AZƏRBAYCANIN MİLLİ MARAQLARINA CAVAB VERƏN DAHA İKİ BEYNƏLXALQ SƏNƏD MİLLİ MƏCLİSİN MÜZAKİRƏSİNƏ ÇIXARILMIŞDIR
AZƏRTAC xəbər verir ki, Milli Məclisin sosial siyasət daimi komissiyasının mayın 21-də keçirilmiş iclasında “İdman haqqında genişləndirilmiş hüdudlu sazişin əsasnaməsinin təsdiq edilməsi haqqında” qanun layihəsi müzakirə olunmuşdur. Bildirilmişdir ki, sənəd ötən il mayın 11-də Avropa Şurası Nazirlər Komitəsinin iclasında qəbul edilmişdir. Sənədin təsdiqlənməsinin ölkəmizdə idman sahəsinə texniki və maddi dəstək göstərilməsi baxımından əhəmiyyətli olduğu və ölkəmizin milli maraqlarına xidmət etdiyi vurğulanmışdır.
Sonra “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin humanitar əməkdaşlıq üzrə Şurası haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsinə baxılmışdır. Deputatlar humanitar əməkdaşlığın əhəmiyyətindən danışmış, belə sənədlərin qəbulunu zəruri saymışlar.
İclasda daha sonra “Şərti maliyyə vahidi məbləğlərinin mütləq rəqəmlərlə əvəz olunması məqsədilə bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi barədə” və “İnzibati icraat haqqında” Qanunun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi barədə” qanun layhələri də müzakirə olunmuşdur.
Sonda qanun layihələri təsdiqlənmək üçün Milli Məclisin müzakirəsinə tövsiyə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]