Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramının təqdimatı olmuşdur

Bakı, 24 fevral (AZƏRTAC, Cavid Bədəlov). Fevralın 24-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Fondun məktəbəbəqədər təhsil müəssisələrinin inkişafı proqramının təqdimatı olmuşdur.

Tədbirdə məktəbəbəqədər təhsil müəssisələrində mövcud vəziyyət də müzakirə edilmişdir.

Təqdimat mərasimində çıxış edən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva son illər ölkəmizdə iqtisadi yüksəlişin bütün sahələrdə özünü büruzə verdiyini, təhsilin inkişafına göstərilən diqqətin və bu sahəyə ayrılan vəsaitin artdığını bildirdi. Qeyd edildi ki, son 10 ildə ölkədə 2700 məktəb inşa olunub və ya əsaslı təmir edilib. Bununla da 1 milyondan çox şagirdin təhsil almaq şəraiti yaxşılaşdırılıb.

Mehriban Əliyeva 2005-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin uğurla icra olunduğunu qeyd edərək dedi ki, hazırda böyük infrastruktur layihələrinin icrasına cəlb olunmuş Azərbaycan şirkətlərinin və sahibkarlıq subyektlərinin sosial məsuliyyəti artmalı, işgüzar dairələr sosial layihələrdə iştirak etməlidir.

Üçüncü regional inkişaf proqramı çərçivəsində təmirə ehtiyacı olan bütün məktəblərin yenidən qurulacağını və ölkədə bir dənə də olsun təmirsiz məktəbin qalmayacağını deyən Mehriban Əliyeva Fondun “Uşaq evləri və internat məktəblərinə dəstək” layihəsindən də danışdı, bu çərçivədə 32 internatın və uşaq evinin yenidən qurulduğunu və layihənin icrası zamanı Heydər Əliyev Fondunun özəl sektor ilə gözəl işbirliyi yaratdığını diqqətə çatdırdı.

Artıq Heydər Əliyev Fondunun yeni layihəyə start verdiyini bildirən Mehriban ƏLİYEVA dedi:

- Ölkəmizdə uşaq bağçalarının tikintisinə çox böyük ehtiyac vardır. Uşaqlar demək olar ki, günün yarısını bağçada keçirirlər. Bu təhsil ocaqlarında olan şərait, orada uşaqlarımızın aldıqları tərbiyənin keyfiyyəti, hökm sürən ab-hava çox vacibdir. Uşaqların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması məhz bu müəssisələrdə formalaşır. Belə olan halda, əlbəttə, biz təhsilin bu sektoruna daha böyük diqqətlə yanaşmalıyıq.

Birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun məktəbəqədər təhsil müəssisələrində mövcud vəziyyətin monitorinqini apardığını, ilkin mərhələdə bu monitorinqin paytaxtı əhatə etdiyini, gələcəkdə onun bütün ölkədə aparılacağını qeyd etdi. Azərbaycanın birinci xanımı ümidvar olduğunu bildirdi ki, Fond tərəfindən icra edilən digər layihələr kimi, məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramı da uğurla icra olunacaqdır.

Sonra Fondun apardığı monitorinqin nəticələri təqdim olundu.

Təqdimatda Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələri haqqında geniş məlumat verildi. Bildirildi ki, paytaxtda 414 belə müəssisə mövcuddur. Onlardan 137-sinin əsaslı təmirə ehtiyacı vardır, 11-i isə qəzalı vəziyyətdədir. Hazırda 133 məktəbəqədər təhsil müəssisəsində təmir işləri aparılır.

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Heydər Əliyev Fondunun bu istiqamətdə gördüyü işləri yüksək dəyərləndirdi. Bildirdi ki, məcburi köçkünlər üçün salınan 83 qəsəbədə 28 min şagird yerlik 140 orta məktəb, 50 uşaq bağçası tikilib. Yaxın iki ayda isə Bakı şəhərindən bağçalarda məskunlaşan 133 ailənin yeni mənzillərə köçürülməsi gözlənilir.

