Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycanın uğurlarının xronologiyasına baxsaq, Prezident İlham Əliyevin hər bir vədinin arxasında real addımın dayandığını görürük

Azərbaycanın uğurlarının xronologiyasına baxsaq, Prezident İlham Əliyevin hər bir vədinin arxasında real addımın dayandığını görürük

Bakı, 29 sentyabr, AZƏRTAC

Bugünkü uğurlarımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Biz lazım olan vaxtda lazım olan addımları atırıq və atacağıq... Azərbaycanda hadisələri qabaqlamağı heç kimə məsləhət görmürəm”, həmçinin “Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik. Hesab edirəm ki, yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik” çağırışlarının reallıqda öz əksini tapdığının təqdimatıdır. Dövlət başçısı bu çağırışı da edir ki, bizim sözümüzlə əməlimiz heç vaxt fərqlənmir. Yəni, nəyi deyiriksə, onu da edirik.

Azərbaycan Prezidenti 2023-cü ilin hədəflərini açıqlayarkən işğaldan azad edilmiş ərazilərimizin bərpasını və müdafiə gücümüzün artırılmasını prioritet məsələ kimi diqqətə çatdırdı. Təbii ki, bu hədəflərə qədər Azərbaycanın keçdiyi yola qısa nəzər salmaq bir zərurət kimi qarşımızda dayanır. İlham Əliyev Prezident seçildikdən sonra andiçmə mərasimində Ümummilli Liderə bu vədi verdi ki, Sizin şah əsəriniz olan Azərbaycana yeni-yeni qələbələr qazandıracağam.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadənin “Sözünə sadiq Lider” sərlövhəli məqaləsində yer alıb.

Məqalədə bildirilir: “Son 20 ilə yaxın dövrün qısa təhlili fonunda Azərbaycana hansı sahədən baxsaq, ölkəmizin Ulu Öndər Heydər Əliyevin yaratdığı möhkəm təməl üzərində davamlı uğurlara imza atdığını görərik. Azərbaycan inkişafın təkmil modelini dünyaya təqdim etməklə beynəlxalq aləmdə yerini və rolunu daha da möhkəmləndirir. Azərbaycanı dahi şəxsiyyətin görmək istədiyi Azərbaycan səviyyəsinə yüksəldən dövlətimizin başçısı İlham Əliyev onun ən böyük arzusu olan ərazi bütövlüyümüzün təmin edilməsi istiqamətində ciddi səylər göstərdi. Azərbaycanın 30 il sürən işğaldan sonra ərazi bütövlüyünü bərpa etməsi, soydaşlarımızın torpaq həsrətinə son qoyulması təbii ki, böyük qətiyyətin, səylərin nəticəsidir. Ümummilli Lider Heydər Əliyev 2003-cü ildə xalqa müraciətində İlham Əliyevə özü qədər inandığını bildirdi, axıra çatdıra bilmədiyi işlərin, planların onun axıra çatdıracağına əminliyini ifadə etdi. Ərazi bütövlüyümüzün bərpasının Prezident İlham Əliyevin siyasətinin şah əsəri kimi dəyərləndirilməsi 20 ilə yaxın dövrün uğurlarının ümumiləşdirilmiş ifadəsidir. Dövlətimizin başçısı İlham Əliyevin Prezident kimi mətbuata ilk müsahibəsində “Cənab Prezident, artıq Siz and içdiniz, indi ölkənin birinci şəxsisiniz və hansı hissləri keçirirsiniz” sualına cavabı bir çox məqamlara, o cümlədən Azərbaycanın bu günü və gələcəyi üçün müəyyənləşdirilən hədəflərə işıq saldı. Dövlətimizin başçısı bildirdi ki, gərək mən ümidləri doğruldam: “Qarşımda çoxlu vəzifələr var, çoxlu işlər görmək əzmindəyəm. Həyatımın artıq növbəti və elə bil ki, sonuncu mərhələsi başlanır. Çünki bundan yuxarı vəzifə yoxdur. Bu, elə bir zirvədir ki, əlbəttə, mən bu zirvədə duraraq təkcə özümü deyil, bütün Azərbaycan xalqını beynəlxalq aləmdə təmsil edəcəyəm. Əlbəttə, bu mənim çiyinlərimə əlavə məsuliyyət yükü qoyur”.

Vurğulanıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu məsuliyyəti uğurlu addımları ilə gerçəkləşdirdi. Dövlətimizin başçısı bütün çıxışlarında, keçmiş məcburi köçkünlərlə görüşlərində əminliklə bu çağırışı etdi ki, biz heç vaxt işğalla barışmayacağıq. Torpaqlarımız azad ediləcək, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar. Azərbaycanın ərazi bütövlüyünün danışıqlar mövzusu olmadığı ən yüksək tribunalardan bəyan edildi. İlham Əliyevin prezidentliyinin 17 ili torpaqlarımızın işğaldan azad edilməsinə hazırlığa həsr edildi. Azərbaycan hər sahədə gücləndi, qüdrətləndi, müstəqililyimizin, suverenliyimizin qarantı olan ordumuzun maddi-texniki bazası möhkəmləndi, artıq tarixə qovuşan Qarabağ münaqişəsinin həlli üçün hüquqi baza formalaşdı. Ermənistan silahlı qüvvələrinin mütəmadi olaraq cəbhə xəttində atəşkəsi pozmaq cəhdləri, mülki əhalini atəşə tutaraq onların ölümünə və yaralanmasına səbəb olmaları xalqımızda münaqişənin sülh danışıqları əsasında həllinə inamı heçə endirdi. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı birləşmələrinin müxtəlif istiqamətlərdən Azərbaycan ərazilərini raket atəşinə tutmaları dövlətimizin, xalqımızın səbir kasasını doldurdu. Müzəffər Ali Baş Komandanın “İrəli!” əmrini böyük ruh yüksəkliyi ilə yerinə yetirən Azərbaycan Ordusunun 44 gündə yazdığı şanlı tarix Ümummilli Liderin vəsiyyətinin yerinə yetirildiyini təsdiqlədi. Dövlətimizin başçısı İlham Əliyev 44 günlük müharibə dövründə müsahibələrinin birində Qarabağın azad edilməsinin atasının vəsiyyəti olması ilə bağlı sualı cavablandırarkən bildirmişdir ki, hər zaman çalışmışam atamın yoluna sadiq olum. Ərazi bütövlüyümüzün bərpası bizim üçün bir nömrəli vəzifədir. Biz buna nail olmaq üçün böyük səy göstərdik. Ordumuz faktiki olaraq yenidən quruldu. Bu gün ordumuzun potensialı bütün dünyanın gözü önündədir. 44 günün hər gününü Azərbaycan tarixinə Zəfər səhifəsi kimi yazan Azərbaycan Ordusu 30 ilin işğalına son qoymaqla xalqımızın yenilməzliyini, məğrurluğunu dünyaya nümayiş etdirdi. Azərbaycanın hərbi-siyasi qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanması münasibətilə xalqa müraciətində dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bildirmişdir: “Dedik ki, düşməni torpaqlarımızdan qovacağıq! Heç bir danışıqlar bizi maraqlandırmır… Xalqımı aldatmaq istəmirdim, heç vaxt aldatmamışam və aldatmayacağam. Azərbaycan xalqı bunu bilir. Mən müharibədən əvvəl deyəndə ki, mən bilirəm nəyi nə vaxt etmək lazımdır, əminəm ki, xalqımızın mütləq əksəriyyəti başa düşürdü mən nəyi nəzərdə tuturam və səbirlə bu günü gözləyirdi, mənə inanırdı, Prezident kimi, Ali Baş Komandan kimi inanırdı, gözləyirdi və bu gün gəldi. Dedik yetər artıq, bu əsarət yetər! Bizim şəhərlərimiz əsarət altında nə qədər qalacaq?! Mənfur düşmən bizim təbiətimizi nə qədər murdarlayacaq, bizim torpağımızda gəzəcək, yeyəcək, içəcək, rəqs edəcək, bizi təhqir edəcək. Dedik ki, düşmənə yerini göstərəcəyik, düşməni torpaqlarımızdan qovacağıq və qovduq da!”

Müzəffər Ali Baş Komandan xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirir. Ən yüksək tribunalardan bəyan edilir ki, Azərbaycanın müstəqilliyinə, suverenliyinə qarşı törədilən təxribatların qarşısı qətiyyətlə alınır və alınacaq. “Qisas” kimi əməliyyatlar Azərbaycan Ordusunun postmünaqişə dövründə gücünün, qüdrətinin daha da artdığını nümayiş etdirdi.

