Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCANIN ƏSASI HEYDƏR ƏLİYEV TƏRƏFİNDƏN QOYULMUŞ MÜSTƏQİL SİYASƏTİ ÖLKƏMİZİ PARLAQ GƏLƏCƏYƏ APARACAQDIR
ŞƏKİ MODUL TİPLİ ELEKTRİK STANSİYASININ AÇILIŞ MƏRASİMİNDƏ AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

- Əziz şəkililər!

Əziz bacılar və qardaşlar!

Mən sizi bu əlamətdar bir gündə ürəkdən salamlayıram. Şəkidə istifadəyə verilmiş yeni elektrik stansiyasının açılışı münasibətilə təbrik edirəm.

Mənim ünvanıma deyilmiş bütün xoş sözlərə görə sizə öz minnətdarlığımı bildirmək istəyirəm. Eyni zamanda, sizi əmin etmək istəyirəm ki, gələcəkdə də mən əlimdən gələni edəcəyəm ki, doğma Azərbaycanımız inkişaf etsin, çiçəklənsin, ölkədə mövcud olan bütün problemlər öz həllini tapsın, insanlar daha da yaxşı yaşasınlar və Azərbaycan qüdrətli ölkəyə çevrilsin. Bunu etmək üçün bütün imkanlar var. Bax, bu gün elektrik stansiyasının fəaliyyətə başlaması bunun gözəl nümunəsidir. İl yarım bundan əvvəl, keçən ilin may ayında Azərbaycanda yeni modul tipli stansiyaların tikintisinə dair sərəncam imzalanmışdır. Qısa müddət ərzində iki stansiya artıq istifadəyə verilibdir. Bu onu göstərir ki, bizim qəbul etdiyimiz bütün qərarlar vaxtlı-vaxtında, çox qısa müddət ərzində həyata keçirilir. Çünki Azərbaycanın artan tələbatı, potensialı, əlbəttə ki, elektrik enerjisinə olan tələbatı da artırır. Çünki elektrik enerjisi həyat deməkdir. Elektrik enerjisi olmadan ölkədə heç bir layihə həyata keçirilə bilməz, heç bir müəssisə, heç bir fabrik, zavod fəaliyyətə başlaya bilməz. Bizim istəyimiz də ondan ibarətdir ki, ölkəmiz hərtərəfli inkişaf etsin, yeni iş yerləri, yeni müəssisələr, fabriklər açılsın. Baxın, son üç il ərzində Azərbaycanda 470 min yeni iş yeri açılmışdır. Yüzlərlə məktəb, xəstəxana tikilmişdir, yollar salınır. Bütün infrastruktur yeniləşir. Belə olan halda, Azərbaycanın artan tələbatını ödəmək üçün bizim energetika sistemimiz mütləq və mütləq, qısa müddət ərzində daha da möhkəmlənməlidir.

Son üç il ərzində Azərbaycanda 700 meqavat gücündə qurğular istifadəyə verilmişdir. Növbəti üç ildə isə, bizim planlarımıza görə, Azərbaycanda energetika sistemi əlavə 1700 meqavat, bütövlükdə beş il ərzində isə 2400 meqavat güc alacaqdır. Bu, Azərbaycanın mövcud potensialından 50 faiz çoxdur. Bütün dövrlər ərzində Azərbaycanda elektrik stansiyalarının gücü təxminən 4500-5000 meqavat olmuşdur. Üç il, beş il ərzində isə 2000-4000 meqavat güc yaradırıq. Bu, çox gözəl nəticə, çox gözəl tədbirlərdir və bizə imkan verəcək ki, ölkəmiz hərtərəfli inkişaf etsin. Bu fürsətdən də istifadə edib stansiyaların tikintisində iştirak etmiş bütün insanlara öz minnətdarlığımı bildirmək istəyirəm. Qısa müddət ərzində belə stansiyaları tikmək, özü də müasir səviyyədə tikmək, çox böyük peşəkarlıq, çox böyük qəhrəmanlıq tələb edir.

Biz energetiklərin peşə bayramı ərəfəsindəyik. Bu ayın 20-də energetiklər öz peşə bayramını qeyd edəcəklər. Bu münasibətlə də mən sizi təbrik edirəm və gələcək işlərinizdə uğurlar arzulayıram.

