Azərbaycanda sıxılmış təbii qaz yanacaqdoldurma şəbəkəsi genişlənir
Bakı, 30 aprel, AZƏRTAC
Hazırda “SOCAR Petroleum” QSC-yə məxsus 29 yanacaqdoldurma məntəqəsinin (YDM) beşində sıxılmış təbii qaz (STQ) (CNG - compressed natural gas) mühərrik yanacağının satışı həyata keçirilir.
QSC-dən AZƏRTAC-a bildirilib ki, bundan başqa, 7 yanacaqdoldurma məntəqəsində CNG məntəqələrinin quraşdırılması işləri aparılır. Beləliklə, yaxın zamanda “SOCAR Petroleum” QSC-yə məxsus 12 YDM-də CNG mühərrik yanacağının satışı həyata keçiriləcək. Cari ilin sonunadək isə CNG mühərrik yanacağının satışını həyata keçirən yanacaqdoldurma məntəqələrinin sayının 21-ə çatdırılması planlaşdırılır.
Qeyd edək ki, CNG - beynəlxalq praktikada geniş istifadə olunan qənaətli, ekoloji təmiz və ən təhlükəsiz mühərrik yanacağıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]