Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın BMT yanında daimi nümayəndəsinin Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar məktubu Birləşmiş Millətlər Təşkilatının rəsmi sənədi kimi yayılmışdır

Bakı, 4 mart (AZƏRTAC). Xəbər verildiyi kimi, Azərbaycanın BMT yanında daimi nümayəndəsi Aqşin Mehdiyev Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Muna məktub göndərmişdir. Məktub martın 4-də BMT-nin rəsmi sənədi kimi yayılmışdır. AZƏRTAC məktubun mətnini təqdim edir.

Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsinin baş katibin adına 2014-cü il 24 yanvar tarixli məktubu

 

Məlumdur ki, Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında davamlı silahlı münaqişə 1987-ci ilin axırlarında Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ Muxtar vilayətinə açıq iddialarından başlanmışdır. Bu iddialar azərbaycanlılara hücumların başlanmasına və onların həm muxtar vilayətdən, həm də Ermənistanın özündən qovulmasına səbəb olmuşdur. 200 mindən çox azərbaycanlının Ermənistandakı evlərindən məcburi deportasiyası qətllər, işgəncələr və digər cinayətlərlə müşayiət olunmuşdur. Bu, açıq şəkildə təsdiq edir ki, bu, separatçıların əsassız və qanunsuz tələbləri lap əvvəldən beynəlxalq birliyi yanıltmaq üçün səmərəsiz cəhdlər göstərən erməni təbliğatının iddia etdiyi kimi, “dinc məqsədlər” olmamış, Azərbaycanın ərazilərinin zorla ələ keçirilməsinə və orada vahid tərkibli etnik zonaların yaradılmasına yönəlmişdi.

1991-ci ilin axırı - 1992-ci ilin əvvəllərində Sovet İttifaqının hər iki keçmiş respublikası müstəqillik əldə etdikdən sonra Ermənistan Azərbaycana qarşı tammiqyaslı müharibəyə başladı. Nəticədə Azərbaycan ərazisinin xeyli hissəsi, o cümlədən Dağlıq Qarabağ regionu və ətraf 7 rayon Ermənistan tərəfindən işğal olundu. Həmin dövrü Dağlıq Qarabağ regionunda və onun hüdudlarından kənarda dinc azərbaycanlılara hücumların miqyasının, intensivliyinin və tezliyinin artması ilə xarakterizə olunur. Bu müharibə zamanı minlərlə insan qətlə yetirilmiş və yaralanmış, yüz minlərlə insan qaçqına və məcburi köçkünə çevrilmişdir.

İyirmi iki il əvvəl Azərbaycanın Xocalı şəhəri sakinlərinə misli görünməmiş qəddarlıqla divan tutulmuşdur. Münaqişəyə qədər Dağlıq Qarabağ regionunun bu şəhərində 7 min adam yaşayırdı. 1991-ci ilin oktyabrından şəhər erməni silahlıları tərəfindən tamamilə mühasirəyə alındı. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı güclü top atəşinə tutulduqdan sonra müxtəlif istiqamətlərdən şəhərə hücum başlandı.

Erməni silahlı qüvvələrinin keçmiş Sovet Sosialist Respublikaları İttifaqının 366-cı qvardiya motoatıcı alayının bilavasitə iştirakı ilə şəhərə hücumu və onun ələ keçirilməsi nəticəsində yüzlərlə azərbaycanlı, o cümlədən qadınlar, uşaqlar və qocalar məhv edildi; minlərlə dinc sakin yaralandı və girov götürüldü, şəhər yer üzündən silindi.

Ermənistan Respublikası hökumətini və ona tabe olan, beynəlxalq hüquqa görə onun cavabdeh olduğu qüvvələrin münaqişə zamanı, o cümlədən Xocalıda baş verənlərə, beynəlxalq humanitar hüquq normalarının və insan hüquqları sahəsində beynəlxalq standartların ciddi şəkildə pozulmasına görə məsuliyyət daşıması barədə nəticə çıxarmaq üçün yetərincə əsas vardır. Müharibə aparılması qaydalarının Ermənistan tərəfindən pozulması, məsələn, hər cür hücumları, o cümlədən dinc vətəndaşların qətlə yetirilməsini, girov götürülməsini və saxlanılmasını, habelə hərbi əsirlər və girovlarla amansız rəftar olunmasını və onların kütləvi qətllərini ehtiva edir. Xocalıda baş verənlər münaqişə zamanı ən iri kütləvi qətliam olmuşdur.

