İDMAN
Azərbaycanın “Neftçi” cəmiyyətinin komandası Estoniyada milli azlıqların nümayəndələrindən ibarət komandalar arasında futbol turnirində iştirak edəcəkdir
Tallinn, 23 avqust (AZƏRTAC). Estoniyada fəaliyyət göstərən “Lira” Milli Azlıqlar Birliyi Tallinn şəhəri meriyasının və Pıxya-Tallinn rayonu hökumətinin dəstəyi ilə sentyabrın 8-də “Kotka” stadionunda milli azlıqların nümayəndələrindən ibarət komandalar arasında 15-ci futbol turniri keçirəcəkdir.
İlkin məlumata görə, turnirdə Azərbaycanın “Neftçi”, Gürcüstanın “Samşoblo”, Polşanın “Polonia” komandaları, habelə Ukrayna, Belarus cəmiyyətlərinin və digər cəmiyyətlərin komandaları iştirak edəcəklər.
Turnir çərçivəsində iki taymdan ibarət mini-futbol, futbol bulliti (cərimə zərbəsi) və penalti yarışları keçiriləcəkdir.
“Lira” Milli Azlıqlar Cəmiyyətinin sədri Lidiya Kılvart və Tallinn şəhərinin vitse-meri Mixail Kılvart ilk üç yeri tutan komandalara kuboklar və xatirə hədiyyələri, habelə pul mükafatları təqdim edəcəklər.
Nigar Cəfərova
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn