SİYASƏT
Azərbaycanın Daxili Qoşunları ilə Türkiyə Jandarm Qüvvələri arasında əməkdaşlıq əlaqələri daha da inkişaf edir

Daxili Qoşunların mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə general-mayor Ş.Məmmədov rəhbərlik etdiyi qurum ilə Türkiyə Jandarm Qüvvələri arasında əməkdaşlıq əlaqələrinin son illər daha da inkişaf etdiyini vurğulayıb.
Komandan Daxili Qoşunlarda uğurlu fəaliyyətini başa vuran polkovnik Eyyüp Şekerə komandanlıq və şəxsi heyət adından təşəkkürünü bildirib, onu “Xidmətdə fərqlənməyə görə” döş nişanı ilə təltif edib. O, yeni müşavir, polkovnik İ.Cürala gələcək fəaliyyətində nailiyyətlər arzulayıb.
Polkovnik İ.Cüral öz növbəsində bundan sonra da iki ölkənin müvafiq qurumları arasında qarşılıqlı əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini vurğulayıb.
Qonaqlar görüşə və diqqətə görə general-mayor Ş.Məmmədova minnətdarlıqlarını bildiriblər.
Sonda Türkiyə Jandarm Qüvvələrinin zabitləri ilə xatirə şəkli çəkdirilib.
Xatırladaq ki, Azərbaycan və Türkiyə arasında 1997-ci ildə imzalanmış müvafiq protokola əsasən, Daxili Qoşunlarda təlim-tədris prosesinin təkmilləşdirilməsi məqsədilə türkiyəli zabitlər mütəmadi olaraq müəyyən müddətə müşavir və müəllim kimi Daxili Qoşunlara ezam olunurlar.
Polkovnik Eyyüp Şeker qoşunlarda ezamiyyət müddətində Daxili Qoşunlar komandanının müşaviri vəzifəsində çalışıb.