Təhsil naziri Mikayıl Cabbarov Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun yeni təşəbbüsünə görə minnətdarlığını bildirdi. Nazir məktəbəqədər təhsilin uşaqların formalaşmasındakı rolundan, bu müəssisələrdə mövcud problemlərin aradan qaldırılmasından danışdı.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov hazırda Bakıda 345 məktəbəqədər təhsil müəssisəsində 36 min 977 uşağın təlim-tərbiyə aldığını, 174 uşaq bağçasının tam təmir olunaraq burada lazımi şəraitin yaradıldığını, bu il 34 yeni uşaq bağçasının təmirdən sonra istifadəyə veriləcəyini dedi. O, qeyd etdi ki, bununla belə, statistik məlumatlara görə, 1 yaşından 5 yaşınadək 157 min 349 uşağın bağçaya ehtiyacı vardır. Yəni, hazırda bu yaşda uşaqların yalnız 23,4 faizi uşaq bağçalarında təlim-tərbiyə alır. Bununla da 6 qrupluq 1105 uşaq bağçasına ehtiyac vardır.

UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramı ilə bağlı təşəbbüsə qoşulmağın onun üçün şərəf olduğunu dedi, erkən təhsilin vacibliyindən, bu sahəyə qoyulan investisiyaların böyük nəticələr verdiyindən danışdı.

Yeni proqramın təqdimatına yekun vuran Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva səslənən bütün fikir və təkliflərin nəzərə alınacağını dedi.

Mehriban Əliyeva təhsili vacib strateji sahə adlandıraraq, həm Fondun, həm dövlət qurumlarının, həm də özəl sektorun köməyi ilə böyük nailiyyətlər əldə ediləcəyini vurğuladı.

Heydər Əliyev Fondunun əməkdaşlığa hazır olduğunu diqqətə çatdıran Mehriban ƏLİYEVA dedi:

- Bu il mayın 10-da Heydər Əliyev Fondunun 10 ili tamam olur. Bu illər ərzində, əlbəttə, Heydər Əliyev Fondu ölkəmizin ictimai həyatının müxtəlif sahələrində çox fəal iştirak edib. Bir çox layihələr, proqramlar icra edib. Qısa söyləsəm, bizim ən böyük nailiyyətimiz ondan ibarətdir ki, on il ərzində biz Azərbaycan xalqının hörmətini, dəstəyini qazanmışıq. Bizə inanırlar.

Heydər Əliyev Fondunun prezidenti bir daha əminliklə vurğuladı ki, birgə səylər nəticəsində digər layihələr kimi, bu proqram da uğurla icra olunacaqdır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Alyaskada itmiş təyyarədə olan 10 nəfərin hamısı ölüb YENİLƏNİB

Şolts: NATO-nun Qrenlandiyada mövcudluğu artırılmalıdır

Məşhur avtomobil istehsalçısı “Porsche” böhranla üzləşib

Tramp Putinlə danışıqlar aparmaq niyyətində olduğunu açıqlayıb

Böyük Britaniyada diabet xəstələrinin sayı rekord həddə çatıb

Yaponiyalı mütəxəssis: Egey dənizindəki seysmik aktiv bölgədə 7,5 bal gücündə zəlzələ ola bilər

Dağ velosipedi üzrə Avropa çempionatı Höteborqda keçiriləcək

Bundesliqa: “Bavariya” Münxendə “Verder Bremen”in qapısından üç cavabsız top keçirib

İtaliya ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinə tətbiq etdiyi sanksiyalara qarşı çıxmayıb

ABŞ hərbi xərcləri azaltmaq niyyətindədir

“Bloomberg”: Aİ Suriyanın enerji sektoruna qarşı sanksiyaları dayandıra bilər

Araşdırma: Tütün və alkoqolun azaldılması xərçəng hallarının qarşısını ala bilər

Tamar Çiburdanidze: USAID dezinformasiyalar yaymaqla hibrid müharibə aparırdı

Zaqatalada avtomobil aşıb, iki nəfər yaralanıb

İtaliya sahillərində güclü zəlzələ olub

Tramp USAID-in fəaliyyətini saxtakarlıq və korrupsiya kimi qiymətləndirib

İsrail fevralın 8-də 183 fələstinli məhbusu azad edəcək

Azərbaycanlı rejissor Qazaxıstanda türkiyəli dramaturqun pyesini səhnələşdirib

Tramp gələn həftə Zelenski ilə görüşməyi planlaşdırır

“Azərişıq” ASC Medianın İnkişafı Agentliyi ilə birgə Zəngilana mediatur təşkil edib

