Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanlı çinşünas alimin analitik yazısı Çin mətbuatında yayımlanıb

Azərbaycanlı çinşünas alimin analitik yazısı Çin mətbuatında yayımlanıb

Bakı, 19 aprel, AZƏRTAC

“Sinxua” informasiya agentliyi “Bir kəmər-bir yol” ikinci beynəlxalq əməkdaşlıq sammitinin açılışından əvvəl azərbaycanlı çinşünas alim, Azərbaycan Dillər Universitetində Konfutsi İnstitutunun direktoru Rafiq Abbasovun “Bir kəmər-bir yol” layihəsi daha da sıx regional əməkdaşlığa töhfə verir” başlıqlı analitik yazısını yayımlayıb. Bu barədə AZƏRTAC-a ADU-dan məlumat verilib.

R.Abbasov qeyd edib ki, “Bir kəmər-bir yol” ikinci beynəlxalq əməkdaşlıq sammitinin keçirilməsi, şübhəsiz, Avrasiya nəqliyyat xəttində yerləşən dövlətlər arasında əməkdaşlığın inkişafında yeni mərhələ olacaq, Avrasiya kontinentinin iqtisadi inkişafının Çin modeli perspektivlərinin daha geniş formatda müzakirəsinə imkan yaradacaq: “Əminəm ki, sammitdə Avrasiya iqtisadi inkişaf dəhlizlərinə inteqrasiya siyasəti aparan dövlətlər arasında yeni ikitərəfli memorandum imzalanacaq, bu da kontinentin siyasi və iqtisadi landşaftını dəyişəcək, Avrasiyaya sülh, stabillik və rifah gətirəcək. Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin qeyd edir ki, Çin bütün dövlətlərlə “Bir kəmər-bir yol” təşəbbüsü çərçivəsində əməkdaşlığa hazırdır və bu, əməkdaşlıq istiqamətində açıq platformadır. Bu təşəbbüs ÇXR-in Sədri Si Cinpin tərəfindən irəli sürülüb, XXI əsrdə insanlar arasında qarşılıqlı anlaşmanın dərinləşməsi istiqamətində tarixi təcrübədən bəhrələnməklə enerji, nəqliyyat, sənaye, həmçinin humanitar əməkdaşlıq sahəsində inteqrasiyanın inkişafı istiqamətində yeni yanaşmadır. Hesab edirəm ki, “Bir kəmər-bir yol” əməkdaşlığının ikinci beynəlxalq sammiti Avrasiyada beynəlxalq normalara uyğun şəkildə bərabərhüquqluluq, milli müstəqilliyə hörmət əsasında nəqliyyat-ticarət strukturunun yaradılması və daha da inkişaf etdirilməsi ilə əlaqədar tamamilə yeni prioritetləri müəyyən edəcək. Hazırda Çinin qarşısında ölkənin 2050-ci ilə qədər zəngin, güclü, demokratik, harmonik, sivil modern sosialist dövlətinə çevrilməsi, Çinin dünya iqtisadiyyatında liderlik mövqeyinin qorunub saxlanması kimi nəhəng problemlərin mövcud olduğu bir məqamda Çinin müasir innovasiya iqtisadiyyatının yaradılmasında mühüm vasitə, dövlət siyasətində dünyaya aşkarlığın həyata keçirilməsi ilə əlaqədar tarixi İpək Yolu layihəsinin bərpası kimi qlobal layihənin yerinə yetirilməsinin əhəmiyyəti barədə danışmaq bir qədər çətindir. Müvafiq olaraq “Bir kəmər-bir yol” təşəbbüsü çərçivəsində beynəlxalq əməkdaşlığın inkişafı Çin üçün nəinki siyasi koordinasyanın, infrastrukturun qarşılıqlı əlaqəsi, həmçinin üzv ölkələr arasında fasiləsiz ticarətin təmin olunması sahəsində böyük əhəmiyyətə malikdir, həm də aşkarlıq siyasətinin genişlənməsi və regional tərəfdaşlarla münasibətlərin inkişafı istiqamətində mühüm rol oynayıb. “Bir kəmər-bir yol” təşəbbüsünün həyata keçirilməsi ilə ÇXR-in həm siyasi, həm də sosial-iqtisadi inkişafı ilə əlaqədar nəticələr hiss olunmaqdadır. Çinin iqtisadi inkişafının yeni modelinin qurulması, iqtisadiyyatın idarə olunmasında intensiv metodlara keçid şəraitində Çin şirkətlərinin ölkə xaricində investisiya yatırımları əhəmiyyətli dərəcədə artıb, Çin məhsullarının ixracı və mineral xammalın idxalı ilə bağlı yeni bazarlara çıxış mümkün olub. Həmçinin xarici ticarət istiqamətində daha balanslaşdırılmış siyasətə keçmək mümkün olub, regional valyuta-maliyyə sahəsində inteqrasiya inkişaf etdirilib, maliyyə əməliyyatlarında yuanın rolu artıb, izafi istehsal gücü, təkrar emal ilə bağlı problemlər həllini tapmağa başlayıb. Bundan başqa, yeni nəqliyyat-iqtisadi dəhlizlərin inşası hesabına Çinin dəniz kənarı və daxili bölgələrinin sosial-iqtisadi inkişafının differensiasiyasının səviyyəsi aşağı düşməyə başlayıb, yeni xüsusi iqtisadi zonalar yaradılıb. “Bir kəmər-bir yol” təşəbbüsünün həyata keçirilməsinin nəticələri, həm də Çinin “ mülayim qüvvə” strategiyası humanitar sahədə əməkdaşlığın genişlənməsinə səbəb olub, tərəfdaş ölkələr arasında ictimai-siyasi dialoq artıb, Konfutsi İnstitutlar şəbəkəsi ilə əlaqələr genişlənib. Məsələn, Azərbaycan-Çin mədəniyyətlərarası dialoq proqramını həyata keçirmək istiqamətində Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın rəhbərliyi altında İpək Yolu tədqiqatları üzrə ixtisaslaşmış Konfutsi İnstitutu yaradılıb”.

