CƏMİYYƏT
Sabah ölkə ərazisində hava əsasən yağmursuz olacaq
Bakı, 8 aprel, AZƏRTAC
Azərbaycanda aprelin 9-da gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 6-10°, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 766 millimetr civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 50-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin gecə və səhər bəzi yerlərdə arabir duman, çiskin olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-12°, gündüz 16-21° isti, dağlarda gecə 0-5°, gündüz 5-10° isti olacağı bildirilir.
Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-7°, gündüz 15-20° isti olacaq.
Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy, Göygöl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə arabir çiskinli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-4°, gündüz 6-11° isti olacağı proqnozlaşdırılır.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə arabir çiskinli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-4° isti, yüksək dağlıq ərazilərdə 2° şaxta, gündüz 5-10° isti, bəzi yerlərdə 15°-dək isti olacağı bildirilir.
Gəncə şəhərində, Qazax, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalan, Füzuli rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-10°, gündüz 14-19° isti olacağı ehtimal edilir.
Mingəçevir şəhərində, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Ağdaş, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə arabir duman, çiskin olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10°, gündüz 14-19° isti, dağlarda gecə 0-5°, gündüz 5-10° isti olacağı ehtimalı var.
Şirvan şəhərində, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Saatlı, Göyçay, Ucar, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər bəzi yerlərdə çiskin olacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-12°, gündüz 16-21° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman, çiskin olacaq. Bəzi yerlərdə arabir duman müşahidə ediləcək. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-11°, gündüz 14-19° isti, dağlarda gecə 4-7°, gündüz 9-14° isti olacaq.