SİYASƏT
AZƏRBAYCANIN DİPLOMATİK NÜMAYƏNDƏLİK VƏ KONSULLUQLARININ KONSULLUQ MƏSƏLƏLƏRİ ÜZRƏ MƏSUL ƏMƏKDAŞLARININ İKİNCİ MÜŞAVİRƏSİNİN İŞTİRAKÇILARI ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN MƏZARINI VƏ ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT ETMİŞLƏR
AZƏRTAC xəbər verir ki, Azərbaycanın diplomatik nümayəndəlik və konsulluqlarının konsulluq məsələləri üzrə məsul əməkdaşlarının ikinci müşavirəsinin iştirakçıları dekabrın 1-də Fəxri xiyabana gələrək, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də güllər düzülmüşdür.
Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi yad edilmişdir.