AZƏRBAYCANIN MALAYZİYADAKI SƏFİRİ PERAK ŞTATINA SƏFƏR ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Malayziyadakı səfiri Tahir Kərimov Perak ştatının şahzadəsi Raja Nasrinin şəxsi dəvəti ilə bu ştata səfər etmişdir. Səfir T.Kərimovla şahzadə R.Nasrinin görüşündə Azərbaycan ilə Malayziya arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur.
T.Kərimov Perak ştatının şahzadəsinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və ölkəmizin sosial-iqtisadi sahədə əldə etdiyi nailiyyətlər barədə ətraflı məlumat vermişdir.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [17:08]