Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Azərbaycanda qida nəzarəti sisteminin qiymətləndirilməsi aləti” konsepsiyası üzrə Bakıda keçirilən ikigünlük tədbir başa çatıb VİDEO

Bakı, 5 aprel, AZƏRTAC

“Azərbaycanda qida nəzarəti sisteminin qiymətləndirilməsi aləti” konsepsiyası üzrə Bakıda keçirilən ikigünlük yekun tədbir başa çatıb. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə təşkil edilən tədbir bu gün Qida nəzarəti sisteminin qiymətləndirilməsinin nəticələri üzrə yüksək səviyyəli görüşlə yekunlaşıb. Görüşdə qida nəzarəti sistemi üzrə prioritet sahələr, strateji tədbirlər və gələcək fəaliyyətlər müzakirə olunub.

AZƏRTAC xəbər verir ki, yüksək səviyyəli görüşdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Milli Məclisinin, Qida Təhlükəsizliyi Agentliyinin, Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ), Kənd Təsərrüfatı Nazirliyinin (KTN), Səhiyyə Nazirliyinin (SN), Dövlət Gömrük Komitəsinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin, FAO-nun, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST), Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) və digər qurumların nümayəndələri iştirak edib.

Görüşdə çıxış edən AQTA sədri Qoşqar Təhməzli bildirib ki, ölkədə qida təhlükəsizliyi sisteminin institusional olaraq formalaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilməkdədir. Bu tədbirlər əhalinin daha təhlükəsiz qida məhsulları ilə təmin edilməsinə, kənd təsərrüfatı və qida məhsullarının ixrac potensialının artırılmasına mühüm töhfələr verib. Görülən işlər qida sənayesi sektorunda müasir standartların tətbiqinə, istehlakçıların hüquqlarının müdafiəsinə və idxal-ixrac prosesi zamanı qida məhsullarının təhlükəsizliyinin təmin olunmasına müsbət təsir göstərib. Eyni zamanda, ötən dövrdə qida zənciri üzrə həyata keçirilən nəzarət və tənzimləmə tədbirlərinin nəticələri təhlil edilib, qida məhsullarının təhlükəsizliyinin təmin olunması sahəsində qabaqcıl beynəlxalq təcrübədə mövcud olan yanaşmalar öyrənilib və tətbiqinə başlanılıb. Qida təhlükəsizliyi sisteminin qurulması istiqamətində hazırkı dövrdə prioritet kəsb edən məsələ yeni çağırışlar əsasında mövcud qida təhlükəsizliyi sisteminin beynəlxalq tələblərə tam uyğunlaşdırılması və yekun məhsulların təhlükəsizliyi səviyyəsinin yüksəldilməsidir ki, bu istiqamətdə də müvafiq tədbirlər görülür.

Q.Təhməzli qeyd edib ki, bu çərçivədə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı” qəbul olunub. Proqramın icrası ilə əlaqədar Agentlik tərəfindən ölkədə insan, heyvan və bitki sağlamlığı üçün təhlükə törədən müvafiq risklərin idarə edilməsi, biotəhlükəsizliyin qorunması və təmin olunması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilməkdədir. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn 15 qayda layihəsi hazırlanıb və təsdiq olunub. Agentliyin Kollegiyasının müvafiq qərarları ilə bir sıra texniki normativ-hüquqi aktlar qəbul edilib, bir sıra texniki normativ-hüquqi aktlara dəyişiklik olunub. AQTA sədri, həmçinin idxal-ixrac əməliyyatları zamanı qida təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi, respublikanın biotəhlükəsizliyinin təmin edilməsi, xüsusi təhlükəli xəstəliklərlə mübarizə, Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi, sağlam qidalanmanın təşviqi, sahibkarlarla iş, yerli və beynəlxalq təşkilatlarla, eləcə də müxtəlif ölkələrin müvafiq qurumları ilə əməkdaşlıq, ölkəmizdən Avropa İttifaqına fındıq məhsullarının ixracı sahələrində həyata keçirilən işlər, eləcə də AQTİ-nin fəaliyyəti barədə görüş iştirakçılarını məlumatlandırıb. Həmçinin bildirib ki, ötən 5 il ərzində müasir qida təhlükəsizliyi sisteminin qurulması ilə bağlı görülən işlərin və sistemin qiymətləndirilməsinin aparılması AQTA üçün çox önəmli olub. Çünki növbəti atılacaq addımlar, təkmilləşdirilməli olan sahələrdə əldə ediləcək nəticələr Agentliyin fəaliyyətinin daha da səmərəli təşkilinə kömək göstərəcək.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxışı zamanı vurğulayıb ki, KTN “dəyər zənciri” prinsipini tətbiq etməklə insan qidası üçün tam təhlükəsiz ərzaq məhsullarının “tarladan süfrəyə” çatdırılması işində bilavasitə iştirak edir. Bitki və heyvan sağlamlığı nazirliyin daim diqqət mərkəzindədir. Qida zəncirinin ilk həlqələrində məhsuldar heyvanların sağlamlığına töhfə verən yüksəkkeyfiyyətli heyvan mənşəli qida məhsullarını əldə etmək üçün bütün preventiv tədbirlər görülür.

