Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycanın Rusiyadakı səfirliyi Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil edib VİDEO

Moskva, 9 noyabr, AZƏRTAC

Azərbaycanın Rusiyadakı səfirliyi 8 Noyabr - Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil edib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Türkiyə, Moldova, Belarus, Özbəkistan, Tacikistan, Qırğızıstan da daxil olmaqla müxtəlif ölkələrin səfirləri və hərbi-diplomatik korpusun üzvləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, jurnalistlər, eləcə də soydaşlarımız iştirak ediblər.

Tədbiri giriş sözü ilə Azərbaycanın Rusiyadakı hərbi attaşesi Kənan Təhməzov açıb.

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev çıxış edərək qeyd edib ki, Zəfər Günü hər bir azərbaycanlı üçün ən əziz bayramdır. “Bu Qələbəyə gedən yolumuz çox uzun oldu. Bu yol Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişi ilə başlayıb. Xarabalığa çevrilmiş, əraziləri işğal olunmuş, ordusu məğlub olmuş ölkə vətəndaş müharibəsi ərəfəsində idi. Heydər Əliyev ölkəni nəinki müstəqilliyini itirməkdən, həm də parçalanmaqdan xilas etdi”, -deyə diplomat bildirib.

R.Mustafayev vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda gələcək Qələbəmiz üçün iqtisadi və enerji əsasının yaradılması prosesinə başlanılıb. Bu siyasət Zəfərə iqtisadi, diplomatik və hərbi hazırlıq kursunu müəyyən edən İlham Əliyev tərəfindən davam etdirildi.

Səfir qeyd edib: “Azərbaycan danışıqlar prosesindən sona qədər keçdi; ölkəmizin mövqeyi beynəlxalq hüquq normalarına əsaslanırdı. ATƏT-in Minsk qrupunun Qərb vasitəçiləri Azərbaycan Respublikasının suverenliyinin bərpasını və ərazilərinin işğaldan azad edilməsini deyil, sərhədlərimizin dəyişdirilməsini qarşılarına məqsəd qoyublar. Mən bunu xüsusilə Fransada işləyəndə aydın başa düşdüm. Minsk qrupunun fransalı həmsədri ilə sonuncu görüşüm zamanı mənə bildirdilər ki, onun gündəliyində Azərbaycanın suverenliyinin və sərhədlərinin bərpası kimi bir məsələ yoxdur. Açıq şəkildə vurğulanıb ki, dünya dəyişib, region dəyişib, biz öz məğlubiyyətimizi etiraf etməliyik, Cənubi Qafqazda yeni sərhədlərin formalaşdırılması zərurətindən çıxış etməliyik”.

Diplomatın sözlərinə görə, Fransa diplomatiyasının həmin mərhələdə təklif etdiyi məsələ bu gün regionumuzda həyata keçirilir - Avropa İttifaqının, mahiyyətcə NATO-nun missiyası fəaliyyət göstərir: “Əsas məqsəd regionun aparıcı ölkələri - Rusiya, Türkiyə və İranın sərhədində oyuncaq “Dağlıq Qarabağ” qurumunun yaradılması idi. Bütün bu vəzifələr həmin mərhələdə qarşıya qoyulmuşdu və Azərbaycan üçün böyük təhlükə yaradırdı”.

