Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycanın nümayəndə heyəti BMT Baş Assambleyasının 75-ci sessiyasında Ermənistanın baş nazirinin cəfəng bəyanatlarını qətiyyətlə rədd edib

Azərbaycanın nümayəndə heyəti BMT Baş Assambleyasının 75-ci sessiyasında Ermənistanın baş nazirinin cəfəng bəyanatlarını qətiyyətlə rədd edib

Vaşinqton, 26 sentyabr, AZƏRTAC 

Azərbaycan Respublikasının BMT-dəki Daimi Nümayəndəsinin müavini Tofiq Musayev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi siyasi debatlarında bəyanatla çıxış edərək Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan münaqişəsi və Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ regionu barədə bəyanatına cavab verib.

AZƏRTAC xəbər verir ki, T.Musayev əvvəlcə bəzi məlum faktları xatırladıb. Hamıya yaxşı məlum olduğu kimi, 1990-cı illərin əvvəlində Ermənistan Azərbaycan ərazilərini işğal etmək məqsədilə çoxdan hazırlanmış planını həyata keçirmək üçün Azərbaycana qarşı hərbi qüvvə tətbiq edib. Erməni təcavüzü nəticəsində Azərbaycan ərazisinin xeyli hissəsi, o cümlədən Dağlıq Qarabağ, ona bitişik 7 rayon və bəzi eksklavlar Ermənistan tərəfindən işğal edilib və hələ də işğal altındadır. Müharibə on minlərlə insanın həyatına son qoyub, Azərbaycanda mülki infrastrukturun və əmlakın ciddi dağıntılarına səbəb olub. İşğal edilmiş ərazilərdə bütün azərbaycanlılara qarşı etnik təmizləmə aparılıb, bir milyondan çox azərbaycanlı həmin ərazilərdəki doğma yurdlarını tərk etməyə məcbur olub.

Ermənistanın öz qeyri-qanuni iddialarını və əməllərini təyini-müqəddərat barədə spekulyasiyalarla maskalamaq cəhdləri tamamilə əsassızdır və bu iddialarla Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində və ATƏM-in 1975-ci il Helsinki Yekun Aktında və digər müvafiq beynəlxalq sənədlərdə təsbit olunmuş prinsiplər arasında heç bir ümumi cəhət yoxdur.

Beynəlxalq vasitəçilər münaqişənin nizamlanması prosesi barədə bəyanatlarında konkret olaraq Helsinki Yekun Aktına istinad edirlər. Bu sənədə əsasən iştirakçı dövlətlər, o cümlədən Ermənistan “bütün hallarda Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin məqsəd və prinsiplərinə, beynəlxalq hüququn müvafiq normalarına, o cümlədən dövlətlərin ərazi bütövlüyünə dair normalara uyğun olaraq xalqların bərabər hüquqlarına və öz müqəddəratını təyin etmək hüququna hörmət etməlidirlər”.

Azərbaycanın BMT-dəki Daimi Nümayəndəsinin müavini sözünə davam edərək bildirib ki, təyini-müqəddərat barədə iddialar beynəlxalq hüququn, o cümlədən dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə qarşı güc tətbiq etməklə hədələməni və ya güc tətbiq olunmasını qadağan edən imperativ normaların (jus cogens) pozulması ilə müşayiət olunursa, bu iddialar qəbuledilməzdir.

Ermənistan iddia edir ki, Dağlıq Qarabağın belə adlandırılan “hakimiyyət orqanları” danışıqlarda iştirak etməlidirlər. Bu iddianın heç bir əsası yoxdur. Ermənistan bütün azərbaycanlıları Dağlıq Qarabağ regionundan qovandan sonra orada regionun hakimiyyət orqanları kimi yaratdığı oyuncaq etnik rejimin tətbiq olunması üçün səylərini əsirgəmir. Lakin, ATƏT özünün müvafiq sənədlərində və qərarlarında etiraf edir ki, Azərbaycanın bu regionunun əhalisi iki bərabərhüquqlu icmadan, konkret olaraq azərbaycanlı və erməni icmalarından ibarətdir. Bu və ya hər hansı digər sənədlərin və qərarların heç birində erməni icması “seçilmiş hakimiyyət” adlanmır.