Təhlükəsizlik Şurası Azərbaycana qarşı qanunsuz güc tətbiq edilməsinə və onun ərazilərinin işğalına cavab olaraq 1993-cü ildə qəbul olunmuş müvafiq qətnamələrində beynəlxalq humanitar hüquq normalarının pozulmasını, o cümlədən Azərbaycanda mülki şəxslərin xeyli hissəsinin yerdəyişməsini, dinc vətəndaşlara hücumları və yaşayış yerlərinin atəşə tutulmasını konkret göstərmişdir. Avropa İnsan Haqları Məhkəməsi müstəqil mənbələrdən alınmış məlumatlara istinadla qeyd etmişdir ki, “1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalının işğalı zamanı şəhərə hücum edən erməni qüvvələri işğal edilmiş şəhərdən qaçmağa cəhd göstərən yüzlərlə dinc etnik azərbaycanlını qətlə yetirmiş, yaralamış və girov götürmüşlər. Məhkəmə Xocalıda törədilən vəhşilikləri “hərbi cinayətlərə və ya bəşəriyyət əleyhinə cinayətlərə bərabər olan xüsusi ağır əməllər kimi qiymətləndirmişdir” (2010-cu il 22 aprel tarixli qərar, maddə 87).

“Hyuman rayts votç/Helsinki” təşkilatı və “Memorial” hüquq müdafiə mərkəzi öz təhqiqatlarının nəticələrinə əsaslanaraq mülki şəxslərin qətlinə görə erməni qüvvələrinin birbaşa məsuliyyət daşıdıqlarını bildirmişlər (materiallarla www.hrw.org/news/1997/03/23/response-armenian-governmentletter-townkhojaly-nagorno-karabakhhttp://www.memo.ru/hr/hotpoints/karabah/Hojaly/index.htm) saytında tanış ola bilərsiniz).

Həqiqətən də Azərbaycan Respublikasına qarşı Ermənistan Respublikasının törətdiyi müharibənin səbəb və nəticələrinə verilən ümumi qiymət və Xocalıda faciəli hadisələrin bütün mövcud olan dəlilləri birmənalı şəkildə sübut edir ki, azərbaycanlıların yaşadıqları bu şəhərdə törədilmiş cinayətlər əlahiddə və ya təsadüfi bir hadisə olmamış, Ermənistanın məqsədyönlü, geniş miqyaslı və sistemli mənfur siyasətinin və praktikasının tərkib hissəsi olmuşdur. Bu siyasətin əsasında irqi üstünlük, etnik parçalama, nifrət və ərazi qəsbkarlığı kimi çirkin ideyalar durur. Xocalıda mülki şəxslərin qəsdən öldürülməsindən məqsəd yalnız onların azərbaycanlı olduqlarına görə, kütləvi surətdə məhv edilməsi olmuşdur.

Azərbaycanda aparılmış rəsmi təhqiqat zamanı müəyyən edilmişdir ki, Xocalıda mülki şəxslərə qarşı hücumlarda soyqırımın beynəlxalq hüquqda verilmiş tərifinə görə, bu cinayətin aşağıdakı elementləri olmuşdur: qətl və ağır bədən, yaxud əqli pozğunluq xəsarətlərinin yetirilməsindən ibarət actus reus; cinayət əməli törədənlərin cinayətkar hərəkətlərinin yönəldildiyi müdafiə olunan qrupun mövcudluğu; irqi, etnik, milli, yaxud dini əlamətə görə, hər hansı bir qrupun tamamilə, yaxud qismən məhv edilməsini nəzərdə tutan konkret soyqırımı törətmək niyyəti. Xocalıda törədilmiş cinayət barəsində təhqiqatın nəticələrindən göründüyü kimi, aşağıdakı elementlər soyqırımı ittihamını təsdiq edir: hər hansı bir qrupu tamamilə, yaxud qismən məhv etmək niyyətinin birmənalı və inandırıcı sübutu; Xocalıda törədilmiş qırğın faktının bütövlükdə göstərilən qrup üçün ağır nəticələr verməsi üçün kifayət qədər “genişmiqyaslı” olması; cinayətin konkret coğrafi rayon çərçivəsində törədilməsi.

