İQTİSADİYYAT
“AZƏRBAYCANIN DÜNYA TİCARƏT TƏŞKİLATINA ÜZVLÜYÜ VƏ MƏTBUAT” MÖVZUSU MÜZAKİRƏ OLUNMUŞDUR
Bakı, 27 aprel (AZƏRTAC). Aprelin 27-də ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) və Azərbaycanda Ticarət və İnvestisiya İslahatlarına Dəstək Proqramının (TIRSP) dəstəyi ilə “Azərbaycanın Dünya Ticarət Təşkilatına üzvlüyü və mətbuat” mövzusunda seminar keçirilmişdir.
Seminarda Azərbaycanın DTT-yə üzvlüyü istiqamətində imkanlar, mövcud problemlər, qarşıda duran vəzifələr, eləcə də bu məsələdə medianın rolu ilə bağlı müzakirələr aparılmışdır.
Tədbirdə çıxış edən Azərbaycanda Ticarət və İnvestisiya İslahatlarına Dəstək Proqramının rəhbəri Uilyam Qarison DTT-yə üzvlüyün hər bir ölkənin iqtisadiyyatının inkişafı baxımından əhəmiyyətini qeyd etmişdir.
Sonda “Azərbaycanın Dünya Ticarət Təşkilatına üzvlüyü və mətbuat” mövzusunda təqdimat keçirilmişdir.
######
![]() |
![]() |