R.Abbasov vurğulayıb ki, Azərbaycan Respublikası Avrasiyanın mərkəzində unikal geostrateji mövqeyə malikdir, ölkəmiz geniş infrastruktur imkanları və zəngin neft və qaz yataqlarının mövcud olması ilə əlaqədar “İpək yolu iqtisadi zolağı” kimi qlobal layihənin həyata keçirilməsində mühüm regional mərkəz hesab olunur. Eyni zamanda, Azərbaycanın “İpək yolu iqtisadi zolağı” layihəsinin həyata keçirilməsində fəal iştirakı sənaye istehsalı sahəsində, neft və qaz sektorunda, yüksək texnologiyaların inkişafında, infrastruktur və digər sahələrdə Azərbaycan-Çin əməkdaşlığını daha da genişləndirməyə imkan yaradacaqdır ki, bununla da ölkəmiz Çinin mühüm strateji tərəfdaşına çevriləcək. 1998-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə təşkil olunmuş Beynəlxalq “TRASEKA - Tarixi ipək yolunun Bərpası” konfransının keçirilməsi Azərbaycanın transavrasiya nəqliyyat layihələrində iştirakında mühüm mərhələ olub. Azərbaycanın “Bir kəmər, bir yol” proqramının həyata keçirilməsində fəal iştirakı, hər şeydən əvvəl, 2015-ci ilin dekabr ayında Azərbaycan Prezidenti İlham Əliyevin Çinə tarixi səfəri ilə bağlıdır. Səfər zamanı Çin Xalq Respublikasının Sədri ilə “İpək yolu iqtisadi zolağı” nın yaradılmasının daha da genişləndirilməsi barədə qarşılıqlı anlaşma istiqamətində birgə memorandum imzalanıb. Bununla da iki ölkə arasında gələcək əməkdaşlığın möhkəm bünövrəsi qoyulub. 2019-cu ildə Davosda “Bir kəmər-bir yol” təşəbbüsünün inkişafı: Çinin trilyon dollara baxışı” mövzusunda keçirilmiş sessiyada Prezident İlham Əliyev diskussiyalar zamanı qeyd edib ki, Azərbaycan Çin dövləti tərəfindən irəli sürülmüş “Bir kəmər- bir yol” təşəbbüsünü dəstəkləyir, çünki bununla əlaqədar Şərqdə və Qərbdə, həmçinin Cənubda və Şimalda yerləşən, kontinentləri birləşdirən qonşu ölkələrin də tranzit dövlətlər zəncirinə qoşulması imkanları yaranır, bu da həmin ölkələrin gələcəyini proqnozlaşdırmağa imkan verir. Davosda olarkən Çinin CGTN telekanalına müsahibə verən Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın proqramın həyata keçirilməsində iştirakının genişləndirilməsinin mühüm aspekti nəqliyyat infrastrukturlarının və ticarət dəhlizlərinin yaradılmasıdır. Böyük İpək Yolu layihəsinin nəqliyyat-iqtisadi əlaqələrinin bərpası perspektivləri 2018-ci ildə baş tutmuş Bakı forumunda “Çinin xarici siyasətini necə anlamalı?!” bölməsinin iştirakçılarının çıxışlarında da öz əksini tapıb. Çıxışlarda qeyd edilib ki, beynəlxalq əməkdaşlığın xüsusi modeli kimi “Bir kəmər-bir yol” təşəbbüsünün həyata keçirilməsi və mövcud ikitərəfli və çoxtərəfli mexanizmlərin, həmçinin Çinin iştirakı ilə qarşılıqlı təsir strukturların möhkəmləndirilməsi ölkənin xarici siyasət fəaliyyətində mühüm prioritetlərdən biridir, sülh və davamlı inkişaf cəlb olunmuş ölkələrin iqtisadi dirçəlişi, müxtəlif sivilizasiyalar arasında mədəniyyət sahəsində əlaqə və mübadilə istiqamətində təklif olunmuş modelidir. Bununla yanaşı, Azərbaycanın geopolitik mövqeyi və dünyanın müxtəlif istiqamətlərinə gedən ticarət yollarının kəsişməsində yerləşməsi ölkəmizin Böyük İpək Yolunun bərpası çərçivəsində həyata keçirilən və Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılmasına hesablanmış TRASEKA proqramının mühüm iştirakçısına çevrilməsinə səbəb olub. Avrasiya nəqliyyat strukturunun diversifikasiyasında böyük əhəmiyyət kəsb edən yeni nəqliyyat dəhlizi Azərbaycanın regionun beynəlxalq yükdaşımalarında əsas tranzit qovşağına çevrilməsinə səbəb olur. Lakin İpək yolunun Bakı-Tbilisi-Qars dəmir yolu həm regionda davamlı inkişafı və təhlükəsizliyi, həm də Xəzəryanı regionun və Mərkəzi Asiyanın Avropa ilə birbaşa nəqliyyat əlaqələrini təmin edəcək.