Yaxşı məlumdur ki, Ermənistanın həm indiki, həm də keçmiş prezidentləri - Serj Sarkisyan və Robert Koçaryan bu dövlətin bir çox digər yüksək vəzifəli siyasətçiləri və hərbçiləri Azərbaycanın işğal olunmuş ərazisində Ermənistanın qurduğu separatçı rejimin liderləri ilə birlikdə Azərbaycan torpaqlarının ələ keçirilməsində, Azərbaycanın mülki şəxslərinə və hərbi əsirlərinə divan tutulmasında şəxsən iştirak etmişlər. Tamamilə aydındır ki, onların törətdikləri cinayətlərin miqyasını və ağırlığını nəzərə alaraq rəsmi və ya siyasi statusundan asılı olmayaraq, məsuliyyət daşıyan bütün şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdırlar.

Münaqişə zamanı törədilmiş cinayətlərdə təqsirləndirilənlərin Ermənistanda indiyədək cəzasız qalması, o cümlədən hərbi cinayətkarların mədh edilməsi, onlara milli qəhrəman statusunun verilməsi münaqişənin nizama salınmasında irəliləyiş əldə edilməsinə mane olur. Buna görə də cəzasızlığa qarşı mübarizə təkcə cinayətlərə görə məsuliyyət daşıyanları məhkəmə məsuliyyətinə cəlb etmək və onları ədalət mühakiməsinə vermək üçün deyil, həm də davamlı sülhün və əmin-amanlığın təmin edilməsi üçün vacibdir. Tamamilə aydındır ki, əgər Ermənistan Respublikası cinayətkarların məsuliyyətə cəlb olunmasını təmin etmək üçün zəruri addımlar atmaq istəmirsə, beynəlxalq birlik münaqişə zamanı Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş cinayətlərə görə cəzasızlığa son qoymaq üçün daha fəal rol oynamalıdır. Əminik ki, milli və beynəlxalq səviyyələrdə görülən ardıcıl tədbirlər, habelə mövcud beynəlxalq-hüquqi baza günahkarların məhkəməyə verilməsinə imkan yaradacaqdır.

Bu məktubun gündəliyin 34, 38, 65, 67, 69, 77, 85 və 86-cı bəndləri üzrə Baş Assambleyanın sənədi və Təhlükəsizlik Şurasının sənədi kimi yayılmasına görə Sizə minnətdarlığımı bildirirəm.

Aqşin Mehdiyev

səfir, daimi nümayəndə

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda Türk Dövlətləri Təşkilatı Məhkəmə Şuraları sədrlərinin 3-cü iclası keçirilib – YENİLƏNİB

Gürcüstanlı MMA döyüşçüsü: Nazim Sadıxov üçün oktaqonda sürpriz hazırlamışıq

ATMU 4 kateqoriya üzrə dünyanın yüksək reytinqli universitetləri arasında

Ombudsmanların Beynəlxalq simpoziumunun iştirakçıları Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

® “Azercell” diqqət və qayğıya ehtiyacı olan iki nəsli bir araya gətirib

Azərbaycan və Özbəkistan vergi sahəsində əməkdaşlığı genişləndirəcək

Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində

Sabah hava əsasən yağmursuz keçəcək

Laçında yeni tikilən su anbarı istifadəyə verilib

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 143-cü kitabı çapdan çıxıb

ABŞ-dan olan ulduz qonaq: UFC-nin Bakıda təşkili Azərbaycan idmanı üçün tarixi hadisədir

Coğrafiya İnstitutunun şöbə müdiri: Təbiətə qarşı davranışımızı dəyişsək, səhralaşmaya qalib gələ bilərik

FHN-in Aran Regional Mərkəzi tərəfindən nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib

Media: Hindistanda qəzaya uğrayan təyyarənin “qara qutu”ları ABŞ-a göndəriləcək

Sabah İran, Fransa, Almaniya və Britaniya xarici işlər nazirlərinin görüşü gözlənilir

Nəsimi rayonunda narkotiklərlə mübarizəyə həsr edilən maarifləndirici tədbir keçirilib

Səhiyyə Nazirliyi çimərliklərdə aparılan monitorinqlərin nəticəsini açıqlayıb

Avarçəkmə üzrə açıq Bakı birinciliyi keçirilib

Şabranda “Qərbi Azərbaycan – Yurd yerimiz” mövzusunda konfrans keçirilib

Təbiət ərazilərində epizootoloji monitorinqlər keçiriləcək

Bakıda çoxmərtəbəli binanın dam örtüyü və konstruksiyası üçün təhlükə yaradan tikililər sökülüb