Sentyabrın 19-da Ermənistan silahlı birləşmələrinin törətdiyi terror aktından dərhal sonra Azərbaycanın lokal antiterror tədbirlərinə başlaması da bir çox məqamları özündə ehtiva edir. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxdı və mülki şəxslər həlak oldu. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak oldu və yaralandı. Məhz elə bu səbəbdən də lokal xarakterli antiterror tədbirlərinin görülməsi qaçılmaz oldu. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da müvafiq şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olundu. Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyması, döyüş mövqelərindən və hərbi postlardan çıxması və tam şəkildə tərksilah olunması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin Azərbaycan ərazilərini tərk etməsi, qeyri-qanuni erməni silahlı dəstələrinin buraxılması, eyni zamanda, paralel şəkildə bütün silah-sursat və ağır texnikanın təhvil verilməsi Azərbaycanın növbəti Qələbəsinin təntənəsidir.

Azərbaycan qarşıya qoyulan bütün hədəflərə nail olur. 30 ilə yaxın dövrdə Azərbaycan dövləti ən yüksək tribunalardan bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola da bilməz. Bu illər ərzində Ermənistan və onun havadarları qondarma qurumu tərəf kimi danışıqlar prosesinə cəlb etməyə cəhdlər etsələr də Azərbaycanın cavabı bu oldu ki, Qarabağ Azərbaycanın ayrılmaq tərkib hissəsidir. Danışıqlarda münaqişəli tərəflər iştirak edir. 30 ildə Azərbaycan tarixi faktlara, real həqiqətlərə söykənərək qondarma qurumun tanınması istiqamətində göstərilən bütün cəhdlərin qarşısını qətiyyətlə aldı.

Sentyabrın 28-də Azərbaycan növbəti böyük uğura imza atdı. Həmin gün Azərbaycanın Qarabağ bölgəsindəki qondarma qurumun özünü buraxması tarixi nailiyyət, 200 illik erməni layihəsinin darmadağın edilməsidir. Bununla da əzəli Azərbaycan torpağı olan Qarabağın ermənilər yaşayan hissəsindəki qondarma qurum birdəfəlik tarixin zibilliyinə atıldı.

Bu gün işğalçılardan təmizlənmiş ərazilərimiz nəhəng tikinti meydanına çevrilib. Azərbaycan üç ildir ki, azad Qarabağ və azad Şərqi Zəngəzurda Böyük Qayıdış Proqramını icra edir. Belə bir əminlik ifadə edilir ki, bütün işğaldan azad edilmiş ərazilərimiz cənnət məkana çevriləcək. Bərpa-quruculuq işləri soydaşlarımızın mərhələli şəkildə doğma yurd-yuvalarına qayıdışı ilə müşayiət olunur. Böyük Qayıdışın növbəti ünvanı Xankəndidir.

“Atılan addımların xronologiyasına diqqət yetirdikdə hər vədin arxasında konkret işin dayandığını görürük. Azərbaycan əbəs yerə təşəbbüsləri, arzuları reallığa çevirən ölkə kimi nüfuz qazanmır. Bu günümüzün əsas hədəfi isə Qərbi Azərbaycana qayıdışdır. Dövlət başçısı İlham Əliyevin hər bir çağırışı qarşıdakı dövrə hesablanmış addımdır. Tarixi ədalət Qərbi Azərbaycana qayıdışımıza əsas verir. Azərbaycan hər bir məsələnin ədalət və beynəlxalq hüquq çərçivəsində həllinə səy göstərir. Daim bu çağırış səsləndirilir ki, necə vaxtilə Qarabağ mövzusu bütün Azərbaycan xalqını birləşdirdi və biz istəyimizə nail olduq, eyni yanaşmanı burada da görməliyik. O gün uzaqda deyil. O günə uzanan yol isə Zəngəzurdan başlanır. Bu dəhliz isə mütləq açılacaq. Qərbi Azərbaycan yenidən doğmalarına qovuşacaq. Çox böyük nəqliyyat bazarında Azərbaycan ciddi aktora çevrilib. Əlbəttə, Zəngəzur dəhlizinin reallaşması tarixi zərurətdir.