R.Mustafayev vurğulayıb ki, Azərbaycan İkinci Qarabağ müharibəsində Qələbə çaldıqdan sonra münaqişə öz həllini tapsa da, münaqişədən sonrakı dövrün vəzifələri - işğaldan azad edilmiş ərazilərin bərpası və minalardan təmizlənməsi, itkin düşmüş azərbaycanlıların taleyinə aydınlıq gətirilməsi, sovet Ermənistanı ərazisindən qovulmuş həmvətənlərimizin problemləri hələ də qalmaqdadır: “Bu günün əsas mövzusu isə Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanması məsələsidir. Biz erməni qonşularımızla çox iş görmüşük, sülh sazişinin bir çox müddəaları razılaşdırılıb. Amma əsas məsələlər həll olunmamış qalır. Bu, Ermənistan Konstitusiyasında və onun bir sıra normativ sənədlərində Azərbaycanın suverenliyinə bilavasitə aid olan müddəaların olması faktıdır. Orada Qarabağla bağlı yazılanlar bizim üçün qətiyyən qəbuledilməzdir. Biz bu sənədlərə dəyişiklik təklif etdik və tələb etdik ki, finişə çataq və sülh sazişini imzalayaq. Bu prosesdə Rusiya ilə müttəfiq münasibətlərimizin böyük rolu var”, - deyə səfir bildirib.

R.Mustafayevin qeyd etdiyi kimi, Cənubi Qafqazda sülh və firavanlıq, qonşularla yaxşı münasibətlər Azərbaycanın xarici siyasətinin prioritet istiqamətləridir. “Biz “3+3” konsepsiyasını, regionun üç ölkəsinin - Azərbaycan, Ermənistan və Gürcüstanın, habelə üstəgəl 3 əsas qonşumuz olan Rusiya, Türkiyə və İranın qarşılıqlı fəaliyyətini təşviq edəcəyik. Eyni zamanda, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq üzrə səylərimizi davam etdirəcəyik”, - deyə səfir əlavə edib.

Rusiya Federasiyasındakı Azərbaycan diasporunun nümayəndələri qarşısında çıxış edən səfir onları Azərbaycan və Rusiya arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi prosesində fəal iştirak etməyə çağırıb.

Tədbir çərçivəsində Zəfər Gününə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Azərbaycanın Rusiyadakı səfirliyi Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil edib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cavid Qədirov: Ermənistanın delimitasiya prosesində iştirakı öz Konstitusiyasına ziddir

Parlamentarizm: ənənələr və perspektivlər

DSMF: Bu il məcburi dövlət sosial sığorta üzrə daxilolmalar 4,3 faiz artıb

Xalq şairi Nəbi Xəzrinin 100 illiyi ilə əlaqədar silsilə materiallar hazırlanıb

IV Azərbaycan Vokalçıları Festivalı keçiriləcək

BDYPİ: Yağmurlu havada avtomobillərin dövlət qeydiyyat nişanlarının təmizliyinə daha çox diqqət ayrılmalıdır

“Orqan transplantasiyasında müasir dövrün çağırışları" mövzusunda beynəlxalq elmi konfrans keçirilir

Aşıq Mikayıl Azaflının 100 illik yubileyi münasibətilə konsert təşkil ediləcək

Milli Məclis 15 məsələnin müzakirəsinə başlayıb

Naxçıvanda 2090 şəxsə əlillik təyin olunub

Azərbaycan futzal millisinin heyətində dəyişiklik edilib

Dövlət Xidməti: On ayda protokolların sayında 42 faiz azalma olub

Azərbaycan Universiteti Gürcüstanda keçiriləcək beynəlxalq müsabiqədə təmsil olunacaq

DİN: Dekabrın 9-da 41 cinayətin üstünün açılması təmin olunub

Müdafiə Sənayesi Nazirliyi: Texniki anbarda baş vermiş yanğın hadisəsinin səbəbləri araşdırılır

DGK Tibbi Xidmət İdarəsinin rəisi: Əsas problemlərdən biri orqan donorlarının sayının azlığıdır

® “Mastercard”ın dayanıqlılıq təşəbbüsləri və COP29 dövründə əsas fəaliyyətləri

Şeirinin ruhu və mayası Azərbaycan olan şair

Nazir müavini: Ermənistan indiyədək öz sərhədlərini müəyyənləşdirməyib

® “Araz” mağazaları qida təhlükəsizliyi tələblərinə uyğun fəaliyyət göstərir

Fərid Şəfiyev: Azərbaycan Ermənistanla sülhün əldə edilməsində maraqlıdır

Ədəbiyyat İnstitutu əməkdaşlarının il ərzində 76 kitab və monoqrafiyası çap olunub