Bakı Piano Festivalında xorvat musiqiçilərin çıxışı olub

“Fənərbağça” "Real Madrid"in futbolçusu ilə razılıq əldə edib

“Mən turist olsaydım”: Göylərə baş çəkir, Göyəzən dağı… VİDEO

“Mən turist olsaydım”: Göylərə baş çəkir, Göyəzən dağı… VİDEO

Qırğızıstanın Hakimlər Şurasının sədri: Hüquqi etibarın vahid məkanını formalaşdırırıq

Bonn İqlim Sammiti çərçivəsində “Bakıdan Belemə Yol Xəritəsi” ilə bağlı məsləhətləşmələr aparılıb

QDİƏT PA-nın 65-ci Baş Assambleyasının iştirakçıları Şuşa şəhərinə gəliblər YENİLƏNİB FOTO

Vüqar Gülməmmədov: Hesablama Palatasının vakant yerlərində UNEC-in payı əhəmiyyətli şəkildə artıb

Bakının “yaşıl ürəyi” - Mərkəzi Nəbatat bağı VİDEO

Bakının “yaşıl ürəyi” - Mərkəzi Nəbatat bağı VİDEO

Pekində Azərbaycan kitabına həsr olunmuş müzakirə aparılıb

bp-yə yeni regional prezident təyin olunub

“Diplomatic World Sweden” Azərbaycanın COP29 nümayəndə heyətinin Bonn şəhərinə səfəri barədə məqalə dərc edib

Bu gün müəllimlərin sertifikatlaşdırılması imtahanına 4330 nəfər dəvət olunub

Şəxsiyyəti müəyyənləşdirilən daha bir itkin şəhid dəfn olunacaq

Fuzuli Aydoğdu: Əsasnamə institutlarımız arasında kommunikasiya və müzakirə platforması olacaq

Trampın sabiq siyasi strateqi onu İrana hücumdan çəkindirməyə çalışır

Birinci rübdə Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyanın həcmi açıqlanıb VİDEO

Birinci rübdə Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyanın həcmi açıqlanıb VİDEO

Albert Riyera: “Sabah”la oyunlar üçün planlar qururuq

Naxçıvanda əsas kapitala 31,5 faiz çox vəsait qoyulub

Azərbaycanda bu il Türk Dövlətləri Təşkilatı Ədliyyə Nazirləri Şurasının 2-ci iclası keçiriləcək

Ağdamda polis 5 ton yabanı çətənə kolu aşkarlayıb

Yunanıstan yığmasının sabiq futbolçusu: “Araz-Naxçıvan” və “Aris” arasında 2 maraqlı oyun izləyəcəyik - EKSKLÜZİV

Mərkəzi Bank: Azərbaycanın strateji valyuta ehtiyatları 73,5 milyard dollara çatıb VİDEO

Mərkəzi Bank: Azərbaycanın strateji valyuta ehtiyatları 73,5 milyard dollara çatıb VİDEO

AMB: Cari əməliyyatlar profisiti 1 milyard dolları ötüb VİDEO

AMB: Cari əməliyyatlar profisiti 1 milyard dolları ötüb VİDEO

Agentlik sədri: Ötən dövrdə DOST könüllüsü olmaq üçün 150 mindən çox müraciət qeydə alınıb

Mərkəzi Gömrük Hospitalında “Xoledoxolitiazın müalicəsi alqoritmi” mövzusunda təlim keçiriləcək

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Məhkəmə Şuraları Şəbəkəsinin Əsasnaməsi imzalanıb

Yeni parkda gənc rəssamların sərgisi açılıb

İsveç səhiyyə sahəsində növbələrin azaldılması üçün əməliyyatlara əlavə vəsait ayırır

UNEC-in 95 illik yubileyi qeyd olunub

Əlilliyi olan 52 min şəxsə reabilitasiya xidmətləri göstərilib

İdxal olunan baytarlıq preparatında uyğunsuzluq aşkarlanıb

Slovakiyanın nümayəndə heyəti Azərbaycan Universitetində olub

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb

NİİM növbəti dəfə sürücülərə müraciət edib

“Baku ID” innovasiya festivalı keçirilir

İnam Kərimov: Tərəfdaş dövlətlər arasında məhkəmə-hüquq sahəsində çoxtərəfli və davamlı əməkdaşlığın hüquqi əsası yaradılacaq

BMT-nin inkişafın maliyyələşdirilməsi üzrə “Sevilya öhdəliyi” sənədi təsdiq olunub

Muxtar respublikada sənaye məhsulu istehsalı 3,6 faiz artıb

Prezident İlham Əliyev bp şirkətinin baş icraçı direktorunu qəbul edib

İsmayıllıda qanunsuz tikili sökülüb

Naxçıvanda ümumi daxili məhsul istehsalı 600 milyon manata yaxın olub

BDU dünya universitetləri reytinqində TOP 700-də yer alaraq Cənubi Qafqaz üzrə liderdir

Klublararası dünya çempionatında qrup mərhələsinin ilk turuna yekun vurulub

İnam Kərimov: Cari ilin sonuna kimi hakimlərin ümumi sayının 700-ə, yaxın 3 ildə isə 800-ə çatdırılması planlaşdırılır

® Vergidən azad depozit – illik 12 faiz gəlir!