Son iki ildə biz Ermənistan rəhbərliyinin sülh prosesini pozmaq, o cümlədən danışıqların formatını dəyişmək cəhdlərinin şahidləri olmuşuq. Bu səbəbdən ATƏT-in Minsk qrupunun həmsədrləri 2019-cu il martın 9-da bəyanatla çıxış edərək, danışıqların formatının birtərəfli qaydada dəyişdirilməsi tələblərindən çəkinməyə çağırıblar.

Azərbaycanlı diplomat daha sonra vurğulayıb ki, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində qurulmuş oyuncaq rejimin qanunsuz olması beynəlxalq səviyyədə dəfələrlə bəyan edilib; Ermənistanın rəhbərliyi və nəzarəti altında olan bu rejim nəticə etibarilə azərbaycanlılara qarşı irqi, etnik və dini motivlər əsasında törədilmiş təcavüz, etnik təmizləmə və digər cinayətlərin nəticəsindən başqa bir şey deyil.

BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə yekdilliklə qəbul edilmiş 822, 853, 874 və 884 nömrəli qətnamələrində nəinki uydurma “Dağlıq Qarabağ xalqı” və onun “təyini-müqəddərat hüququ”nun adı çəkilməyib, həm də Azərbaycana qarşı güc tətbiq edilməsi və onun ərazilərinin işğal olunması pislənilib, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə, onun beynəlxalq sərhədlərin toxunulmazlığına hörmət etməyin vacibliyi, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olması təsdiqlənib, işğalçı qüvvələrin Azərbaycanın işğal altında olan bütün ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edilib. Digər beynəlxalq təşkilatların qəbul etdiyi, dünya birliyinin vahid mövqeyini ifadə edən çoxsaylı sənədlər də bu ruhda tərtib olunub.

Təəccüblü deyil ki, Ermənistanın hakimiyyət orqanları münaqişənin nizamlanmasının hüquqi və siyasi əsasını təşkil edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və digər müvafiq beynəlxalq sənədlərin adını çəkməkdən çəkinirlər. Aşkardır ki, Ermənistanın hakimiyyət orqanlarının münaqişəni yalnız sülh yolu ilə nizamlanmasına sadiq olması barədə bəyanatları Yerevanın dəqiq müəyyən edilmiş ilhaqçı məqsədlərini maskalamaq üçün boş ritorikadan, gözdən pərdə asmaqdan başqa bir şey deyil. Ermənistan Azərbaycan ərazilərinin işğal edilməsi üçün hərbi qüvvə tətbiq etməklə əslində sülhün alternativinin mövcud olmasına özünün qəti inamını nümayiş etdirib.

2020-ci ilin iyulunda Ermənistan silahlı qüvvələri beynəlxalq hüququ kobud şəkildə pozaraq artilleriya və minomyotlardan istifadə etməklə, Azərbaycanın əhalisi sıx olan rayonlarını bilavasitə hədəfə alaraq hücuma başlayıblar. Nəticədə Azərbaycanın 76 yaşlı dinc sakini, Azərbaycan Silahlı Qüvvələrinin 12 zabiti və əsgəri həlak olub, çoxsaylı insanlar yaralanıb, bu rayondakı mülki obyektlərə ciddi ziyan vurulub.

Ermənistanın Azərbaycana qarşı silahlı təxribat həyata keçirməsinə hətta COVID-19 pandemiyasının dağıdıcı təsiri də mane olmayıb. Tamamilə aşkardır ki, Ermənistanın BMT Baş katibinin qlobal atəşkəs barədə çağırışını dəstəkləməsi və bu çağırışa sadiq olması barədə bəyanatları ağ yalandır. Şübhə yoxdur ki, Ermənistanın məqsədi insanların həyatını xilas etmək və onların iztirablarını yüngülləşdirmək deyil, özünün təcavüz və ilhaq siyasətini genişləndirmək və möhkəmlətməkdir.

