ELM VƏ TƏHSİL
Azərbaycanlı alimlərin həmmüəllif olduqları məqalə impakt faktorlu jurnalda çap edilib
Bakı, 2 oktyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun baş direktoru Səyyarə İbadullayeva və şöbə müdiri Dilzarə Ağayevanın həmmüəllifi olduğu “Bitki və göbələklərin toplanması üzrə elmi bəyannamə 2030” adlı məqalə “Plants, People, Planet” jurnalında dərc olunub.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, bu bəyannamənin tərkib hissələri Kral Botanika Bağlarında (Kyu, Böyük Britaniya) 2023-cü ildə keçirilmiş “Dünya bitki və göbələklərinin vəziyyəti” adlı beynəlxalq simpozium zamanı müəyyən edilib, bir sıra plenar və seksiya iclaslarında geniş müzakirə olunub və məqalə şəklində tərtib edilib. Məqalənin hazırlanmasında 46 fərqli təşkilatdan tədqiqatçılar iştirak edib.
2023-cü il üçün “Plants, People, Planet” jurnalının “Scopus” bazası üzrə göstəricisi 9.9, “Clarivate” bazası üzrə impakt faktorlu 3.7, istinad göstəricisi 1.05 olub.