Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Ukraynada təqdim olunub
Bakı, 29 yanvar, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu Rəqəmsal Ticarət Qovşağı Ukraynanın Xarkov şəhərində təqdim edilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, İİTKM-nin nümayəndəsi Elnur Əliyev tərəfindən Xarkovdakı fəxri konsulluqda keçirilən təqdimat zamanı bu şəhərdə yaşayan soydaşlarımıza Azərbaycanın dünya tarixində ilk dəfə olaraq qeyri-rezidentə mobil imza, eyni zamanda, Estoniyadan sonra xaricilərə e-rezidentlik təqdim edən ikinci ölkə olması barədə ətraflı məlumatlar verilib. Qeyd edilib ki, dövlət başçısının tapşırığı ilə yaradılan "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi, "Azexport.az" və "EnterpriseAzerbaycan.com" portalları Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafına geniş töhfə verir.