Gələcəkdə çox işlər olacaq, yeni, modul stansiyalar inşa ediləcəkdir. İndi Sumqayıtda böyük elektrik stansiyası tikilir, Bakıda tikiləcək, Mingəçevirdə, digər yerlərdə yenidənqurma işləri aparılır. Azərbaycanın çox güclü energetika potensialı olacaqdır. Bu, ilk növbədə, Azərbaycanın tələbatını ödəyəcək və ondan sonra Azərbaycan öz elektrik enerjisini ixrac da edə bilər. Bizim buna imkanlarımız var.

Azərbaycanın ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanmış və uğurla icra edilən neft strategiyası öz bəhrələrini verməkdədir. Bakı-Tbilisi-Ceyhan neft kəməri artıq fəaliyyətdədir. Bizim çox böyük neft hasilatımız var və getdikcə artacaqdır. Bu il “Şahdəniz” yatağı işə düşür. Bu da çox böyük, nəhəng bir layihədir. Azərbaycanı təbii qazla təmin edəcəkdir. Çünki buna böyük ehtiyac var, biz təbii qazı hələ ki, xaricdən də alırıq. Rusiyadan 4 milyard 500 milyon kubmetr qaz alırıq və bu il onun alınmasına 500 milyon dollar pul ödənilibdir. Nəzərə alsaq ki, indi qazın qiyməti qalxır və hələ ki, Azərbaycanın xaricdən alınan qaza ehtiyacı var, əlbəttə, artan həcm və artan qiymət bizə təsir göstərəcəkdir. Ona görə “Şahdəniz” qaz yatağının istismara verilməsi Bakı-Ceyhan layihəsi kimi tarixi bir hadisədir.

Azərbaycan öz enerji təhlükəsizliyini tam şəkildə təmin edəcəkdir. Biz görürük ki, indi dünyada, Avropada enerji təhlükəsizliyi məsələləri ön plana çıxıbdır. Çünki hər bir ölkənin inkişafı üçün elektrik enerjisi olmalıdır. Bunun da mənbəyi, əsas mənbələri neft və qazdır. Azərbaycan bu baxımdan çox əhəmiyyətli bir vəziyyətdədir. Biz bunu yaradırıq və yaradacağıq. Əgər Bakı-Tbilisi-Ceyhan neft kəməri tikilməsəydi, “Şahdəniz” qaz yatağı işə salınmasaydı, biz çox böyük çətinliklərlə üzləşə bilərdik.

Azərbaycanın indi apardığı müstəqil siyasət, ilk növbədə, bizim iqtisadi potensialımıza əsaslanır. Çünki biz iqtisadi cəhətdən inkişaf edirik, öz gücümüzü artırırıq. İndi iqtisadi cəhətdən heç kimdən asılı deyilik. Bizim maliyyə imkanlarımız da artır. Azərbaycan xəzinəsində indi 3 milyard dollar vəsait var. Bu, bizim ehtiyatlarımızdır. Azərbaycanın ildən-ilə artan büdcəsi bizə ölkənin qarşısında duran bütün vəzifələri həll etməyə imkan verir. Son üç il ərzində dövlət büdcəmiz 4 dəfə artıbdır və gələn ilin büdcəsi 6 milyard dollar olacaqdır. Nəzərə alaq ki, 2003-cü ildə 1 milyard 500 milyon dollar idi. Bu onu göstərir ki, ölkəmiz çox sürətlə inkişaf edir. İqtisadi artım sürətinə görə Azərbaycan dünyada birinci ölkədir. Bəlkə də dünya rekordudur ki, ölkədə iqtisadiyyat belə yüksək sürətlə - ildə 30-40 faiz artır. O cümlədən sənaye istehsalı. İnkişaf etmiş ölkələrdə bu artım 2-3 faizdir. Bizimlə təxminən bir səviyyədə olan ölkələrdə, keçid dövrünü yaşayan ölkələrdə maksimum 10 faizdir, Azərbaycanda isə 30 faizdir. Bütün bunlar, reallıqdır, gerçəklikdir və bizim düzgün siyasətimizi əks etdirir. İndi Azərbaycanda bütün sahələrdə inkişaf var.