T.Musayev qeyd edib ki, Ermənistanın Azərbaycanda mülki şəxslərə hücumlarının və yaşayış məntəqələrini bombardman etməsinin siyahısına nəzər salsaq, onun Azərbaycanda mülki infrastruktura qarşı güc tətbiq etmək barədə daimi hədələrini nəzərə alsaq, onun ehtimal edilən “nüvə terrorizmi” barədə təhdidləri xüsusilə təəccüb doğurur. Azərbaycan öz silahlı qüvvələrinin heç vaxt mülki obyektlərə hücum etməyi planlaşdırmadığını və beynəlxalq humanitar hüququ normalarına ciddi riayət etdiyini müvafiq səviyyədə dəqiq bəyan edib. Ermənistandan fərqli olaraq Azərbaycan yalnız Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq adət hüququna müvafiq olaraq özünümüdafiə hüququ çərçivəsində hərəkət edir.

İnsan haqları və demokratiya məsələsinə gəldikdə isə, Ermənistanın hakimiyyət orqanları başqa ölkələri ittiham etməkdən əvvəl özünə diqqətlə baxmalıdır. Həqiqətən, Ermənistanda bir-birini əvəz etmiş hökumətlər, o cümlədən indiki hökumət də zorakı yolla hakimiyyətə gəlib və öz siyasi opponentlərinə qarşı mübarizənin ən qəddar metodlarından istifadə edib. Müxalifətin boğulması, siyasi motivlər əsasında qətllər, KİV azadlığının məhdudlaşdırılması, məhkəmə sisteminə müdaxilə, Azərbaycana və digər qonşu ölkələrə nifrət və etnik uyuşmazlıq barədə odioz ideyaların açıq təbliği – bugünkü Ermənistandakı acı reallıq belədir.

Ermənistan əvvəlki kimi, yenə də regional və beynəlxalq sülhə, təhlükəsizliyə və sabitliyə ciddi təhdid mənbəyidir. Buna görə, beynəlxalq birlik tərəfindən təxirəsalınmaz tədbirlər görülməlidir.

T.Musayev çıxışının sonunda qeyd edib ki, möhkəm sülhün təməli və məqsədi işğalçı erməni qüvvələrinin Dağlıq Qarabağ regionundan və Azərbaycanın işğal altında olan digər ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasının təmin edilməsi, Azərbaycanın beynəlxalq aləmdə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünün bərpa olunması, məcburi köçkünlərin öz yurdlarına qayıtmasıdır. Bu hədəfə çatmaq kompromis deyil, zərurətdir.

AZƏRTAC-ın Vaşinqton bürosu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Biləsuvarda ağacəkmə aksiyası keçirilib

DGK: Mərkəzi Gömrük Ekspertizası İdarəsinin xidmətləri ilə bağlı respondentlərin 82 faizi məmnunluğunu ifadə edib

Mahmud Abbas Türkiyəyə səfər edib

Günəşin və işıqlı həyatın rəmzi - Od çərşənbəsi

Türkiyənin müdafiə naziri: Regionda terrorçuların fəallığı faktiki olaraq sıfıra endirilib

Gəncədə ana və oğlu dəm qazından zəhərlənib, ölən var

Azərbaycan ilə Macarıstan arasında ilk konsulluq məsləhətləşmələri keçirilib

Türkiyə lirəsi ilə ticarətin həcmi 2 ay ərzində 200 milyardı ötüb

Türkiyə Superliqası: "Trabzonspor" gözlənilməz məğlubiyyət alıb

İtaliyada qar uçqunu olub, bir nəfər ölüb

Dövlət qurumlarının əməkdaşları arasında nərd yarışı keçirilib

Türkiyədə 4,9 bal gücündə zəlzələ olub

Sabirabadda yol qəzasında xəsarət alan piyada Bakıya göndərilib

Muxtar respublikada 8 milyon 713 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub

Almaniyada naməlum şəxs xəstəxanada insanları girov götürüb

N saylı hərbi hissənin əsgərinin odlu silahdan istifadə etməklə özünü öldürməsi ilə bağlı cinayət işi başlanılıb

Brüsseldə konsert salonunda törədilməsi planlaşdırılan terror aktının qarşısı alınıb

Şəki Dövlət Dram Teatrı Novruz bayramı günlərində uşaqları yeni tamaşa ilə sevindirəcək