Şəkidə fərdi yaşayış evində yanğın baş verib

İsveç hökuməti odlu silahlara lisenziya verilməsi qaydalarının sərtləşdirilməsini təklif edir

® Yeni bir dövrün başlanğıcı: Bir ekosistem ictimaiyyətə təqdim olundu

Türkiyəli ekspert: Paşinyanın ziddiyyətli bəyanatı Ankara ilə aparılan danışıqlara zərbə vurur

Sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib VİDEO

USAID-in taleyi: Konqresdə böyük mübarizə gözlənilir - ŞƏRH

Azərbaycan və Karib Ölkələri Birliyi arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Britaniyada “TikTok” məhkəməyə verilib

Azərbaycanla Ermənistan arasında itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsinə dair fikir mübadiləsi aparılıb

® “Unibank” işğaldan azad edilmiş ərazilərimizə ilk güzəştli biznes krediti ayırıb

İzmirdə Azərbaycan ilə Türkiyənin iş adamları birgə fəaliyyət imkanlarını müzakirə ediblər

Adi və güzəştli ipoteka kreditləri üzrə müraciətlərin sayı açıqlanıb

“DeepSeek” xidmətinin istifadəsinə məhdudiyyət qoyulub

Prezident İlham Əliyev Bakıda metronun “Gənclik” stansiyasının yaxınlığında yaradılan yeni parkın açılışında iştirak edib VİDEO

Ərdoğan: 2028-ci ildən sonra yeni bir İstanbul, yeni bir Türkiyə inşa edəcəyik

Ağdamda cəsur əsgər Rahib Məmmədovun xatirəsi anılıb

Serbiya-Macarıstan neft kəmərinin tikintisinə ilin sonu başlanacaq

Xarici İşlər Nazirliyinin 2025-ci il üzrə əsas prioritetləri müzakirə olunub

® “Biznes proseslərində güvən, sürət və innovasiya” adlı innovativ rəqəmsallaşma həlləri mövzusunda konfrans keçirilib

XII Qlobal Bakı Forumuna həsr olunmuş rəsmi qəbul keçirilib

Britaniya hökuməti “Apple” istifadəçilərinin şifrələnmiş məlumatlarına giriş tələb edib

Almaniyada ixracın və sənaye istehsalının həcmi azalıb

Beynəlxalq tədbirin iştirakçıları Azərbaycanda kosmik hava fəaliyyətləri barədə məlumatlandırılıb

Mirsalam Qənbərov: Nəqliyyat infrastrukturunun yaxşılaşdırılması zamanı ətraf mühit normalarına diqqət yetirilməlidir

Müstəqilliyimiz əbədidir: Gənclər Azərbaycanın gələcəyidir

Biləsuvarda Milli Qəhrəman Mübariz İbrahimova həsr olunan sərgi açılıb

Qəbələnin iki kəndində həkim məntəqəsi əsaslı təmir olunub

Andras Laszlo: USAID və ona bağlı fondlar bir çox ölkələrin siyasətinə müdaxilə edib

Avropa çempionatı: Azərbaycan millisinin seçmə mərhələdəki oyunlarının təqvimi açıqlanıb

İlon Maskın AfD-yə dəstəyindən sonra Almaniyada “Tesla” avtomobillərinin satışları xeyli azalıb

BSU-da müasir avadanlıqlarla təchiz olunmuş mərkəz və laboratoriyalar tələbələrin istifadəsinə verilib

Fransanın Mərkəzi Afrika Respublikasında yeni təzyiq aləti - humanitar proqramlar və QHT-lər

Əmanətlərin Sığortalanması Fondu bu günədək ödədiyi kompensasiyanın məbləğini açıqlayıb

Bakının bir sıra ərazisində su və kanalizasiya xətləri dəyişdirilib

AKİA sədri Füzulidə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Qərbi Azərbaycandan olan həndbolçu: Səbirsizliklə doğma torpaqlarımıza qayıdacağımız günü gözləyirik

Ukrayna ilk dəfə Avropa İttifaqına biometan ixrac edib

İşğaldan azad olunan ərazilərdə hazırda tikintisi davam edən yarımstansiyalar açıqlanıb