Səhiyyə naziri Teymur Musayev diqqətə çatdırıb ki, qidaların keyfiyyətli və təhlükəsiz olması qida ilə əlaqəli xəstəlik hallarının yayılmasının qarşısını alır və səhiyyə sistemini mümkün təhdidlərdən qoruyur. Qida təhlükəsizliyi sisteminin effektivliyi isə bütün maraqlı tərəflərin ehtiyaclarına yönəlik vahid missiyanın mövcudluğundan başlayır. Bu baxımdan AQTA ilə Səhiyyə Nazirliyi əhali arasında müxtəlif maarifləndirmə tədbirləri keçirir, xüsusən də məktəblilər arasında düzgün qidalanmanın təşviqinə dair birgə tədbirlər icra olunur.

Milli Məclisin Aqrar siyasət komissiyasının sədri Tahir Rzayev bildirib ki, son illərdə ölkədə qida təhlükəsizliyinin təmin edilməsi, qida məhsullarının keyfiyyətinin yaxşılaşdırılması və ixrac potensialının artırılması sahəsində nəzərəçarpan nailiyyətlər əldə olunub. Respublikada əhalinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsi, qida məhsullarının təhlükəsizliyinə nəzarət sisteminin səmərəliliyinin daha da artırılması, qida sənayesinin daha rəqabətli və beynəlxalq bazarlarda daha nüfuzlu olması istiqamətində addımlar atılıb.

Nazirlər Kabinetinin Aqrar və ekologiya şöbəsinin müdiri Lətif Qasımov vurğulayıb ki, son illərdə “qida” anlayışı köklü transformasiyaya uğrayaraq, yalnız qida qəbulu ilə bağlı deyil, həm də sağlamlığın, psixofiziki rifahın qorunmasında və bəzi xəstəliklərin qarşısının alınmasında mühüm rol oynayan faktora çevrilib. Həmçinin qida təhlükəsizliyi sahəsində dünya miqyasında yeni çağırışlar meydana gəlib. Dünyada qida təhlükəsizliyi əhəmiyyətli məsələyə çevrilib, bu sahədə müvafiq qurumlar yaradılıb. Ölkəmizdə də bu istiqamətdə mühüm addımlar atılıb və nailiyyətlər əldə olunub.

Tədbirin çox əhəmiyyətli olduğunu önə çəkən FAO-nun Azərbaycandakı nümayəndəsi Nasar Hayat qeyd edib ki, milli qida nəzarəti sistemi istehlakçıların sağlamlığının qorunmasında və qida məhsullarının ticarəti sahəsində ədalətli təcrübənin təmin edilməsində mühüm rol oynayır. Bu sistem hər bir ölkədə səhiyyənin səviyyəsi, hüquqi və institusional baza və analitik resurslar da daxil olmaqla, dəstək xidmətlərinin mövcudluğu kimi xüsusi şərtlərdən asılıdır. Sistemin öz funksiyalarını səmərəli şəkildə yerinə yetirə bilməsi həm də onun daha da gücləndirilməsinin planlaşdırılması, yeni bazarların və ticarət əlaqələrinin inkişafı, eləcə də daxili bazarda etimadın yaradılması üçün mühüm siqnaldır.

Daha sonra Agentliyin və FAO-nun nümayəndələri təqdimatlarla çıxış edib, müzakirələr aparılıb, qida nəzarəti sisteminin qiymətləndirilməsinin ölkəmizdə bu sahənin təkmilləşdirilməsinə töhfə verəcəyi vurğulanıb.