Nazir müavini: “DOST to DOST” layihəsi gənclərin məşğulluq imkanlarını artırmağa xidmət edəcək bir təşəbbüsdür

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 21 dekabr tarixli 584 nömrəli Qərarı ilə təsdiq edilmiş “Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların Siyahısı”nda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 30 sentyabr tarixli 374 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasının strukturu”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Kinomuzun korifey sənətkarı

Azərbaycanın daha bir cüdoçusu dünya çempionatında mübarizəyə start verir

“Əmək münasibətləri” təlim proqramının bağlanış mərasiminə həsr olunmuş tədbir keçirilir VİDEO

“Əmək münasibətləri” təlim proqramının bağlanış mərasiminə həsr olunmuş tədbir keçirilir VİDEO

“ASAN xidmət”in İnnovasiyalar Mərkəzi İT sistemlərini “Hökumət buludu”na köçürüb

Azərbaycan voleybol millisi Avropa Gümüş Liqasının oyunları üçün Farer adalarına yola düşüb

BANM dünya reytinqində yer alıb

ADPU-da “TəhsilPlus” kartı ilə bağlı təqdimat keçirilib

Dünya birjalarında neft bahalaşıb

NDU ilə İstanbul Universiteti arasında ikili diplom müqavilələri imzalanıb

Kanada vətəndaşlarının İrandan təxliyəsində dəstəyə görə Azərbaycana təşəkkür edib

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

Azərbaycan neftinin qiyməti cüzi azalıb

Azərbaycanın 6 universiteti dünya reytinqində TOP 1000 sırasında yer alıb

Bakıdan Jiansuya qədər: Azərbaycanlı tələbənin uğur hekayəsi

Alonso debüt oyununda "Real Madrid"ə bir xal qazandırıb

Qazaxıstanda dördmetrlik kimeşeklə dünya rekordu qeydə alınıb

Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində görülən işlər müzakirə olunub

İsveçin yaşıl şəhəri Vekşö minlərlə aviabiletə milyonlarla kron xərcləyib

İsveçdə 2010-cu ildən bəri istixana qazı emissiyalarında ən böyük artım qeydə alınıb

Somalidə “əş-Şəbab” qruplaşmasının 25 üzvü öldürülüb

İsveçdə məktəbəqədər hazırlıq sinifləri ləğv olunur

Xəzərdə zəlzələ baş verib

Prezident Vladimir Putin: Rusiya və Azərbaycan Xəzərin dayazlaşması probleminin həlli üzərində işləyir

Vladimir Putin: Azərbaycanla Şimal-Cənub və bir neçə digər mühüm istiqamət üzrə yaxşı layihələrimiz var

Putin Zelenski ilə görüşün mümkünlüyünü istisna etməyib

Prezident Vladimir Putin: Xəzərin dayazlaşmasının qarşısını almaq üçün vaxtında əlaqələndirilmiş tədbirlər görmək lazımdır VİDEO

Prezident Vladimir Putin: Xəzərin dayazlaşmasının qarşısını almaq üçün vaxtında əlaqələndirilmiş tədbirlər görmək lazımdır VİDEO

Vladimir Putin Qazaxıstanı Rusiyanın ən yaxın müttəfiqlərindən biri adlandırıb

Putin İsrail və İran arasında münaqişənin dayandırılması yollarının axtarılmasına çağırış edib

Putin: Rusiya danışıqlara açıqdır, lakin Almaniya neytral vasitəçi sayıla bilməz

Ankarada Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə təntənəli qəbul keçirilib VİDEO

Ankarada Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə təntənəli qəbul keçirilib VİDEO

Sosial Xidmətlər Agentliyində nazirlik yanında İctimai şuranın üzvləri ilə görüş keçirilib

® “Bakcell” 4-cü YAŞAT düşərgəsinin tərəfdaşıdır