Bu ilin on bir ayı ərzində 44,7 min şəxsə əlillik təyin olunub

Çempionlar Liqası: “Real Madrid” İtaliya, “Liverpul” İspaniya səfərində

Energetika Nazirliyində vətəndaşlarla görüş keçirilib

Elnur Məmmədov: Ermənistanın konstitusiyasındakı ərazi iddiaları sülhə maneədir

Dünya birjalarında neft ucuzlaşıb

Azərbaycan neftinin qiyməti yenidən 75 dolları ötüb

KTN: Pambıq lifi ixracında 1,8 dəfə artım olub

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin kollektivi Ulu Öndərin məzarını ziyarət edib

ABŞ-da zəlzələ baş verib

Kanadanın Baş nazirinə etimadsızlıq səsverməsi 3-cü dəfə baş tutmayıb

ABŞ Roma Papasının atəşkəs çağırışını dəstəkləməyib

Kir Starmer Məhəmməd bin Salmanla görüşüb

Böyük beynin təkamülündə bağırsaq mikroblarının rolu araşdırılıb - ARAŞDIRMA

Omanda VIII Beynəlxalq Mülki Aviasiya Təhlükəsizlik Həftəsi keçirilir

Alimlər beyin xərçəngi ilə mübarizədə və dağınıq sklerozun müalicəsinə yenilik gətiriblər - ARAŞDIRMA

Bakıda “Azerbaijan Fashion Week” moda həftəsinin 17-ci mövsümünün açılışı olub

İtaliya Suriyadan sığınacaq tələbləri ilə bağlı prosesləri dayandırmağa qərar verib

İsveç suriyalı qaçqınlarla bağlı qərarların icrasını dayandırıb

Heydər Əliyev Mərkəzində “Yenidən doğulmuş gözəllik” adlı sərgi açılıb

® Birdəfəlik müavinətlər “Birbank”da

“Şamaxı” iki futbolçusu ilə yollarını ayırıb

“Xurşidbanu Natəvan. Gül dəftəri” kitabı işıq üzü görüb

Bakıdakı Rus evində Azərbaycanın Xalq artistinin yaradıcılıq gecəsi keçirilib

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Demokratik İslahatlar Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Böyük Quruluş Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Milli İstiqlal Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi seçki dairələri üzrə seçki məntəqələrinin yaradılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 2 dekabr tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Ərzurum və Rize vilayətləri arasında yeni dəmir yolu layihəsi region iqtisadiyyatı üçün güclü təkan olacaq

Misli Premyer Liqası: “Turan Tovuz” doğma meydanda üç xala sevinib

Rusiya-Ukrayna müharibəsinin dayandırılması üzrə Təmas Qrupunun yaradılması təklif edilib

Bu il AMEA Naxçıvan bölməsinin əməkdaşlarının 348 elmi əsəri çap olunub

Folklor İnstitutunun illik hesabatı: 36 kitab və monoqrafiya, 300-dən çox məqalə

Marneulidə “Dahiliyin Heydər Əliyev Zirvəsi” adlı fotosərgi və anım tədbiri keçirilib

Azərbaycan Varşavada keçirilmiş ənənəvi beynəlxalq xeyriyyə bazarında təmsil olunub

BDU əməkdaşları KOBİA-nın keçirdiyi 6-cı qrant müsabiqəsinin qalibidirlər

Almaniya suriyalı miqrant və qaçqınların sığınma barədə müraciətlərinə baxılmasını dayandırıb

Sallivan: Biz Suriyadakı bütün qruplarla işləyəcəyik

Görkəmli Qırğız yazıçısı, TÜRKSOY-un Baş katibi Sultan Rayevin “Daşqın” kitabının təqdimatı keçirilib

