AZƏRBAYCANIN TÜRKİYƏDƏKİ SƏFİRLİYİNDƏ ADR-İN 90 İLLİYİ MÜNASİBƏTİLƏ MƏRASİM KEÇİRİLƏCƏKDİR
Azərbaycanın Türkiyədəki səfirliyindən AZƏRTAC-ın xüsusi müxbirinə bildirmişlər ki, Azərbaycan Demokratik Respublikasının (ADR) yaradılmasının 90 illik yubileyi münasibətilə mayın 27-də səfirlikdə təntənəli mərasim keçiriləcəkdir.
Tədbirdə Türkiyənin dövlət və hökumət nümayəndələri, Xarici İşlər Nazirliyinin və digər nazirliklərin əməkdaşları, Ankarada fəaliyyət göstərən diplomatik korpusun, ölkədə təhsil alan azərbaycanlı tələbələr və müdavimlər, dövlət və qeyri-dövlət strukturlarının nümayəndələri iştirak edəcəklər.
Mayın 28-də isə Ankaradakı Heydər Əliyev parkında Vaqif Gərayzadənin rəhbərliyi ilə “Aypara” qrupunun böyuk konserti olacaqdır. Şənlikdə yerli sakinlər, səfirliklərin nümayəndələri, soydaşlarımız iştirak edəcəklər.
Səfirlik yerli mətbuatda Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və fəaliyyəti ilə bağlı materialların dərc olunması istiqamətində də fəaliyyət göstərəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [17:08]