Akademik Əhəd Canəhmədovun “Kainat haqqında düşüncələr” traktatının təqdimatı olub

Mobil bulud hesablamalarının optimal sintezi istiqamətində aparılan tədqiqatların nəticələri müzakirə olunub

“Azərişıq”: Son 10 ildə enerji yığımı 80 faizdən 97,5 faizə yüksəlib

Baş prokuror Zərdabda vətəndaşları qəbul edib

“Xəbərdarlıq edildi ki, çıxmasanız sizin üçün yaxşı olmayacaq” - Qərbi azərbaycanlı acı xatirələrini danışır

AFFA-nın aşağı liqalarının oyunları hava şəraiti ilə əlaqədar təxirə salınıb

Daxili işlər naziri Qusarda vətəndaş qəbulu və sıra baxışı keçirib

Dünya futbolunda qış transfer rekordu yenilənib

® “Coca-Cola” İsmayıllıda investisiya dəyəri 68 milyon manat olan zavod açır

Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki müəyyən olunub

Qəhvəyi mərmər bağacığı ilə bağlı mübarizə tədbirləri davam etdirilir

Komitə sədri Bahar Muradova Yevlaxda vətəndaş qəbulu keçirəcək

ETSN yağıntılı və küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

Britaniyada mobil telefon oğurluqları iki dəfə artıb

Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi yad edilib

San-Pauluda təyyarə avtomobillərlə toqquşub, ölənlər var - YENİLƏNİB

Azərbaycan Parlament Sədrlərinin 6-cı Dünya Konfransında təmsil olunacaq

AzMİU tələbələri xaricdə təhsil və karyera imkanları barədə məlumatlandırılıb

Maya Sandu: Dnestryanı bölgə sanksiyaların pozulmayacağı təqdirdə Rusiyadan qaz ala bilər

Mirsalam Qənbərov: Məqsədimiz həyata keçirilən layihələrin icrası zamanı ekoloji normaların gözlənilməsinə nail olmaqdır

Fici adalarında 6 bal gücündə zəlzələ olub

“Azərişıq” azad olunan ərazilərdə həyata keçirdiyi layihələri açıqlayıb

Nərimanov rayonunda yolun təhsil müəssisəsinin ərazisindən keçən hissəsində mövcud olan 50 ağac köçürülüb

Bu il cənub bölgəsində 4 məktəb binasının tikilib istifadəyə verilməsi planlaşdırılır

Bakıda “Rəqəmsal məktəb” platforması istifadəyə verilib

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə təkrar müraciət edib

Serxio Ramos Meksika klubuna keçib - RƏSMİ

BSU-nun beynəlmiləlləşmə siyasətinin inkişaf perspektivləri təhlil edilib

Dövlət orqanlarında 88 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

“Bank Respublika” Bakı Ali Neft Məktəbi ilə əməkdaşlığa başlayıb

BƏƏ ötən il Rusiyaya turist axını edən ölkələr sırasında üçüncü yerdədir

Birinci Qarabağ müharibəsi şəhidi Tərlan Məmmədov Yevlaxda dəfn edilib

Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev yeni vəzifəyə təyin olunmuş maliyyə nazirini kollektivə təqdim edib

Regionlarda xidmət sektoru üzrə yeni sahibkarlıq obyektləri yaradılıb

Beynəlxalq Olimpiya Komitəsinin idmançıların psixi sağlamlığı və təhlükəsizliyinə dair metodiki vəsaitləri Azərbaycan dilinə tərcümə edilib

Türkiyədə ilk dəfə olaraq Azərbaycan dili kursları fəaliyyətə başlayacaq

Dövlət Xidməti həqiqi hərbi xidmətə və mülki işə qəbul olmaq istəyən vətəndaşlar üçün müsabiqə elan edir

A.R.Əliyevin Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

A.R.Əliyevin Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Astanada Türk Mədəniyyəti və İrsi Fondunun II Şura toplantısı keçirilib

“SBI Markets”: Azərbaycan müsbət investisiya mühiti nümayiş etdirir – MÜSAHİBƏ

Türkmənistanda Azərbaycan məhsullarının onlayn satışı başlanılıb