keçirdiyi görüşlərdə COP29-un əhəmiyyətini qeyd edib

İtaliyada zəncirvari qəza: bir ölü, 17 yaralı var

Fransada parçalanmış parlament koalisiya hökumətinin qurulması prosesinə başlayır

Azərbaycan klubu Qubada keçirilən beynəlxalq basketbol turnirində mübarizəni dayandırıb

MN: “Birləşdik - 2024” təlimində iştirak edən heyətimiz Vətənə qayıdıb

İkinci Şuşa Qlobal Media Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib

Prezident İlham Əliyev: Əminəm ki, Türk Dövlətləri Təşkilatının çox böyük gələcəyi var

Şanxayda Qədim Misir eksponatları sərgisinə rekord sayda ziyarətçi gəlib

Prezident: Pakistan mediasında hər zaman qardaş dəstəyi görmüşük

Azərbaycan Prezidenti: Biz gözəl bilirik ki, ən çox karbon tullantıları istehsal edən böyük ölkələr hansılardır

Prezident İlham Əliyev: Biz istəyirik ki, Azərbaycanda keçiriləcək COP29 həmrəylik tədbiri olsun

Prezident: Afrika İttifaqının bir çox üzvləri ilə fəal təmaslarımız var

Prezident İlham Əliyev: Azərbaycan qazının Avropaya nəqlini iki dəfə artırmaq bizim hədəfimizdir

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib
Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev: Atdığımız bütün addımlar əsas məqsədi güdür: iqtisadi və siyasi müstəqilliyimizi daha da gücləndirmək

Prezident: Yaşıl enerji ilə bağlı bir çox məqamlar insanları və qərar qəbul edənləri düşünməyə vadar edir

Prezident: Torpaqlarımızı azad etmək üçün lazım olsaydı, daha 17 il gözləyərdik

Azərbaycan Prezidenti: Sülh və ərazilərimizin azad edilməsi naminə bütün şəxsi emosiyalarımı kənara qoymalı idim

Prezident İlham Əliyev: Ümid edirəm ki, seçkilərdən sonra ABŞ-da və Avropada Azərbaycan haqqında daha yaxşı anlayış olacaq

BMT Ümumdünya Şahmat Gününü dayanıqlı inkişaf kontekstində qeyd edib

Azərbaycan Prezidenti: Britaniyada bütün liderlər mənə Ermənistan, sülh sazişi haqqında suallar verirdilər

Prezident: Avropa bir tərəfdən bizdən qaz hasilatını artırmağı xahiş edir, digər tərəfdən bunu maliyyələşdirmir

Türkiyədə növbəti aeroportun açılışı olacaq

Bir sıra dövlət qurumlarının və şirkətlərin mətbuat katiblərinin “Neft Daşları”na səfəri təşkil olunub

Azərbaycan Prezidenti: Bizim ABŞ-la münasibətlərimiz demək olar hər zaman sabit olub

Prezident İlham Əliyev Qlobal Media Forumunda Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb VİDEO

Azərbaycan Prezidenti: Ermənistanla normallaşma prosesində irəliləyiş baş verir VİDEO

Prezident İlham Əliyev: Biz Qlobal Cənubla Qlobal Şimal arasında körpülər qururuq

Bank kartlarına kiberhücumlar edən şəbəkə üzvləri həbs ediliblər VİDEO

Belarus nəşri: Üç onillik ərzində Azərbaycan Cənubi Qafqazda strateji tərəfdaşlığımızın etibarlı dayağına çevrilib

Fərrux Mahmudov: Qubada basketbol turnirinin keçirilməsi bölgələrdə bu idman növünün inkişafına müsbət təsir edəcək

Prezident: Bizim COP heyətimiz çox səmərəli işləyir

Azərbaycan Prezidenti: Bəzi ölkələr hələ də kolonializmdən əziyyət çəkir və biz onlara kömək etmək istəyirik

Prezident İlham Əliyev: Region ölkələri ilə sıx əlaqələr bizə imkan verdi ki, iqtisadi problemlərin böyük əksəriyyətini həll edək

Azərbaycanın basketbol klubu beynəlxalq turnirdə ilk oyununu keçirib

Prezident: Biz nə işğalı, nə verdiyimiz qurbanları, nə də Qələbəmizi heç zaman unutmayacağıq

Azərbaycan komandası Stokholmda keçirilən beynəlxalq minifutbol turnirinə qələbə ilə başlayıb

The Guardian”: Azərbaycan qazıntı yanacağı istehsalçılarına qlobal istiləşmə ilə mübarizəyə qoşulmağı təklif edir

Plastik və şüşə butulka, işlənmiş batareya əvəzinə ekoçanta

Prezident: Biz istərdik ki, Azərbaycanda və regionda baş verən hadisələr obyektiv şəkildə işıqlandırılsın