Qısa təhlil belə bir qənaətə gəlməyə əsas verir ki, düzgün qurulan siyasət ölkəmizi inkişafa, tərəqqiyə, yeni-yeni hədəflərə doğru aparır. Yazının sonunda dövlət başçısı İlham Əliyevin Davos Dünya İqtisadi Forumunun iclaslarının birində ona ünvanlanan “Mərkəzi Asiya əhalisinin üçdəbir hissəsinin yaşı 15-dən aşağıdır. Yəni, əhalinin üçdəbir hissəsinin 15 yaşı tamam olmayıb. Dünyanın digər hər bir qitəsində gənclərə nəzər salsaq, biz onları küçələrdə görmüş olarıq, onlar öz səslərinin daha çox eşidilməsini tələb edirlər, onlar daha çox səsə malik olduqlarına öyrəşiblər. Siz də indi qeyd etdiniz ki, ölkənizdə gənclərin sayı çoxdur. Bəs, onlar küçəyə çıxsa və daha çox səs tələb etsə, Siz onlara nə deyərdiniz” sualına cavabını xatırlatmaq istərdim. Dövlət başçısı İlham Əliyev bildirmişdir ki, biz onların nə istədiklərini dinləyərdik. Lakin fakt ondan ibarətdir ki, Azərbaycan gəncləri küçələrdə deyil, universitetlərdə, məktəblərdə, startap biznesindədir. Səmimi danışsaq, dünyanın müxtəlif yerlərində gənclərin küçələrdə olması onları nəyinsə qane etmədiyinə görə baş verir. Onları həyat qane etmir, hökumətə olan etimadı itib. Hökumət hakimiyyətə gəlmək üçün populist şüarlardan istifadə etmiş, lakin sonra vəd etdiklərini yerinə yetirə bilməyib. Azərbaycanda həmişə sözümüzə əməl edirik. Biz heç vaxt yerinə yetirə bilməyəcəyimiz məsələləri dilimizə gətirmirik və insanlarımızın həyat standartları ildən-ilə daha da yaxşılaşır. Bəli, qətiyyətli Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük uzaqgörənliklə qurduğu strategiya Azərbaycan dövlətini daha qüdrətli, Azərbaycan xalqını daha güclü, Azərbaycan Bayrağını daha uca etməyə hədəflənib”, - deyə V.Rəhimzadə vurğulayıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ECOWAS Nigerə qarşı sanksiyaları uzadıb

Azərbaycan Türkiyədə keçirilən xeyriyyə yarmarkasında milli stendlərlə təmsil olunub

Belarusda Azərbaycanın zəngin mədəniyyəti təqdim olunub

COP 28: Azərbaycan pavilyonunda “Xəzər dənizi regionunda iqlim dəyişmələrinin təsirlərinə uyğunlaşma” mövzusunda tədbir

Sabirabadda baş verən qəzada 3 nəfər xəsarət alıb

Ceyhun Bayramov Belçika Krallığına işgüzar səfərə yola düşüb

Premyer Liqa: "Sabah" "Səbail"i darmadağın edib, "Neftçi" üçüncü pilləyə yüksəlib

Serbiya mediası Prezident İlham Əliyevin səfərini geniş işıqlandırıb

Şəkidə piyadanın ölümü ilə nəticələnən qəza baş verib

Türkiyənin Tokat şəhərində yol-nəqliyyat hadisəsi 5 nəfərin ölümünə səbəb olub

Vüqar Həşimov Memorialı: Azərbaycan şahmatçısı rapid yarışını ilk pillədə başa vurub

Gürcüstanda ilk azərbaycanlı qadın deputatın xatirəsi əbədiləşdirilib

İtaliya XİN: Ermənistan və Azərbaycan arasında əldə olunan razılaşmanı alqışlayırıq

Gürcüstan Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya səfəri başa çatıb

Şuşada Türk Dünyası Mədəniyyət Paytaxtları Birliyinin ilk təsis konfransı keçirilib VİDEO

Prezidentlər İlham Əliyev və Aleksandar Vuçiç hərbi texnika və avadanlıqlara baxıblar

İsrailin Baş naziri ilə Rusiya Prezidenti arasında telefon danışığı 50 dəqiqə davam edib

Azərbaycan Prezidenti İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək və geniş tərkibdə görüşləri olub YENİLƏNİB

