Azərbaycanın kənd təsərrüfatı və qida məhsullarının Çin bazarına çıxış imkanları genişləndiriləcək
Bakı, 9 iyun, AZƏRTAC
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasında (ÇXR) işgüzar səfərdədir.
Bu barədə AZƏRTAC-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, iyunun 9-13-nü əhatə edən səfər çərçivəsində ÇXR-in Baş Gömrük Administrasiyasının rəhbərliyi və digər rəsmilər ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.
Görüşlərdə Azərbaycanın kənd təsərrüfatı və qida məhsullarının Çin bazarına çıxış imkanlarının genişləndirilməsi, təcrübə mübadiləsi, eləcə də digər prioritet məsələlər ətrafında müzakirələr aparılacaq. Həmçinin bir sıra sənədlərin imzalanması gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 09.06.2026 [19:32]
Sabunçu qəsəbəsində açıq ərazidə yanğın baş verib
- 09.06.2026 [18:50]