İDMAN
Azərbaycanın iki boksçusu dünya çempionatının 1/4 finalına yüksəlmişdir
Bakı, 21 oktyabr (AZƏRTAC). Qazaxıstanın Almatı şəhərində boks üzrə dünya çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, çempionatın növbəti günündə Azərbaycan milli komandasının üzvü Teymur Məmmədov (91kq) rinqə çıxmışdır. O, AİBA-nı təmsil edən hindistanlı Manpret Sinqhlə qarşılaşmışdır.
Üstün döyüş nümayiş etdirən titullu idmançımız qələbə qazanaraq, 1/4 finala çıxmışdır. Növbəti mərhələdə təmsilçimiz kubalı Erislandi Savonla üz-üzə gələcəkdir.
Xatırladaq ki, digər boksçumuz Cavid Çələbiyev (56 kq) də Keniyalı Benson Njanqirunu məğlub edərək 1/4 finala yüksəlmişdir. Onun növbəti rəqibi hindistanlı boksçu, AİBA-nın üzvü Şiva Tapa olacaqdır
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2024 [14:35]
Dünya çempionatında üç medal qazanan Azərbaycan atıcıları Vətənə dönüblər
- 09.10.2024 [14:11]
Mingəçevirdə cüdo idman klubuna baxış keçirilib
- 09.10.2024 [13:22]
Bakıda idman üzrə beynəlxalq tibbi seminar keçiriləcək
- 09.10.2024 [11:54]
Azərbaycanın güləş yığmaları dünya çempionatına Bakıda hazırlaşır
- 09.10.2024 [11:25]
Seçmə mərhələ: Çimərlik futbolu üzrə Azərbaycan millisi Portuqaliyaya qarşı
- 09.10.2024 [10:55]
Voleybol üzrə Azərbaycan Kubokunun püşkü atılıb
Naxçıvan “GreenFest”ə hazırlaşır
- [10:55]
Bu gün Ümumdünya Poçt Günüdür
- [10:37]
Məsut Özil Bakıya gəlir
- [10:23]
Bakıda minik avtomobili yanıb
- [09:12]