Bu gün qeyd olundu ki, sabah mənim Prezident vəzifəsinə seçilməyimdən üç il keçir və üç il ərzində böyük işlər görülübdür. Mən bu barədə danışmaq istəməzdim. Amma hər şey göz qabağındadır.

İstər ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsində, ordu quruculuğunun təkmilləşməsində, ordu potensialının möhkəmlənməsində, istərsə də iqtisadi islahatlar sahəsində, sosial sahələrin problemlərinin həllində - bütün sahələrdə inkişaf ən yüksək sürətlə gedir. Azərbaycan dünyada mövqelərini möhkəmləndirir və bölgədə lider dövlətə çevrilibdir. Bütün böyük dövlətlərlə çox səmimi, bərabərlik, qarşılıqlı hörmət əsasında qurulmuş münasibətlərimiz var. Azərbaycan beynəlxalq təşkilatlarda çox dəyərli üzvdür. İqtisadi artım baxımından dünyada birinci yerdəyik.

Orduya ayrılan xərclər gələn il artıq 1 milyard dollara çatacaqdır və Azərbaycanda çox güclü ordu yaradılır.

Sosial məsələlərin həlli bizim gündəlik vəzifəmizdir. İldən-ilə maaşlar, pensiyalar artır və artırılacaqdır. Bu yaxınlarda təhsil, səhiyyə işçilərinin əmək haqları artırılıbdır. Gələn ildən minimum əmək haqqı qaldırılacaqdır, pensiyalar qaldırılır. Son iki il ərzində 600-dən çox məktəb tikilibdir. Azərbaycanın bütün bölgələrində yeni, müasir xəstəxanalar tikilir, magistral yollar, kənd yolları salınır, içməli su ilə təminat yaxşılaşacaqdır. Şəkinin problemləri də mütləq öz həllini tapacaqdır. Çünki bu barədə artıq işlər görülür. Bütün infrastruktur yeniləşir, qaz xətləri çəkilir, elektrik stansiyaları tikilir, ekologiya proqramı icra olunmağa başlayıbdır. Sahibkarlığa yardım güclənir və sahibkarlıqla məşğul olmaq istəyənlər üçün dövlət büdcəsindən 100 milyon dollar həcmində kredit nəzərdə tutulubdur. “Aqrolizinq” Səhmdar Cəmiyyəti yaradılıbdır və kəndlilərə texnika verilməsinə kömək göstərir. Buna da vəsait ayrılıbdır. İstənilən sahədə inkişaf var. Azərbaycanda elə bir sahə yoxdur ki, orada işlər görülməsin, artıq elə bir sahə yoxdur ki, orada düşünülmüş konsepsiya və proqram olmasın. Budur, bizim reallıqlarımız.

Azərbaycan öz qüdrətini artırır. Azərbaycan xalqı ildən-ilə daha da yaxşı yaşamalıdır. Bizim bütün problemlərimiz öz həllini tapmalıdır. İşsizlik tamamilə aradan qaldırılmalıdır, yoxsulluq aradan qaldırılmalıdır. Bir ilə yoxsulluq 20 faiz aşağı düşübdür. Mənə verilən ilkin məlumata görə, bu ilin yekunlarına əsasən yenə də aşağı düşəcəkdir. Azərbaycanda bir nəfər də yoxsul olmamalıdır, bir nəfər də işsiz olmamalıdır. Bu, indi Azərbaycanın tutduğu yoldur. Bu, düzgün yoldur. Azərbaycan xalqı bu yolu dəstəkləyir. Bizim gördüyümüz işlər, bir tərəfdən ölkənin möhkəmlənməsinə, qarşımızda duran qlobal məsələlərin həllinə yönəldilibdir. Digər tərəfdən, biz hər bir insanın problemlərinin həlli üçün çalışırıq. Çünki əgər hər bir insanın problemi həll edilərsə, ölkənin bütün problemləri həll olunar. Bizim siyasətimiz bundan ibarətdir. Biz bazar iqtisadiyyatına sadiqik və iqtisadiyyatımızı bu prinsiplər əsasında inkişaf etdiririk. Bununla bərabər, Azərbaycanda sosial siyasət də çox güclüdür. İnsanların gündəlik həyatı yaxşılaşmalıdır. Hər bir vətəndaş müsbət dəyişiklikləri öz gündəlik həyatında hiss etməlidir. Yalnız bu təqdirdə biz öz vəzifəmizi yerinə yetirilmiş hesab edə bilərik.

