Azərbaycanlı alim Rusiyada təltif edilib


Bakı, 30 may, AZƏRTAC
Muzeylər, Hərbi Tarix və Silah Kolleksiyaları üzrə Beynəlxalq Komitənin (ICOMAM) İdarə Heyətinin üzvü, “QƏSR” Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq” İctimai Birliyinin direktoru, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlov Kitabsevərlərin İctimai Birliklərinin Beynəlxalq Təşkilatının yaranmasının 50 illik yubiley tədbirində iştirak edib.
AZƏRTAC xəbər verir ki, azərbaycanlı alim Rusiya Kitab Birliyinin prezidenti, hüquq elmləri doktoru, professor, general-polkovnik Sergey Stepaşin tərəfindən “Məhsuldar əməyə, oxumağın populyarlaşması və inkişafına görə”, həmçinin Kitabsevərlərin İctimai Birliklərinin Beynəlxalq Təşkilatının 50 illik yubileyi münasibətilə Rusiya Kitab Birliyinin diplomu ilə təltif edilib.
Tədbirdə çıxış edən Pərvin Gözəlov iki ölkə arasında münasibətlərə toxunub və 2022-ci il fevralın 22-də Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin tərəfindən “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamənin imzalandığını, habelə bu il aprelin 22-də dövlətimizin başçısının Rusiyaya işgüzar səfərini xatırladıb və münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2025 [19:01]
ADPU ilə Xarəzm Vilayəti Pedaqoji Ustalıq Mərkəzi əməkdaşlıq edəcək
- 23.04.2025 [17:51]
Professor Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
- 23.04.2025 [17:30]
BANM tələbələri ölkəmizi İtaliyada təmsil edəcəklər
- 23.04.2025 [17:25]
ADA İbtidai Məktəbində Beynəlxalq Yer Günü qeyd edilib
- 23.04.2025 [16:46]
BMU-da Kənd Təsərrüfatı Nazirliyinin layihəsi ilə bağlı vorkşop keçirilib
- 23.04.2025 [16:24]