AZƏRBAYCANIN MƏRKƏZİ BÖLGƏLƏRİNDƏ ƏKİN SAHƏLƏRİ TƏHLÜKƏ QARŞISINDADIR
Aqro İnformasiya Mərkəzindən (AİM) AZƏRTAC-a bildirmişlər ki, Azərbaycanın mərkəzi bölgələrində təhlükəli alaq otu olan sarı sarmaşıq (kuskuta) şəkər çuğunduru, yonca və digər əkin sahələrinə kütləvi surətdə ziyan vurur.
Parazit alaq otunun daha çox Bərdə, Tərtər və Ağcabədi rayonlarında yayıldığı qeydə alınmışdır.
Vəziyyətin təhlükəli olduğunu bildirən AİM-in təlimatçı eksperti Şəmsi Şəmiyev demişdir ki, sarı sarmaşıq bitkinin şirəsini sormaqla onu tamamilə zəiflədir.
Sahələrə baxış keçirən təşkilat nümayəndələri bildirmişlər ki, təcili tədbir görülməsə məhsul itkisi təqribən 40-50 faiz olacaqdır. Mütəxəssislərin qənaətinə görə, vaxtında aqrotexniki qaydalara (toxumun təmizlənməsi, növbəli əkin sisteminin tətbiqi və s.) düzgün riayət olunması ilə bu problemin aradan qaldırılması mümkün idi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]