Şəki şəhərinin çox qədim tarixi var. Azərbaycanın çox gözəl, çox böyük tarixə malik olan şəhəridir. Ona görə Şəki şəhərinin inkişafına xüsusi diqqət göstərilir. Mən bu ilin aprelində burada olarkən görüşlərdə, ondan sonra sahibkarlarla görüşdə, vəziyyətlə tanış olarkən həmişə vurğulayırdım ki, biz Şəkinin inkişafına çox böyük diqqət göstərməliyik. Elektrik stansiyasının məhz Şəkidə tikilməsi də Şəkiyə olan özəl münasibətdən irəli gəlir. Biz Şəkinin inkişafına əlavə vəsait də ayırdıq və bu vəsaitlə böyük abadlıq işləri aparılır. Şəki şəhərinin və Şəki rayonunun inkişafına dəstək verən xüsusi sərəncam da imzalanmışdır. Baxmayaraq ki, 2004-cü ilin əvvəlində qəbul olunmuş regionların sosial-iqtisadi inkişafı dövlət proqramında Şəkinin inkişafı öz əksini çox geniş tapmışdır. Bununla bərabər, xüsusi bir sərəncam imzalandı və o, icra olunur. Şəkinin bütün problemləri həll edilməlidir. Şəkinin çox böyük potensialı, çox böyük imkanları var. Burada turizmin inkişafı üçün çox gözəl şərait var. Turizmi inkişaf etdirmək üçün gərək infrastruktur yaradılsın. Elektrik enerjisi olmayan yerdə heç bir turizm inkişaf edə bilməz, heç bir müəssisə fəaliyyət göstərə bilməz. Mən indi gedib yeni mehmanxananın açılışında iştirak edəcəyəm. Əgər yaxşı yol olmasa, işıq olmasa, su olmasa, istilik olmasa hansı mehmanxana tikilə bilər, oraya kim gələcəkdir? Bunu etmək üçün infrastruktur, bütün lazım olan şərtlər - yollar, elektrik enerjisi, qaz, su olmalıdır və biz bunu yaradırıq.

Mən şübhə etmirəm ki, Şəki şəhərinin gələcək abadlaşması da uğurla gedəcək, Şəki öz qədimliyini, tarixi simasını saxlamaq şərti ilə müasirləşəcək və həmişə olduğu kimi, şəkililər Azərbaycanın inkişafında öz böyük rolunu oynayacaqlar.

Üç il həm qısa bir tarixi müddətdir, eyni zamanda, böyük müddətdir. Üç ildə iş görmək olar. Bizim təcrübəmiz göstərdi ki, bu, çox qısa müddət olmasına baxmayaraq, çox işlər görülübdür və daha da çox işlər görüləcəkdir. Biz bilirik haraya gedirik, bilirik nə istəyirik və bilirik ki, Azərbaycanın inkişafı hansı istiqamətdə davam etməlidir. Azərbaycan 15 ildir müstəqil ölkə kimi yaşayır. Öz müstəqilliyini artıq bütün dünyaya sübut edibdir. Bu, bizim müstəqil siyasət aparmağımızdır. Bu müstəqil siyasət Azərbaycanı parlaq gələcəyə aparacaqdır.

Bütün bu işlərdə bu stansiyanın öz payı var. Belə stansiyalar çox olanda, bizim işlərimiz daha da rahat gedəcək və mən bunu arzulayıram.