Göyçayda məktəbdə “Şəhidlər muzeyi” açılıb

İsmayıllı və Göyçay sakinlərindən qanunsuz saxlanılan silahlar götürülüb

Lebron Ceyms NBA tarixində yeni rekorda imza atıb

Kamboca Xalq Partiyasının sədri Hun Sendən

DİM-in fevral ayında keçirdiyi imtahanlarda 25 min 946 nəfər iştirak edib

® “Azercell”in dəstəyilə keçirilən “Robotex Türkiyə”nin regional yarışları başa çatıb

Xarici dillər üzrə danışıq bloku imtahanı keçirilib

Azərbaycanın Müdafiə Nazirliyi ilə Pakistanın Birləşmiş Qərargahı arasında protokol imzalanıb

Rektor Elçin Babayev “Robotex Azərbaycan”da qalib gələn BDU komandalarının üzvləri ilə görüşüb

Avstriya parlamentinin nümayəndə heyəti Milli Məclisdə olub

Avstriyalı parlamentarilər Azərbaycanla Ermənistan arasında sülh prosesinin perspektivləri barədə məlumatlandırılıb

Azərbaycan “Qlobal Metan Vədi” təşəbbüsünə qoşulub

Qətər Mərkəzi Bankı ilə əməkdaşlıq perspektivləri müzakirə olunub

"Valensiya" -"Real Madrid" oyununda qalmaqala səbəb olan hakim işindən kənarlaşdırılıb

Rəqabət Məcəlləsinə dair müzakirələr aparılıb

İctimai Şura üzvlərinin Böyük Qayıdış prosesində aktivliyi artırılacaq

“Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş gənclərin kibertəhlükəsizlik çempionatı”na yekun vurulub

Üzeyir Hacıbəylinin güllələnmiş heykəlinin əks olunduğu foto beynəlxalq festivalda nümayiş etdirilir

Bakıda TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının iclası keçirilib YENİLƏNİB

Elmi və ali təhsil müəssisələrinin əməkdaşlarına “Scopus” və “ScienceDirect” bazalarından istifadə üzrə təlim keçirilib

Professor Reks Li “Yeni çağırışlar”da

RİNN nümayəndəsi nüfuzlu beynəlxalq təşkilatda proqram meneceri təyin olunub

Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında elm və təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

Azərbaycanın daha 2 boksçusu lisenziya turnirində mərhələ adlayıb

AZAL Bakı-Naxçıvan və əks istiqamətdə aviabiletləri öncədən almağı tövsiyə edir

“Hüseynqulu Sarabski arxivinin təsviri” – yeni nəşr

Ədəbiyyat İnstitutunun 90 illik yubileyi təntənəli şəkildə qeyd olunub YENİLƏNİB

Fərid Qayıbov: Sevindirici haldır ki, artıq Xankəndidə idman tədbirləri keçirə bilirik

Dövlət Sosial Müdafiə Fonduna Beynəlxalq Sosial Təminat Assosiasiyasından yüksək güvən və etimad

Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstan Xalq Məclisinin sədri ilə görüşüb

Avropalılar nə qədər alkoqol qəbul edir?

Melburnda “Leonardo da Vinçi – dahinin 500 illiyi” sərgisi açılacaq

Milli Onkologiya Mərkəzində “Kim üzr istəməlidir?” adlı kitabın təqdimat mərasimi olub VİDEO

Ekspert telekanallarda təhsil mövzusunun işıqlandırılmasına münasibət bildirib

Bu ilin iki ayında paytaxtda qeydə alınmış yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb

Xankəndi – Bakı ultramarafonunun qalibləri mükafatlandırılıb

® “Unibank” strateji prioritetlərini və korporativ dəyərlərini təqdim edib

Dövlət xidmətlərinin göstərilməsi sahəsində innovativ həllərin Monteneqroda tətbiqinə dair müzakirələr aparılıb

Qarabağ Dirçəliş Fondu 8 martla əlaqədar yeni layihəyə start verib

Baş Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyəti ilə bağlı yayılan xəbərlərə dair açıqlama yayıb

“AzerGold” Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş interaktiv tədbir keçirib

Azərbaycan millisi “FIFA series – Edition 2024” turnirinə Arif Əsədovun rəhbərliyi ilə çıxacaq

