Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycanın Çindəki səfirliyində Zəfər Gününə və “Şuşa İli”nə həsr olunan konsert təşkil edilib VİDEO

Pekin, 9 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfirliyində 8 Noyabr – Zəfər Gününə və “Şuşa İli”nə həsr olunan konsert proqramı təşkil edilib.

AZƏRTAC xəbər verir ki, səfirliyin “Qarabağ” zalında keçirilən konsertdə Çin ictimaiyyətinin, Pekindəki diplomatik korpusun, bu ölkədəki Azərbaycan və türk diasporlarının nümayəndələri iştirak ediblər.

Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı 2020-ci ilin payızındakı 44 günlük Vətən müharibəsi zamanı noyabrın 8-də ölkəmizin mədəniyyət paytaxtı və xalqımız üçün müstəsna mənəvi əhəmiyyəti olan Şuşa şəhərinin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildiyini diqqətə çatdırıb. Şuşanın azad olunmasının noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli Bəyanatının imzalanması ilə nəticələndiyini, 30 ilə yaxın davam edən keçmiş Qarabağ münaqişəsinin sona çatdığını və Azərbaycanın ərazi bütövlüyünün təmin olunduğunu vurğulayan səfir bu böyük Zəfərdən sonra Cənubi Qafqaz regionunda uzun zamandır gözlənilən sülhün bərqərar olmasına tarixi imkanın yarandığını bildirib.

Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq, 8 noyabr tarixi təqvimimizə Zəfər Günü kimi daxil olub. Səfir Azərbaycan xalqının bu qürurverici tarixin nəinki ölkəmizdə, habelə onun hüdudlarından kənarda da böyük coşqu və təntənə ilə qeyd etdiyini vurğulayıb.

Diplomat, həmçinin bildirib ki, ərazisinin 20 faizinin 30 ilə yaxın bir müddətdə işğal altında qalmasına, Ermənistanın hərbi təcavüzü nəticəsində 1 milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə, işğal altındakı torpaqlarımızda bütün yaşayış məskənlərinin və infrastrukturun tamamilə məhv edilməsinə, ümumiyyətlə, xalqımızın yaşadığı bütün ağrı-acılara baxmayaraq, Azərbaycan tarixin bu səhifəsini çevirərək, Ermənistana sülh müqaviləsi bağlamağı təklif edib. Ə.Zeynallı Ermənistanın konstruktivlik nümayiş etdirəcəyi təqdirdə, sülh müqaviləsinin yaxın zamanlarda imzalana biləcəyini, bununla da Cənubi Qafqaz regionunda sülhün və əmin-amanlığın bərqərar olunacağına inamını ifadə edib.

Səfir Əkrəm Zeynallı Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edildiyini bildirib, əsası 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulmuş şəhərin Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olduğunu, xalqımız üçün müstəsna mənəvi dəyər daşıdığını vurğulayıb. O, Şuşanın Şərqin konservatoriyası kimi də tanındığını bildirərək, bu şəhərin mədəniyyətimizə və ədəbiyyatımıza bəxş etdiyi dahi şəxsiyyətlərdən söz açıb, Şuşa şəhərinin işğaldan əvvəlki görkəminin bərpası, şöhrətinin özünə qaytarılması, ənənəvi dolğun mədəni həyatına qovuşması üçün dövlətimizin gördüyü genişmiqyaslı işlərə dair məlumat verib. Şuşa şəhərinin Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə 2022-ci ilin ölkəmizdə “Şuşa İli” kimi elan olunduğunu söyləyən səfir konsertin də məhz bu çərçivədə təşkil edildiyini diqqətə çatdırıb.

Sonra İpək Yolu Beynəlxalq İncəsənət Mərkəzinin bədii rəhbəri, məşhur virtuoz pianoçu Klaudia Yanq solo konsert proqramı ilə çıxış edib. Azərbaycanın dahi bəstəkarları Üzeyir Hacıbəyli, Qara Qarayev, Vasif Adıgözəlov və Tofiq Quliyevin əsərlərinin böyük məharətlə ifa edildiyi konsert dinləyicilərin böyük marağına səbəb olub.

Sonda qonaqlara Azərbaycan təamlarının təqdim edildiyi ziyafət verilib.

 
Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Azərbaycanın Çindəki səfirliyində Zəfər Gününə və “Şuşa İli”nə həsr olunan konsert təşkil edilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® ABB-nin baş sponsorluğu ilə alış-veriş festivalı davam edir!