Masallıda kobud qayda pozuntularına yol verən sürücülər aşkarlanıb

Serbiya mətbuatı Azərbaycan Prezidentinin bu ölkəyə səfərinə və interkonnektorun açılış mərasimdə iştirakına geniş yer ayırıb

Ağsuda narkotacir saxlanılıb VİDEO

“Neftçi” U-15-in qapıçısı xəstəxanaya yerləşdirilib

"Euronews”a müsahibə regionda vəziyyətin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir

Türkiyədə “Heydər Əliyev 100-cü il” şahmat turniri start götürüb

Lyublyanada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə həsr olunan tədbir keçirilib

“Azərbaycan Könüllülük Həftəsi 2023” çərçivəsində bir sıra tədbirlər təşkil olunub

Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radev ilə təkbətək görüşü olub VİDEO

İranın neftayırma zavodunda güclü yanğın baş verib VİDEO

Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirilib
Prezident İlham Əliyev mərasimdə iştirak edib YENİLƏNİB-6 VİDEO

Beynəlxalq konfransın qonaqları ilə MDU-da təcrübə mübadiləsi aparılıb

İqlim fəalları Venesiyadakı “Böyük kanal”a rəngli maye töküblər

AYNA: Ən çox gözləmədə olan nəqliyyat vasitələri “Qırmızı Körpü” gömrük-sərhəd buraxılış məntəqəsindədir

Doktoranturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirilib

Aleksandar Vuçiç: Serbiya-Bolqarıstan Qaz İnterkonnektoru bizim üçün çox vacibdir

Rotterdamda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimi keçirilib

Rumen Radev: Azərbaycan Mərkəzi və Şərqi Avropada təbii qaz təchizatının şaxələndirilməsində həlledici rol oynayır

Türkiyədə baş verən torpaq sürüşməsi nəticəsində iki nəfər ölüb

“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı" ilinin rəsmi bağlanış mərasimi olub YENİLƏNİB VİDEO

Türk Dünyası Mədəniyyət Paytaxtları Birliyinin təsisatı türk xalqlarının birliyi, dostluğu yolunda çox ciddi addımdır

Batut və tamblinq gimnastikası üzrə Azərbaycan çempionatı və Bakı birinciliyi keçirilib

Alinur Aktaş: 30 il sonra azadlığa qovuşmuş Şuşada olmaq bizim üçün böyük xoşbəxtlikdir

Prezident: Şərqi Avropa Qrupuna daxil olan ölkələrin COP29-la bağlı Azərbaycanın namizədliyini dəstəkləməsi dostluğumuzun nümunəsidir

Azərbaycan Prezidenti Serbiyada ölkəmizin enerji sahəsində gələcək planları barədə məlumat verib

Prezident İlham Əliyev: Azərbaycan etibarlı tərəfdaşdır, dostluq ənənələrinə həmişə sadiqdir

2024-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı Şuşadan Türkmənistanın Anev şəhərinə ötürülüb

Prezident: Tərəfimizdən irəli sürülmüş və icra edilmiş layihələr Avrasiyanın enerji xəritəsini böyük dərəcədə yenidən tərtib edib

Türk Dünyası Mədəniyyət Paytaxtları Birliyinin təsis edilməsi gələcək nəsillər üçün çox uğurlu layihələrdəndir

Prezident: Bu il Azərbaycanın Avropa məkanına qaz ixracı təxminən 12 milyard kubmetrə çatacaq

TÜRKSOY Media Mükafatının təqdimatı olub

Prezident İlham Əliyev: Serbiya-Azərbaycan əlaqələri sürətlə və dinamik şəkildə inkişaf edir

Atageldi Şahmuradov: Türk dövlətləri arasında mədəni əlaqələrin inkişafı üçün geniş imkanlar mövcuddur

Azərbaycan klubu iki əcnəbi basketbolçunu transfer edib

Sumqayıt Tibb Mərkəzi: Avtomagistralda baş verən qəzada 1 nəfər ölüb, 2 nəfərin vəziyyəti ağır olaraq qalır

Səhər paytaxtın bəzi yerlərində hava çiskinli olacaq

Aydın Kərimov: Şuşada bu günədək 16 abidə tam bərpa olunub

Azərbaycan Prezidenti İlham Əliyev Serbiyaya işgüzar səfərə gəlib VİDEO

Mədəniyyət naziri: Keçirilən tədbirlər Türk dünyasının mədəniyyətinin təqdim edilməsində əvəzsiz rol oyanacaq