Qeyd edək ki, “Azərbaycanda qida nəzarəti sisteminin qiymətləndirilməsi aləti” konsepsiyası üzrə yekun tədbirin ilk günü FAO və ÜST-nin alətindən istifadə etməklə Qida Nəzarəti Sisteminin Qiymətləndirilməsinin Nəticələri üzrə Texniki Görüş keçirilib. Görüşdə qida nəzarəti sistemi üzrə prioritet sahələr və strateji tədbirlər müəyyənləşdirilib.

“Qida nəzarəti sisteminin qiymətləndirilməsi aləti” adlı layihə çərçivəsində ölkəmizdə aparılan qiymətləndirmə nəticəsində respublikamızdakı mövcud qida təhlükəsizliyi sistemi üzrə FAO-nun və ÜST-nin müəyyənləşdirdiyi ideal sistemlərin 25 səriştəsinin (kompetensiya) nəzərə alındığı və işlək olduğu aşkarlanıb. Bu isə mövcud qida təhlükəsizliyi sisteminin beynəlxalq təşkilatlar tərəfindən müəyyən edilmiş standart və tələblərə uyğunluğunu göstərir. Layihəyə cəlb edilən beynəlxalq ekspertlər isə qiymətləndirmə prosesində əldə olunan nəticələrdən çıxış edərək Azərbaycanda qida təhlükəsizliyi sistemində böyük nailiyyətlərin əldə olunduğunu bildiriblər.

 

“Azərbaycanda qida nəzarəti sisteminin qiymətləndirilməsi aləti” konsepsiyası üzrə Bakıda keçirilən ikigünlük tədbir başa çatıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

SB62 sessiyasının sədrləri COP29-un sədrliyi və nümayəndə heyətinin fəaliyyətinə yüksək qiymət verir

Tedaruk.az portalında ərzaq məhsullarına dair tələbatların yerləşdirilməsi davam edir

Konfrans Liqası: Azərbaycan klublarının rəqibləri bəlli olub

Ədliyyə Nazirliyi “Mobil icra” tətbiqini istifadəyə verib

Xəzərin dibində saniyədə 400 terabit: Qazaxıstan və Azərbaycanın iddialı layihəsi

BMT-nin baş qərargahında Srebrenitsa soyqırımına dair sərgi açılıb

“Barselona” yeni qapıçı transfer edib

Dövlət Komitəsinin sədri Sabirabad rayonunda vətəndaşlarla görüşəcək

Ötən beş ayda əlilliyi olan şəxslərə 57 min reabilitasiya vasitəsi verilib

COP30-un yüksəksəviyyəli çempionu: Biz COP29 Sədrliyi ilə birgə yenə də QHT-ləri iqlim fəaliyyətinə səfərbər etməyə çalışırıq

Xankəndi tikiş fabrikinin Bakıda satış mərkəzi açılacaq

“ASAN xidmət” modeli beynəlxalq tədbirdə diqqət mərkəzində olub

Xroniki xəstəliyi olanlar isti havalarda nələrə diqqət etməlidir?

Serbiya Birləşmiş Ərəb Əmirlikləri ilə süni intellekt sahəsində əməkdaşlığa başlayıb

LANDAU Şahmat Festivalının açılış mərasimi keçirilib

Mütəxəssis: Saat 11:00-dan 17:00-a qədər uşaqların birbaşa günəş şüaları altında qalması təhlükəlidir

Nazir müavini: Azərbaycandakı dini inanc azadlığı fundamental insan hüquqlarından biridir

Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyinə həsr olunmuş “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” mövzusunda beynəlxalq konfransın iştirakçılarına

QDİƏT PA-nın 66-cı plear sessiyasının keçiriləcəyi məkan və tarix məlum olub

Türkiyənin media nümayəndələrinin Sumqayıt Kimya Sənaye Parkına səfəri təşkil edilib

Neftçalada narkotik tərkibli bitkilər becərən şəxslər saxlanılıb

İndoneziyada vulkan püskürməsi Baliyə 30 aviareysin ləğvinə səbəb olub

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının keçirilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin ilk iclası olub

Camaal Hill: Bakıdakı yarış mənim üçün önəmlidir

Paytaxt üzrə 528 müəllim sertifikatlaşdırma prosesinə dəvət olunub

Qazaxıstan qısa müddətdə BTC kəməri ilə illik neft ixracını 2,2 milyon tona qədər artırmağı planlaşdırır

