Azərbaycanlı alimlərin həmmüəllifi olduqları məqalə nüfuzlu beynəlxalq jurnalda dərc edilib
Bakı, 2 mart, AZƏRTAC
AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev və böyük elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Suxostatın həmmüəllifi olduqları məqalə “Expert Systems with Applications” jurnalında dərc edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Çəkili konsensus klasterləşmə və onun Big dataya tətbiqi” sərlövhəli məqalədə müəlliflərin müvafiq sahə üzrə eksperimentlərinin nəticələri əksini tapıb. İmpakt faktoru 4.292-yə bərabər olan “Expert Systems with Applications” jurnalı “Web of Science” və “Scopus” bazasında indeksləşir.
Tədqiqat Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə yardımı ilə yerinə yetirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:45]
Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar
- 09.06.2026 [17:20]
Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır
- 09.06.2026 [17:13]
MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb
- 09.06.2026 [17:12]
Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır
- 09.06.2026 [17:10]