Bu gözəl hadisə münasibətilə sizi bir daha ürəkdən təbrik etmək istəyirəm. Mən çox şadam ki, yenidən Şəkidəyəm, sizinlə bərabər buradayam. Mənim üçün bu əlamətdar gündə istədim ki, insanlarla birlikdə olum və xüsusi olaraq bu stansiyanın açılışını oktyabrın 14-nə təyin etdim. Bir tərəfdən, ona görə ki, düz bir il bundan əvvəl oktyabrın 14-də bu stansiyanın təməli qoyulubdur. Digər tarix də bizə bəllidir. Mən istədim ki, bu gündə sizinlə bərabər olum. Sizi ürəkdən bir daha salamlayıram, sizə cansağlığı, xoşbəxtlik arzulayıram. Sağ olun. (Dövlətimizin başçısının nitqi diqqətlə dinlənildi və alqışlarla qarşılandı).

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qazaxıstan “Tengizchevroil” şirkətindən 203 milyard dollar gəlir əldə edib

Britaniya Baş nazirinin evini yandırmaqda şübhəli bilinən şəxsin kimliyi müəyyən edilib

Rusiya nümayəndə heyətinin rəhbəri: Danışıqların məqsədi uzunmüddətli sülhün bərqərar olmasıdır

BDU-nun Qazax filialında “Azərbaycan Konstitusiyası və dövlətçilik tariximiz - Suverenliyimiz tələbələrin gözü ilə” adlı konfrans keçirilib

Qazaxıstan logistikanın rəqəmsallaşdırılması üzrə hökumətlərarası işçi qrupu yaradır

Zelenski: Rusiya ilə sülh naminə Krımdan imtina mümkün deyil

"Barselona" İspaniya çempionu olub

Barselonada qadın sürücü avtomobili izdihamın üzərinə sürüb, 13 nəfər xəsarət alıb

Mərakeşdə Azərbaycanı tanıtım tədbiri keçirilib

Rubio və Netanyahu Suriya məsələsini müzakirə ediblər

Vladimir Medinski: Rusiya danışıqların bərpasına və kompromislərin müzakirəsinə hazırdır

Antalyada Türkiyə, ABŞ və Suriya xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib

Hakan Fidan: Ukrayna və Rusiya arasında ədalətli və uzunmüddətli sülhə aparan yol dialoqdan keçir

Bakı Musiqi Akademiyasında musiqi məktəbinin hesabat konserti keçirilib VİDEO

Bakı Musiqi Akademiyasında musiqi məktəbinin hesabat konserti keçirilib VİDEO

Azərbaycan Qazaxıstandan taxıl idxalını 113 dəfə artırıb

Məhkəmədə Ermənistan ordusunun Azərbaycan ərazilərini işğal etməsi, mülki əhalini qətlə yetirməsi faktları ilə bağlı ifadələr dinlənilib

Zelenski: Ukrayna İstanbulda Rusiya ilə danışıqlarda iştirak edəcək

Şəmkirdə "Cəsur Vətən oğlu" kitabının təqdimatı keçirilib

Azərbaycan və Pakistan arasında dəmiryol sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

Avropa Şurasının Prezidenti Şimali Makedoniyanın gələcəyini Aİ-də görür

Folklor İnstitutunda Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib

Ciorcia Meloni: İtaliya Müqəddəs Taxt-Tacın sülh səylərini dəstəkləyir

Bakıda elektron ticarət oyunçularının iştirakı ilə sərgi təşkil olunub

Azərbaycan BMT-nin Cenevrə Kitabxanasına nəşrlər hədiyyə edib

Məhkəmə: Qubadlının Zilanlı kəndinin və Zəngilanın işğalı zamanı çəkilən videomaterial nümayiş olunub

Odessa şəhərində “Azərbaycan” parkı salınacaq FOTO

Bakıda keçirilən “Poçt Liderləri Forumu” başa çatdı

Uzun müddət axtarışda olan şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Azərbaycan Türküstanda Yasəvi irsinə həsr edilmiş forumda təmsil olunur

ADNSU ilə “Bayraktar Teknoloji Azərbaycan” şirkəti əməkdaşlıq memorandumu imzalayıb

Əlilliyi olan uşaqlar və onların valideynləri Mərkəzi Nəbatat Bağında ekskursiyada olublar

