AZƏRBAYCANIN QAZAXISTANDAKI SƏFİRİ SENATIN SƏDRİ İLƏ GÖRÜŞMÜŞDÜR
AZƏRTAC-ın xüsusi müxbiri Qazaxıstan parlamenti Senatının mətbuat xidmətinə istinadla xəbər verir ki, Azərbaycanın bu ölkədəki səfiri Lətif Qəndilov Senatın sədri Qasımcomərd Tokayevlə görüşmüşdür.
Görüşdə Qazaxıstan ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin dərinləşdirilməsi, o cümlədən parlamentlərarası əməkdaşlığın genişləndirilməsi və bir sıra digər məsələlər müzakirə olunmuşdur.
Lətif Qəndilov bildirmişdir ki, bu ilin yayında Azərbaycan Parlamentinin yaradılmasının 90 illiyi tamam olur və bu münasibətlə ölkəmizdə müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Sonra səfir Azərbaycan parlamentinin sədri Oqtay Əsədovun 2008-ci ilin iyununda Bakıda parlamentin 90 illiyi ilə əlaqədar keçiriləcək yubiley tədbirlərinə dəvət məktubunu Qasımcomərd Tokayevə təqdim etmişdir.
Dəvət məmnuniyyətlə qəbul olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [17:08]