Tacikistanlı döyüşçü: Bakıda hər şey idealdır

“Ustad Ələsgərin Göyçə harayı – Vətənə sarı” layihəsinin icrasına başlanılıb

Topdansatış mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb

Kağızsız Ticarət Şurasının sessiyası keçirilib

AzMİU və Ankara Universiteti arasında Orhun Mübadilə Protokolu imzalanıb

Prezident Ərdoğan: Türkiyə müdafiə sahəsində xaricdən asılılığı tam aradan qaldırmağı hədəfləyir

Avropa Liqası: “Sabah”ın II təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşib

Elm və təhsil naziri beynəlxalq konqres çərçivəsində Çinin ali təhsil müəssisələrinin nümayəndələri ilə görüşüb

İran İsrailə 400 ballistik raket atıb

Cüdo məşqçiləri üçün təlim proqramı genişlənir

"Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar" mövzusunda beynəlxalq konfrans panel sessiyalarla davam edir

Orta Dəhlizlə yükdaşımaların illik həcmi 11 milyon tona çatdırıla bilər

Pentaqon hərbi nəqliyyat təyyarələrini Avropa bazalarına yerləşdirib

Rafael Fiziyev: Doğma publika önündə döyüşmək möhtəşəm hissdir

Pezeşkian İranın böhrandan çıxa biləcəyinə ümid edir

Bonn İqlim düşərgəsində “Yaşıl dünya: təbiət və mədəniyyət” pavilyonu Azərbaycan QHT-lərinin Qlobal Cənuba dəstəyi olaraq qurulub

Azərbaycan nəşrləri Pekin Beynəlxalq Kitab Sərgisində

Şimal-qərb bölgəsində sertifikatlaşdırma prosesinin ilk günündə 116 müəllim iştirak edib

Hesabat: Qazaxıstan ilə Azərbaycan arasında bərpaolunan enerji sahəsində geniş əməkdaşlığın təməli qoyulur

Bonn şəhərində NDC 3.0 prosesində gənclərin və uşaqların iştirakına dair panel sessiya keçirilib

Azərbaycan UNESCO-nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 2005-ci il Konvensiyası”na Tərəf Dövlətlərin Konfransının 10-cu sessiyasında iştirak edir

Ağdamın Kəngərli kəndində daha 40 ailəyə evlərinin açarları təqdim olunub VİDEO

Ağdamın Kəngərli kəndində daha 40 ailəyə evlərinin açarları təqdim olunub VİDEO

“Araz-Naxçıvan” 4 futbolçu ilə yollarını ayırıb

Azərbaycanın və Belarusun müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

Çempionlar Liqası: “Qarabağ”ın rəqibi məlum olub

Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdaridən

Urska Kezmah: Məhkəmə-hüquq sistemində rəqəmsallaşma prosesi sürətləndirilməlidir

Türkiyənin müdafiə naziri İranla sərhədə yollanıb

İşğaldan azad olunan ərazilərdə çalışan təhsilverənlər ilk dəfə sertifikasiya imtahanlarında iştirak ediblər FOTO

Ukrayna Ali Radası çoxsaylı vətəndaşlıq haqqında qanunu dəstəkləyib

Agentlik: Sertifikatlaşdırmanın bugünkü test imtahanlarında 2019 müəllim iştirak edib

“TRT Haber” Kahramanmaraşın “Azərbaycan” məhəlləsi barədə reportaj yayımlayıb

Armudu stəkan - naxışlarında ənənələri təcəssüm etdirən sənət nümunəsi

Leyla Həsənova: İqlimlə bağlı proseslərdə uşaqlar kənarda qalmamalıdır

Türkiyədən olan nümayəndə: Məhkəmə-hüquq sistemi qlobal sınaqla qarşı-qarşıyadır

ASAN könüllüləri Türk dünyası gənclərini bir araya gətiriblər

Malayziyada Qərbi Azərbaycan həqiqətlərindən danışılıb

Çinin Dalian Texnologiya Universitetinin nümayəndə heyəti BDU-da olub

Prezident İlham Əliyev Bolqarıstan Milli Assambleyasının sədrini qəbul edib VİDEO

Prezident İlham Əliyev Bolqarıstan Milli Assambleyasının sədrini qəbul edib VİDEO

