CƏMİYYƏT
Azərbaycanın Qırğızıstandakı səfirliyi iftar süfrəsi açmışdır
Bakı, 13 avqust (AZƏRTAC). Azərbaycanın Qırğızıstandakı səfirliyi “Qırğızıstandakı azərbaycanlıların əlaqələndirmə mərkəzi” İctimai Birliyi avqustun 12-də azərbaycanlıların Bişkekdəki məscidində mübarək Ramazan bayramı münasibəti ilə iftar süfrəsi açmışdır.
Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sədri Nüsrət Məmmədov AZƏRTAC-a bildirmişdir ki, tədbirdə iki yüzdən çox azərbaycanlı və digər qonaqlar iştirak etmişlər. Məscidin imamı Hacı İlqar Rəcəbov Azərbaycanın Qırğızıstandakı səfirliyinin müvəqqəti işlər vəkili İlqar Cabbarova və “Qırğızıstandakı azərbaycanlıların əlaqələndirmə mərkəzi” İctimai Birliyinin rəhbəri Cəbi Rəsulova iftar süfrəsinin təşkilinə görə minnətdarlığını bildirmiş, bu cür tədbirlərin azərbaycanlıların birliyinin möhkəmlənməsinə xidmət etdiyini vurğulamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]