AZƏRBAYCANDA MÜXTƏLİF SAHƏLƏRDƏ, O CÜMLƏDƏN TİKİNTİDƏ İŞLƏMƏK ÜÇÜN XARİCDƏN İŞÇİ QÜVVƏSİ GƏLİR
Bu barədə Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2008-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında məlumat vermişdir. Dövlət Miqrasiya Xidmətinin vaxtında yaradıldığını vurğulayan dövlət başçısı demişdir ki, indi elə etməliyik, Azərbaycana işləməyə gələn xarici işçi qüvvəsi yerli vətəndaşların iş yerlərini tutmasınlar, onlara rəqabət yaratmasınlar. Eyni zamanda, Azərbaycanda özlərini bizim adət-ənənələrimizə uyğun şəkildə, qanunlara uyğun şəkildə aparsınlar. Dövlət bu sahədə siyasətini çox ciddi tənzimləməlidir.
Azərbaycan zəngin ölkəyə, inkişaf etmiş ölkəyə çevrilməlidir, biz bu vəzifəni qarşımıza qoymuşuq - fikrini önə çəkən dövlət başçısı bildirmişdir ki, belə olan halda, gələcəkdə Azərbaycana miqrantların gəlişi daha da böyük, kütləvi xarakter ala bilər. Biz buna hazır olmalıyıq və elə etməliyik ki, Azərbaycan xalqının maraqları tam şəkildə təmin olunsun. Yəni indi işləmək istəyən insanlar, onların böyük əksəriyyəti iş tapa bilərlər. Vaxtilə Azərbaycanın bölgələrindən başqa ölkələrə gedən insanlar artıq ya öz yaşadıqları rayonlarda işləyirlər, yaxud da Bakıya gəlirlər. Bu da müsbət göstəricidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [17:08]