İngiltərə Premyer Liqasında yeni mövsümün təqvimi açıqlanıb

Fatih Dönməz: İkinci Qarabağ müharibəsindən sonra regionda dayanıqlı sülh üçün unikal fürsət yaranıb

Media: Tramp Rusiya neftinin qiymətinin aşağı salınması əleyhinədir

Almaniyada Üzeyir Hacıbəylinin 140 illiyinə həsr edilmiş konsertlər təşkil olunub

İrakli Mezurnişvili: Qara Dəniz regionunun inkişafına töhfə verən bütün təşəbbüsləri qətiyyətlə dəstəkləyirik

Qırğızıstanlı UFC döyüşçüsü: Tofiq Musayevlə görüşdə bütün ssenarilərə hazıram

“Bioloji aktiv qida məhsullarına dair sanitariya norma və qaydaları” təsdiq edilib

AMADA Norveçdə keçirilən Avropa antidopinq konfransında idarəetmə üzrə əsas sessiyaya moderatorluq edib

ADAU ilk dəfə “Times Higher Education” beynəlxalq reytinqində

Deputat: Azərbaycan regionun nəqliyyat mərkəzlərindən birinə çevrilib

Türkiyəli deputat: QDİƏT PA-nın 65-ci plenar sessiyası əməkdaşlığımızın inkişafına mühüm töhfə verəcək

Bakıda “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” adlı beynəlxalq konfrans keçirilir - YENİLƏNİB  VİDEO

Bakıda “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” adlı beynəlxalq konfrans keçirilir - YENİLƏNİB VİDEO

Bakıda keçiriləcək UFC turniri İdman TV-də canlı yayımlanacaq

Naxçıvanda su xəttində qəza baş verib

Azərbaycan ŞƏT-in İKT üzrə məsul qurum rəhbərlərinin 4-cü görüşündə təmsil olunub

Goranboyda respublikada taxıl biçininin təşkilinə həsr olunmuş regional müşavirə keçirilib

Qazaxıstan-Azərbaycan iqtisadi əməkdaşlığının perspektivlərinə dair hesabat hazırlanıb

Naxçıvanda təhsilverənlərin sertifikatlaşdırma prosesinə start verilib

Çingiz Əsgərov: Azərbaycanda hakim ştatlarının sayı 800-ə çatdırılıb

Julyan Revalski: Azərbaycanın elmi qurumlarının fəallığı və təşəbbüskarlığı regional əməkdaşlıq üçün mühüm imkanlar yaradır

Aslan Kərimov: “Sabah” Sloveniya klubuna qalib gələ bilmək iqtidarındadır

RSPC SEE-nin Baş katibi: Parlamentlərarası əməkdaşlıq regionumuz üçün mühüm əhəmiyyət kəsb edir

Elnur Bağırov: Ölkəmizdə dövlət satınalmalarının həcmi 1,5 dəfə artıb

SBSTA-nın sədri: Azərbaycanın zəngin təcrübəsi və uğurlu diplomatiyası SB62 gündəliyinin təsdiqlənməsində vəziyyəti müsbətə doğru dəyişdi

Nazim Sadıxov: Rəqibim Nikolas Mottadan çəkinmirəm

Məktəb psixoloqları müsahibəyə cəlb olunacaq

Nazir müavini: İqtisadiyyatın qeyri-neft-qaz sektorunda əlavə dəyər istehsalı 3,9 faiz artıb VİDEO

Nazir müavini: İqtisadiyyatın qeyri-neft-qaz sektorunda əlavə dəyər istehsalı 3,9 faiz artıb VİDEO

Hərbi qulluqçularımız Serbiyada keçirilən beynəlxalq təlimdə iştirak edirlər

Sabah hava əsasən yağmursuz olacaq

BSTDB-nin vitse-prezidenti: Qarşılıqlı dəstək regional sabitliyin və inkişafın təməlidir

Medianın İnkişafı Agentliyi jurnalistlər üçün müsabiqə elan edib

Ötən ay yaşa görə aylıq sosial müavinət alanların sayı açıqlanıb

Sumqayıt Teatrında “Qaravəlli” tamaşasının premyerası olacaq

QDİƏT Azərbaycanın sədrliyinin göstərdiyi səyləri və verdiyi töhfələri yüksək qiymətləndirib

Tramp: ABŞ İranın hava məkanına tam nəzarət edir