Adil Kərimli: l Türk Dünyası Mədəniyyət Forumu əlaqələrin inkişafında yeni üfüqlər yaradacaq

Misirdə prezident seçkiləri keçirilir, Əbdülfəttah Əs-Sisi səsvermədə iştirak edib

Masallıda baş verən qəzada iki piyada ölüb

Milli Kitabxana Beynəlxalq İnsan Hüquqları Gününə həsr edilən virtual sərgi hazırlayıb

Mingəçevir Dövlət Universiteti Kayseri Universiteti ilə əməkdaşlığa başlayıb

“Sabah” basketbol klubu baş məşqçisi ilə yollarını ayırıb

Balakəndə sərt döngədə iki avtomobil toqquşub

Sumqayıtda ağır yol qəzası baş verib: ölən və yaralananlar var

İnstitutun şöbə müdiri: Hər bir insanın hüquqlarının müdafiəsi istiqamətində fəaliyyətimizi davam etdirməliyik

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Pxenyan Vaşinqtonu BMT Təhlükəsizlik Şurasını “konfrontasiya meydanı”na çevirməkdə qınayıb

Müstəqillik tarixinin ilk Zəfər paradı: ölkəmizin hərbi qüdrətinin, Azərbaycan-Türkiyə qardaşlığının nümayişi

ABŞ-da atışma olub, ölənlər var

Çin metan və maye oksigenlə işləyən üçüncü raketini buraxıb

Çili Prezidenti: Dünya artıq 1945-ci ildəki kimi deyil

Yaponiyada qalmaqala görə iqtisadiyyat naziri və partiya rəhbərləri dəyişdiriləcək

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Şuşada yenidənqurma işləri barədə məlumatlandırılıb

ABŞ-da tornado bir neçə nəfərin həyatına son qoyub VİDEO

Yapon beysbolçusu idman tarixinin ən böyük müqaviləsini imzalayıb

İstifadəçilərin ən çox bəyəndiyi smartfonların adları açıqlanıb

Argentina yeni seçilmiş prezidenti vəzifəsinin icrasına başlayacaq

Azərbaycan basketbol klubu amerikalı oyunçusu ilə yollarını ayırıb

ABŞ Dövlət Departamenti İsrailə tank mərmilərinin mümkün satışını təsdiqləyib

Ulu Öndər Azərbaycanı tərəqqi yoluna çıxardaraq liderliyini, böyüklüyünü bütün dünyaya sübut etdi

Parisdə iş adamının oteldə 750 min avro dəyərində brilyant üzüyü itib

İsveçdə azərbaycanlı tələbə və məzunların 3-cü yığıncağı olub

İsrailin müdafiə naziri: Qəzzada HƏMAS-ın yüzlərlə komandiri öldürülüb

Gürcüstan parlamentinin sədri Azərbaycana səfər edəcək

Hacıqabulda avtomobil iki əmioğlunu vurub, biri ölüb

MDU-da beynəlxalq elmi konfransın onlayn bölmə iclasları keçirilib

Yəmən husiləri İsrailə gedən gəmilərin keçidinə mane olacaqlarını bildiriblər

Qadın badmintonçulardan ibarət Azərbaycan millisi tarixi qələbə qazanıb

BƏƏ Ermənistan ilə Azərbaycan arasında sülh quruculuğu səylərini alqışlayır

Gəncədə toyda bıçaqlanan şəxslərin sayı 3 çatıb YENİLƏNİB

İstanbul derbisi: “Fənərbağça” səfərdə “Beşiktaş”a qalib gələrək liderliyə yüksəlib

Bakıda görkəmli bəstəkar Sergey Raxmaninovun 150 illik yubileyi qeyd olunub

Azərbaycanın COP29-a ev sahibliyi edəcək ölkə kimi seçilməsi Prezident İlham Əliyevin növbəti qələbəsidir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Müəllimlərin vəzifə maaşlarına əlavələr edilib

Vyanada beynəlxalq festivalda Azərbaycan mətbəxi təqdim olunub

“Heydər Əliyev və Yeni Azərbaycan” mövzusunda konfrans keçirilib