Polşalıların 41 faizi Rusiyanın hücum təhlükəsini real hesab etmir

Xaqani bağının ətrafında nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

Könül Nurullayeva: Xankəndi–Bakı ultramarafonunun keçirilməsi tarixi hadisədir

“Dəyərlərimizi qoruyaq!” layihəsinə başlanılıb

Oğuzda Vətən Müharibəsi Qəhrəmanı şəhid Nail İbrahimlinin 30 illiyi qeyd olunub

“Kod saatı: rəqəmsal gələcəyə addım 2023” müsabiqəsinin qalibləri mükafatlandırılıblar VİDEO

Qəzzada həlak olan fələstinlilərin sayı 30,5 min nəfəri ötüb

Baş Prokurorluq: Hərbi xidmətə çağırışla bağlı qanunsuzluqlarla bağlı bu il 18 material üzrə araşdırma aparılıb

Almaniyada qocalar evində yanğın baş verib, 4 nəfər ölüb

“İRS” jurnalının ərəb dilində növbəti nömrəsi nəşr olunub

Özbəkistanın 74 vətəndaşı ABŞ-dan deportasiya edilib

Azərbaycan Dövlət Uşaq Filarmoniyası “Buratino” tamaşasını hazırlayıb

Azərbaycanın Xizəkçi Jurnalistlər Klubu yaradılıb

AzMİU-nun stendi 9-cu Avrasiya Beynəlxalq Ali Təhsil Sammitində nümayiş olunub

Tibb Universitetinin rektoru ödənişsiz təhsil imkanı qazanan tələbələrlə görüşüb

Avropa İttifaqının üzvləri Azərbaycan Prezidentinin mesajından düzgün nəticə çıxarmalıdır ŞƏRH

Xankəndi – Bakı ultramarafonunun qalibi: Qələbəmi şəhidlərimizə həsr edirəm

Dəmir yoluna çıxan piyadanı qatar vurub

Çin Xalq Siyasi Məşvərət Şurasının illik sessiyası işə başlayıb

“Lufthansa”nın yerüstü heyəti martın 7-si və 8-də işə çıxmayacaq

Fevral ayının ikinci yarısında Elm və Təhsil Nazirliyinə 21 minədək müraciət daxil olub

Azərbaycan və Braziliya arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

İstanbulda yanacaq daşıyan maşın partlayıb

Cənubi Koreyada 7 min həkim-internanın sertifikatının ləğv edilməsi gözlənilir

Riyaziyyat və Mexanika İnstitutunda akademik Zahid Xəlilovun xatirəsi anılıb

Azərbaycan üzgüçülük komandası Latviyada qızıl medal əldə edib

Dövlət Aqrar Universiteti Beynəlxalq Təlim və Layihə Mərkəzi ilə əməkdaşlığa başlayır

“Azərxalça”nın Lənkəran filialında ipək xalçalar toxunur VİDEO

Mütəxəssis: Genetika piylənmənin əsas faktorlarından biridir

Din xadimlərinin attestasiyasına başlanılıb

Qarabağ Müharibəsi Veteranı olan prokurorluq işçisi son yaş həddinə çatdığına görə təqaüdə göndərilib

Almaniya Azərbaycanlıları Alyansı “Artsaxın mədəni irsi” kitabının təqdimatına etiraz edib

Xankəndi–Bakı ultramarafonuna yekun vurulub VİDEO

STP Şirkətlər Qrupu növbəti inkişaf layihəsini təqdim etdi

Avstriya parlamentinin nümayəndə heyəti Azərbaycanın multikulturalizm modeli barədə məlumatlandırılıb

Fövqəladə Hallar Nazirliyinin Akademiyasına tələbə qəbulu qaydaları açıqlanıb

Rəşad Sadiqov: Həmin epizodu bir neçə dəqiqə VAR-da yoxlamağa ehtiyac yox idi

Rusiyada fəaliyyət göstərən “Mərkəzi Müftilik” Müsəlmanların Mərkəzləşdirilmiş Dini Təşkilatının sədri, müfti Anar Ramazanovdan

Nikki Heyli Vaşinqtonda keçirilən praymerizdə qalib gəlib

San-Marino Respublikasının Kapitan-Regentləri Filippo Tamanyini və Qaetano Troinadan