Malayziya parlamentinin komitə sədri Milli Məclisdə olub

Azərbaycan və Səudiyyə Ərəbistanı XİN-ləri arasında siyasi məsləhətləşmələrin üçüncü raundu keçirilib

Bu il Şərqşünaslıq İnstitutunda 1 elmi istiqamət, 5 problem çərçivəsində tədqiqat aparılıb

Azərbaycanın Qırğızıstandakı səfirliyində Heydər Əliyevin büstünün açılışı olub

Daha üç qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

Azərbaycan və Rusiya arasında Xəzər dənizinin səviyyəsinin dayazlaşması ilə bağlı görüş keçirilib VİDEO

Medianın İnkişafı Agentliyi açıqlama yayıb

Nazir: Hazırda Qırğızıstanda “Molla Nəsrəddin. Çətin günlərimin dostu” bədii filminin çəkilişləri aparılır

Parlamentin iki komitəsi birgə iclas keçirib, bir sıra məsələlər müzakirə olunub

Dövlət sosial sığorta haqları üzrə daxilolmalar 10 faizdən çox artıb

Bədii gimnastika üzrə Bakı çempionatı və birinciliyində ilk qaliblər müəyyənləşib

Əmək müqavilələrinin sayı artıb

Abbasqulu ağa Bakıxanovun yaradıcılığında mənəvi-əxlaqi dəyərlərin təcəssümü - elmi seminar

Britaniya və Səudiyyə Ərəbistanı birgə super material istehsal edəcək

Azərbaycanın xarici işlər naziri ATƏT-in yeni təyin olunmuş baş katibini təbrik edib

Leyla Əliyeva K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya və Elmi Tədqiqat Mamalıq və Ginekologiya institutlarını ziyarət edib

Azərbaycanda indiyədək 103 mindən çox yeni nəsil nəzarət-kassa aparatları quraşdırılıb

Azərbaycan və Gürcüstanın məhkəmə sistemləri arasında əlaqələr genişləndirilir

“Böyük türk şairi Nazim Hikmət və Türk dünyası” kitabının təqdimatı olub

“Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 19 noyabr tarixli 356 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Qalatasaray”ın iki futbolçusu sıradan çıxıb

TÜRKSOY-a üzv ölkələrin məktəbliləri arasında keçirilən rəsm və inşa müsabiqələrinin qalibləri mükafatlandırılıb

® “Rabitəbank”dan yenilik, taksit funksiyalı “Kartmane” kartı

Britaniyada “Darragh” qasırğasından sonra on minlərlə insan işıqsız qalıb

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib VİDEO

Parlamentin Əmək və sosial siyasət komitəsinin iclasında 7 məsələ müzakirə edilib

Aşqarlar Kimyası İnstitutunda bu il fundamental və tətbiqi xarakterli 14 elmi nəticə əldə olunub

ADY qatarların hərəkət cədvəlinə dəyişiklik edir

Doha Forumunda Azərbaycanın xarici siyasəti barədə məlumat verilib

Əl-Cəzirə: Suriya müxalifəti hökuməti formalaşdırmağı Məhəmməd əl-Bəşirə həvalə edəcək

Türkiyə parlamentinin sədri: Suriyada terrorçuluğun kökünün kəsilməsi bütün regionun maraqlarına cavab verir

BDU-nun 6 tələbəsi “MEDİAlab” layihəsi çərçivəsində mükafatlandırılıb

İtaliyada neft emalı zavodunda partlayış: 2 nəfər ölüb, 9 nəfər yaralanıb

Xocalıda əmək hüquqlarını pozan daha bir hüquqi şəxs məsuliyyətə cəlb edilib

Azərbaycan karateçiləri İtaliyada medal qazanıblar

Qurudulmuş meyvə ixracı 37,8 faiz artıb