İDMAN
Azərbaycanın dövlət bayrağının Londondakı “ExCel” Mərkəzində dalğalanması çox qürurverici idi
Bakı, 12 avqust (AZƏRTAC). Azərbaycanın dövlət bayrağının Londondakı “ExCel” Mərkəzində dalğalanması çox qürurverici idi.
Bu sözləri AZƏRTAC-a müsahibəsində paytaxt sakini Firuz Yusifli demişdir. Qeyd etmişdir ki, hər Olimpiya oyunlarında medal sayını artıran Azərbaycan komandası Londonda keçirilən bu mötəbər yarışda da ənənəsinə sadiq qalmışdır. Atlantada 1, Sidneydə 3, Afinada 5, Pekində 7, London Yay Olimpiya Oyunlarında 10 medal qazanan idmançılarımızın bu uğuru çox sevindiricidir. Bir idmansevər gənc kimi əminəm ki, Azərbaycan 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarında medalların sayını daha da artacaqdır. Azərbaycanın qazandığı medalların sayına görə, 205 ölkə arasında ilk otuzluqda qərarlaşması respublikamızın artıq bir idman dövlətinə çevrilməsindən xəbər verir. Sərbəst güləşçilərimizin qazandıqları qızıl medallar isə sözün əsl mənasında çox möhtəşəm idi.