GDU-da bədii yaradıcılıq festivalının baxış müsabiqəsi keçirilib

Britaniyadakı qanunsuz miqrantlar 10-12 həftə ərzində Ruandaya yollanacaq

Prezident İlham Əliyev: Rusiya ilə əlaqələrimizin inkişafından çox razıyıq

"Barselona" "Real Madrid"lə oyunun təkrarlanmasını tələb edə bilər

Al-qırmızı xalıya bürünmüş Ağgöl Milli Parkından reportaj FOTO

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə növbəti vakansiya seçimi mərhələsi başlanır

BDU-da IFLA-nın fəaliyyətinə həsr olunmuş elmi seminar

Gürcüstan parlamentinin komitə sədri Milli Məclisdə olub

İstanbul hava limanlarından üç ayda 27,1 milyon sərnişin istifadə edib

Azərbaycan və Özbəkistan arasında elmi əməkdaşlıq genişlənir

Naxçıvan şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb

Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyi Sankt-Peterburqda qeyd olunub

Hərbi Prokurorluq və Dövlət Sərhəd Xidməti Qubadlıda ekoloji mövzuda birgə tədbir keçiriblər

Tərtərdə keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

Aqrar Universitet ilə Diclə Universiteti arasında memorandum imzalanıb

MEDİA sosial şəbəkə istifadəçilərini məsuliyyətli olmağa səsləyib

Almaniyada Ulu Öndərin doğum günü və Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə əlaqədar idman yarışları keçiriləcək

YAP Səbail rayon təşkilatında gənclərin “91-lər”lə görüşü təşkil edilib

“Azərpoçt”un “İnternet bankçılıq” xidməti istifadəyə verilib

® “Azercell Telekom” Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda “Doğru yol budur” layihəsinə start verir

Aİ-nin növbəti sanksiyası Rusiyanın neft tankerlərindən ibarət “kölgə donanması”na qarşı olacaq

Professor Musa Qasımlı: Azərbaycanın dörd kəndinin geri qaytarılması rəsmi İrəvanın reallığı dərk etməsidir

Azərbaycan Prezidenti: Rusiya rəhbərliyinin və ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk

Nasir Kənani: Cənubi Qafqaza xarici hərbçilərin yerləşdirilməsi xalqlarımızın maraqlarına cavab vermir

Rusiya Prezidenti: Heydər Əliyev BAM layihəsinin icrasında böyük rol oynayıb

“Qlaqolitsa” ədəbi mükafatı üçün ərizələrin qəbuluna start verilib

Dilçilik İnstitutu Qazaxıstan Milli Avrasiya Universiteti ilə əməkdaşlıq edəcək

Prezident İlham Əliyevin Prezident Vladimir Putinlə təkbətək görüşü olub YENİLƏNƏCƏK

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyası təqdim edilib

Xəzər dənizinin Azərbaycana mənsub sularına icazəsiz daxil olan iki İran vətəndaşı saxlanılıb

Abşeron rayonunda ağacəkmə aksiyası keçirilib

Azərbaycan qılıncoynadanları dünya birinciliyində çıxışlarını başa vurublar

Britaniyada iki nəfər Çinə casusluqda ittiham olunur

“Türk dünyasında ortaq əlifba və ünsiyyət dili” kitabının təqdimatı keçirilib

Azərbaycan Naşirlərinin I Forumunun proqramı açıqlanıb

Zümrüd Dadaşzadə: Fərəc Qarayev Azərbaycan musiqi mədəniyyətində müstəsna rola malikdir

Ağdərədə odlu silahlar tapılıb

Mütəxəssis: Xora həzm sistemi xəstəlikləri arasında geniş yayılıb

Cəbrayıl sakini doğma rayonuna 70 baş dəvəsilə qayıtmaq istəyir FOTO

İctimai şuranın üzvləri “Qaradağ” Günəş Elektrik Stansiyasında olublar

Azərbaycan Gürcüstanla nəqliyyat və İKT sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib

® “Baku Steel Company” QSC Almaniyada “Tube 2024” sərgisində Azərbaycanı təmsil etdi VİDEO

Paris müəllimləri məktəblərdəki acınacaqlı vəziyyətə etiraz edirlər

“El Klasiko”da zədələnən futbolçu Avropa çempionatını buraxa bilər

Bakıda və Abşeron yarımadasında küləyin maksimal sürəti saniyədə 24 metrə çatır

Türkiyə Maarif Vəqfinin İdarə Heyətinin sədr əvəzi Beynəlxalq Maarif Məktəbində yaradılmış şəraitlə tanış olub

Azərbaycanda pomidor sahələrinin sığortasına başlanılıb

Peskov: Rusiya ilə Azərbaycanın iqtisadi-ticari əlaqələri genişləndirməsi üçün potensialı var

Kanq Cie: Fiberoptik xətlərin çəkilməsi ilə Azərbaycan çox mühüm məlumat mərkəzinə çevriləcək