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə dəyirmi masa keçirilib

Özbəkistan dünya əhəmiyyətli ənənəvi kənd təsərrüfatı sistemlərinə qoşulacaq

Azərbaycan Prezidenti: Rusiya ilə ikitərəfli münasibətlərdə həll oluna bilməyən məsələ mövcud deyil

“Nature Communications”: Universal vaksin reallığa çevrilə bilər

“Mədəniyyət paytaxtı” film-konsert layihəsinin təqdimatı keçirilib

Trilyonlara aparan yol: Zəngəzur dəhlizinin qlobal ticarətdə rolu

Prezident İlham Əliyev: Biz uzun illər ərzində faktların manipulyasiyasının, yanlış narrativlərin qurbanı olmuşuq VİDEO

Dərman bazarı liberallaşdırılır: İdxal şaxələndirilir, qeydiyyat asanlaşdırılır, nəzarət gücləndirilir

Prezident İlham Əliyev: Biz Cənubi Qafqaz regionunda tarixi transformasiyanın şahidiyik

Ərdoğan: Türkiyə ŞKTC-nin tanınmasına nail olmaq əzmindədir

“ARAF” kuboku uğrunda konkur yarışlarının qalibi bəlli olub

“Dərman vasitələrinin təqib və izləmə sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dərman vasitələrinin ekspertizasının aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 dekabr tarixli 502 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan idmançısına “Paris-2024” Yay Paralimpiya Oyunlarında iştirak hüququ verilib

İngiltərə Futbol Assosiasiyası yığmanın yeni baş məşqçisi ilə bağlı elan verib

Fövqəladə Hallar Nazirliyi bir neçə mərkəzdə maarifləndirmə tədbiri keçirib

Laçında Məhəbbət Kazımovun həyat və yaradıcılığına həsr olunan ədəbi-bədii gecə keçiriləcək

Türkiyəli futbolçunun qolu Avropa çempionatının ən yaxşısı seçilib

Çində daşqın səbəbindən 30-dan çox sakin itkin düşüb

Azərbaycan Şahmat Federasiyası ilə FIDE arasında əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib

YAP Mərkəzi Aparatında Milli Məclisə seçkilərlə əlaqədar müşavirə keçirilib

UNEC qlobal reytinqdə 684 pillə irəlilədi

“Bank kartının məlumatlarını verməyin, risklidir” – DİN çağırış edir

Abşeron rayonunda 100 min manatlıq elektrik əşyalarını oğurlayan iki nəfər saxlanılıb

“Azərreyl”in voleybolçusu: Hədəfimiz Avropa çempionu olmaqdır

Polis özünü general kimi təqdim edən şəxsi dələduzluğa görə saxladı

II Şuşa Qlobal Media Forumunun iştirakçıları Azərbaycanın mədəniyyət paytaxtına çatıblar

Azərbaycan klubu tanınmış futbolçunun qardaşını transfer edib

Portuqaliya yığmasının baş məşqçisi: Azərbaycan millisi ilə oyuna ciddi hazırlaşacağıq

Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir

“Arab News”: COP29 ərəfəsində ev sahibi ölkə kimi Azərbaycan yaşıl inkişaf məqsədlərinə nail olmağa çalışır

ANAMA-dan mina təhlükəsi ilə bağlı vətəndaşlara çağırış

Çində körpü uçub, 11 nəfər ölüb, 30 nəfər itkin düşüb VİDEO

Qəhrəmanlıq ənənələrinə sədaqət ruhunda

Türkiyə Müdafiə Nazirliyi: Kipr türklərini heç vaxt tək qoymayacağıq

Asim Xudiyev UEFA-dan yeni təyinat alıb

“Fövqəladə hallar könüllüləri” proqramı üçün seçilən şəxslər təlimlərə cəlb edilib

Türkiyə dünya ictimaiyyətini ŞKTC-ni tanımağa çağırıb

Qurtuluşun başlanğıc günü

Faktiki hava: Əsasən dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan yağıb

İkinci Şuşa Qlobal Media Forumunun iştirakçıları Füzuli rayonuna gəliblər VİDEO

Türkiyə Prezidenti Lefkoşaya bayram tədbirlərinə gəlib

Banqladeşdə komendant saatı tətbiq edilir

Azərbaycan millisinin kapitanı: Portuqaliya ilə oyunlar bizə təcrübə qazandıracaq

Bu il övladlığa verilmiş uşaqlarla bağlı 342 monitorinq keçirilib

Azərbaycan idmançısı beynəlxalq turnirdə gümüş medal qazanıb

FHN: Ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 7 nəfər xilas edilib, 3 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib

Xəzər dənizinin Azərbaycana mənsub bölməsində aşkar olunan qaçaqmal götürülüb