Baş nazir Əli Əsədov Çinin Azərbaycandakı səfiri ilə görüşüb

Azərbaycanın çoxvektorlu xarici siyasəti: Regional gücdən qlobal aktora

Azərbaycanda iqtisadi fəal əhalinin sayı açıqlanıb

Türkiyə MMU-nun nümayəndə heyəti ölkəmizin hərbi müəssisələrində olub

Prezident İlham Əliyev Albaniyaya işgüzar səfərə gəlib VİDEO

Prezident İlham Əliyev Albaniyaya işgüzar səfərə gəlib VİDEO

Yaz semestrində 8 minə yaxın tələbə təhsil krediti alıb

“Suveren dövlətin ekoloji dəyərləri” layihəsinə başlanılır

Azərbaycanın xarici ticarət dövriyyəsi 12 milyard dollar olub

® “PAŞA Holdinq”in dəstəyi ilə Şamaxının Göylər kəndində yeni sosial müəssisə istifadəyə verilib

Balaxanı neftçisi Vətənə ikiqat dünya çempionu kimi qayıdıb

Dəyişən “Son zəng” ənənələri VİDEO

Dəyişən “Son zəng” ənənələri VİDEO

AQTA sədri Oğuzda vətəndaşların müraciətlərini dinləyib, istehsal müəssisələrinə baş çəkib

Çinin ölkəmizdə yeni təyin edilmiş səfiri Milli Məclisdə olub

Çində Azərbaycan şərabçılığına aid master-klas keçirilib VİDEO

Çində Azərbaycan şərabçılığına aid master-klas keçirilib VİDEO

® “Uğur yolu ” – Marketinq strategiyası ilə güclü brendə çevril və performansını artır

® “Unibank” “Yaşıl İnvestisiya Prinsipləri”nə qoşulub

Görkəmli tarzən Hacı Məmmədovun anadan olmasının 105 illiyi qeyd edilib

Azərbaycan-Macarıstan parlamentlərarası münasibətləri müzakirə olunub

MDB iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının 72-ci iclası keçirilib

Gədəbəydə könüllü qanvermə aksiyası keçirilib

Son günlərdə Kür çayında suyun səviyyəsində enmə qeydə alınır VİDEO

Son günlərdə Kür çayında suyun səviyyəsində enmə qeydə alınır VİDEO

İqtisadiyyat naziri AYİB-nin İllik Toplantısı çərçivəsində sessiyalarda və görüşdə iştirak edib

Avropa xəbər agentlikləri jurnalistikaya təhdidlərə qarşı mübarizə yollarını müzakirə ediblər

Baş Prokurorluqda prokurorluq orqanlarında görülmüş işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib

Çexiyada növbəti parlament seçkiləri oktyabrın 3-4-də keçiriləcək

Naxçıvanda "Təmiz hava" aylığı çərçivəsində növbəti ekoloji reyd keçirilib

Azərbaycan və Qazaxıstan parlamentləri arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb

Türkiyənin Konya vilayətində 5,2 bal gücündə zəlzələ olub

Dünya çempionatı ilə əlaqədar Dənizkənarı Bulvarda "Fan Zona" təşkil olunub VİDEO

Dünya çempionatı ilə əlaqədar Dənizkənarı Bulvarda "Fan Zona" təşkil olunub VİDEO

Azərbaycan və Pakistan arasında aqrar sahədə əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarılıb

İKT sektorunda 4 ayda 716 milyon manatlıq məhsul istehsal edilib

Sabirabadda keçirilən əmək yarmarkasında 100-ə yaxın vakansiya təqdim edilib

Son 35 ildə planetdə iqlim dəyişikliyi kəskin sürətlənib VİDEO

Son 35 ildə planetdə iqlim dəyişikliyi kəskin sürətlənib VİDEO

Azərbaycanda informasiya və rabitə xidmətlərinin həcmi artıb

Lənkəranın Hirkan–Daştatük–Biləsər avtomobil yolu təmir olunur VİDEO

Lənkəranın Hirkan–Daştatük–Biləsər avtomobil yolu təmir olunur VİDEO

FHN meşələrin yanğın təhlükəsizliyinə dair silsilə maarifləndirmə tədbirləri keçirib

Filarmoniyada Barokko musiqi axşamı təşkil olunub

İşğaldan azad olunan ərazilərə köçürülən sakinlərdən 4 min 300 şəxsin məşğulluğu təmin edilib