Mikayıl Azaflının şeirləri yeni kitabda

Ermənipərəst fransız siyasətçi öz vəzifəsindən sui-istifadə edir

Həndbol üzrə Azərbaycan çempionatı: “Kür” liderlə xal fərqini minimuma endirib

Koreya şirkətlərinə Azərbaycanda biznes üstünlükləri barədə seminar keçirilib

Əlcəzair parlamentariləri Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Bakı Müasir Musiqi Cəmiyyəti Fərəc Qarayevin yaradıcılığına həsr olunmuş konsert təşkil edəcək

Yeni nəşr: “Türk folklorşünaslığı tarixində İqnats Kunoş adı”

ANAMA: Ötən həftə 452 partlamamış hərbi sursat zərərsizləşdirilib VİDEO

Bu gün Beynəlxalq Yer Günü kimi qeyd olunur

“Utancaq qız” növbəti dəfə səhnədə

Prezident İlham Əliyevin Rusiyaya səfəri: Ölkələrimiz arasında münasibətlərin inkişafında yeni səhifə

FHN-in Aran Regional Mərkəzi nümunəvi obyekt mülki müdafiə məşqi keçirib

Rusiya Prezidentinin köməkçisi: Heydər Əliyev adamlarla ünsiyyət qurmağı bacarırdı

Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında

Yüksək dağlıq ərazilərdə qarölçmə işləri yekunlaşıb

XXI əsrin bombardirləri: Bir təqvim ilində 40 və daha çox qol vuranlar

Bu il 530-dan çox şəhid ailəsi üzvü və müharibə veteranı üçün kiçik bizneslər yaradılıb

“Məhəmməd Füzuli: elm, bilik, fəlsəfə” - seminar

KTMT Ermənistanın bu təşkilatda fəaliyyətinin davam etdiyini bildirib

BDU-nun magistrantı Çexiyanın Karlov Universitetinin doktoranturasına qəbul olub

Nəsimi rayonunda silah və narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

KTMT-nin baş katibi: Azərbaycanın Qarabağda təhlükəsizliyi təmin edəcək öz qüvvələri var

Bu il Çindən Azərbaycana gətirilən elektriklə işləyən 160 avtobus xəttə buraxılacaq

Dünyada silahlanmaya xərclənən vəsaitin həcmi rekord həddə çatıb

Azərbaycanlı alim Özbəkistanın “Turan” Elmlər Akademiyasının həqiqi üzvü seçilib

“Dərinsulu Günəşli” platformasından indiyədək 18 milyard kubmetrdən çox qaz hasil edilib

Birinci siniflərə qəbulla bağlı ən çox verilən suallar cavablandırılıb

Monitorinq: Xırdabuynuzlu heyvanların taunu xəstəliyi ilə bağlı şübhəli hal aşkarlanmayıb

ADSEA və BP su sisteminin yaradılması və bərpası məqsədilə birgə 3 layihə icra edəcək

Dövlət Komitəsinin saytından dəstək xəttinə artıq birbaşa zəng etmək mümkündür

Bu ilin birinci rübündə 16 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

Vergi orqanlarına daxil olmuş inzibati şikayətlərin sayı açıqlanıb

Fərid Şəfiyev: Azərbaycan Çinlə iki platformada dialoq aparmalıdır VİDEO

İsrail ordusunun hərbi kəşfiyyat rəisi istefaya gedir

Ekvadorlu futbolçu: Bütün diqqətimi “Sumqayıt”la avrokuboklara vəsiqə qazanmağa yönəltmişəm

Ekvadorda həbsxana rəisi öldürülüb

“Qlobal və regional dinamika: Azərbaycan və Çindən baxış” -panel müzakirə

Federasiya prezidenti Nicat Abasovun İddiaçılar Turnirindəki çıxışını dəyərləndirib

Gürcüstan parlamentariləri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Məktəblilərin iştirakı ilə “EcoGreenAction” layihəsi çərçivəsində ağacəkmə aksiyası keçirilib

Mərkəzi Elmi Kitabxananın fonduna yeni daxil edilən nəşrlərin sərgisi keçirilir

“Neftçi”nin basketbolçusu: Kuboku qazanaraq hədəflərimizi daha da böyütdük

Türkiyə Prezidenti İraqa rəsmi səfər edib

Sankt-Peterburqda “Heydər Əliyev. Həyatının 100 anı” kitabının təqdimatı olacaq

ABŞ və Filippin Cənubi Çin dənizində döyüş təlimlərinə başlayıb

Birinci sinfə qəbul prosesində prioritet tətbiq olunacaq məktəblər bəlli olub

Azərbaycanın rayonlarının bəzi yerlərində gün ərzində fasilələrlə yağış yağacağı gözlənilir

Türkiyəli qonaqlar Ədəbiyyat Muzeyindən xoş təəssüratla ayrılıblar

“Bilim Bakı” mərkəzinin şagirdləri Türkiyədə uğur qazanıblar