ELM VƏ TƏHSİL
Azərbaycanın coğrafiyaçı alimi beynəlxalq konfransda məruzə etmişdir
Bakı, 1 oktyabr (AZƏRTAC). Rusiyanın Sankt-Peterburq şəhərində “Təbii suların optikasının müasir problemləri” mövzusunda VII beynəlxalq konfrans keçirilmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutundan AZƏRTAC-a bildirmişlər ki, beynəlxalq tədbirdə bu elm müəssisəsinin baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru Rauf Qardaşov “Meteosat 9 geostasionar peykindən Yer kürəsi müşahidə edildiyində okean üzərində Günəş parıltısının coğrafi koordinatlarının təyini” və “Güzgü əksi nöqtələr metodu ilə dalğalı dəniz səthindən əks olunan işığın intensivliyinin spektral analizi” mövzusunda məruzələr etmişdir.