Azərbaycan Minifutbol Federasiyasının prezidenti: Hədəfimiz doğma azarkeşlər önündə dünya çempionu olmaqdır

Gürcüstan pavilyonunun nümayəndəsi: Gürcü şirkətləri Azərbaycan bazarına çox böyük maraq göstərir

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazanıblar

Fərid Qayıbov: Minifutbol millimizin əldə edəcəyi uğurlu nəticə Azərbaycan xalqının qələbəsi olacaq

AZIR hesablanması və açıqlanması üzrə qüvvəyə minmiş yeni qaydalara dair təqdimat keçirilib

Mütəxəssis: Son zamanlar Bakıda müşahidə olunan yağıntıların leysan xarakter alması ərazinin mikroiqlimi ilə bağlıdır

Avropa Komissiyası “TikTok”u rəqəmsal reklam qaydalarını pozmaqda ittiham edir

Macarıstan XİN-in başçısı Aİ-ni Rusiya-Ukrayna danışıqlarına mane olmamağa çağırıb

Pərakəndə ticarət şəbəkəsində istehlakçılara 18,4 milyard manatlıq məhsul satılıb

Britaniya ictimai binalarda enerjiyə qənaət üçün 840 milyon dollarlıq vəsait ayırır

Komitə sədri: Ailə siyasəti Azərbaycanda prioritet sahələrdən biri kimi müəyyən edilib

Türkiyənin “Multigrain” şirkətinin baş direktoru: Azərbaycanda düyü biznesinin genişlənəcəyini düşünürəm

Bahar Muradova: Ənənəvi dəyərlərin və ailə institutunun qorunması təhsil prosesində əsas amillərdən biridir

NATO-nun Baş katibi: Ukrayna sülh danışıqlarına hazırdır, indi top Rusiyanın tərəfindədir

ADA Universiteti ilə “Bayraktar Texnoloji Azərbaycan” arasında memorandum imzalanıb

Elçin Babayev: Milli dəyərlərlə zənginləşdirilmiş təhsil sistemi həm savadlı, həm də kimliyinə sadiq gənclər yetişdirməyə xidmət edir

BDU-da “Ənənəvi dəyərlərin və ailə institutunun qorunması təhsil prosesində vacib amil kimi” mövzusunda konfrans keçirilib VİDEO

BDU-da “Ənənəvi dəyərlərin və ailə institutunun qorunması təhsil prosesində vacib amil kimi” mövzusunda konfrans keçirilib VİDEO

“Bitki sağlamlığı haqqında” Qanun layihəsinin ictimai müzakirəsi davam edir

“Caspian Agro” sərgisinin iştirakçısı: Şirkətimizin məqsədi bitki məhsullarının zərərli orqanizmlərdən mühafizəsidir

Vətəndaşlar azad edilmiş bu ərazilərə də şəxsi avtomobilləri ilə səfər edə biləcək VİDEO

Vətəndaşlar azad edilmiş bu ərazilərə də şəxsi avtomobilləri ilə səfər edə biləcək VİDEO

Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir

BMU-da “TəhsilPlus” kartı ilə bağlı müzakirələr aparılıb

“Zəkaların mübarizəsi” olimpiadasının final mərhələsi keçirilib VİDEO

“Zəkaların mübarizəsi” olimpiadasının final mərhələsi keçirilib VİDEO

Pakistanın dövlət naziri Kayani “Caspian Agro 2025” sərgisini ziyarət edib

Azərbaycanın oyun studiyaları üçün ilk qlobal inkubasiya proqramı keçirilir

“Sosial dialoq institutları üçün özünüqiymətləndirmə metodologiyası”na dair seminar keçirilir

Fond rəhbəri: Ölkədə fəaliyyət göstərən istehsalçıların və əkilən ərazilərin 98 faizi sığorta xidməti əldə edə bilər

Gəncədə “Sevənlərindir dünya” tamaşası təqdim olunub

Rusiya nümayəndə heyəti Ukrayna ilə danışıqlar aparmaq üçün İstanbula gəlib

Ağalıda intensiv meyvə bağında ərik yığımından FOTOLAR  VİDEO

Ağalıda intensiv meyvə bağında ərik yığımından FOTOLAR VİDEO