Azərbaycanlı çinşünas alim qeyd edib ki, Azərbaycan İpək Yolunun bərpası istiqamətində də ciddi investisiyalar yatırır, nəqliyyat infrastrukturunun modernləşməsini həyata keçirir. Ticarətin asanlaşması, regiondaxili və transregional infrastrukturun koordinasiyasına gətirib çıxaran effektiv çoxmodullu nəqliyyat dəhlizlərinin yaradılması, şübhəsiz ki, Azərbaycan-Çin əlaqələrinin inkişafına və Avrasiya məkanında davamlı inkişafın sürətlənməsində öz töhfəsini verəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Renault” Fransa ordusu üçün pilotsuz aparatların kütləvi istehsalına başlayır

Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib

Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib

AMEA-nın elmi işçisi: Hazırda "Peyğəmbər məscidi" haqqında kitabın üzərində işləyirəm

Beyləqanda xor və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb

Zərnaz İmanzadə: Kitabın rus dilində variantı öz nəşrini gözləyir

Beyləqanda şəhid Fəti Fətizadənin xatirəsi anılıb

“HÜDUD”: forma və qavrayış sərhədində incəsənət

“İslamın müqəddəs mərkəzi – şəhərsalma və memarlıq” kitabının təqdimatı olub

Salyanda yol qəzası olub, xəsarət alanlar var

Sabunçuda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

“Qarabağ”ın Avstriya toplanışındakı rəqibləri bəlli olub

Azərbaycan nümayəndələri MDB-nin antiterror qurumlarının Moskvada keçirilən müşavirəsində iştirak ediblər

Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb

Pilotsuz qayıq Hörmüz boğazı yaxınlığında qəzaya uğrayan ABŞ helikopterinin ekipajını xilas edib

Londondakı hökumət binasında gizli kamera aşkarlanıb

Bu saata olan əsas xəbərlər

Azərbaycanın U-21 millisi yoxlama oyununda Qırğızıstana uduzub

Uşaqların sosial şəbəkələrdən istifadəsinə tətbiq ediləcək yeni məhdudiyyətlər hansılardır? VİDEO

Uşaqların sosial şəbəkələrdən istifadəsinə tətbiq ediləcək yeni məhdudiyyətlər hansılardır? VİDEO

Sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bir sıra fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Mavritaniya sahillərində 10 gün ərzində mindən çox qeyri-qanuni miqrant xilas edilib

Qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Şimal-qərb bölgəsində buraxılış siniflərini 14 mindən çox şagird bitirir

Azərbaycanın U-20 millisi pakistanlı həmyaşıdlarına qalib gəlib

İğdırdakı “Şuşa” uşaq bağçasında Mübariz İbrahimovun adını daşıyan sinif açılıb

Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır

® “Azercell” müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib 

Dünya çempionatı: Azərbaycanın çövkən millisi Çili ilə heç-heçə edib

Enerji Dialoqu Platforması təşəbbüsü çərçivəsində gənc media nümayəndələri üçün silsilə məlumatlandırma sessiyaları başlayıb

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində tərəflərin çıxışlarına başlanılıb

Zaqatalada mövsümün ilk günündə 712,5 kiloqram yaş barama təhvil verilib

BMU ilə Çinin Sian Şiyou Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Şərurda gənclərin yaradıcılıq və idman bayramı: “Gənclik Festivalı – Şərur 2026” FOTO

Ukraynalı uşaqlar Qəbələnin tarixi məkanlarına baş çəkiblər

Bakıda Gənclər üçün Süni İntellekt Forumu təşkil olunub

Milli Məclisin komitəsi dövlət büdcəsinin icrasına dair qanun layihəsini dəstəkləyib

Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 38 mindən çox müraciət daxil olub

Maliyyə Monitorinqi Xidmətində Beynəlxalq Maliyyə Kəşfiyyatı Orqanları Günü qeyd olunub

Azərbaycan ilə İsrail arasında qida məhsullarının idxal-ixrac əməliyyatları genişləndirilir

Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib

Osloda Norveç Azərbaycan diasporunun ilk şahmat turniri baş tutub

Beynəlxalq Muğam Mərkəzində Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin konserti olacaq

Azərbaycanın elm və təhsil mühiti Avropanın rəqəmsal məkanına inteqrasiya olunur

“İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramından yararlanan gənclərin sayı açıqlanıb

Avropada qaz anbarlarının doluluq nisbətinin noyabrın 1-dək 70 faizə çatacağı proqnozlaşdırılır – Tədqiqat

Məktəblərdə etik mühit və şagird davranışları VİDEO

Məktəblərdə etik mühit və şagird davranışları VİDEO

Azərbaycanın U-17 yığması Qazaxıstana minimal hesabla uduzub

Güclü sel Qəbələnin Laza kəndinə gedən yolu yararsız hala salıb, əraziyə texnikalar cəlb olunub  FOTO  VİDEO

Güclü sel Qəbələnin Laza kəndinə gedən yolu yararsız hala salıb, əraziyə texnikalar cəlb olunub FOTO VİDEO

AQTA: Ölkədə quş qripi və Nyukasl xəstəlikləri ilə bağlı epizootoloji vəziyyət sabitdir

Azərbaycan və Yunanıstan arasında səhiyyə sahəsində əməkdaşlıq genişləndirilir

Ekspert: Azərbaycan iqtisadi dividend, dayanıqlı inkişaf və siyasi sabitlik əldə edəcək

Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb

Azərbaycan enerji ehtiyatlarını uzunmüddətli inkişafın əsas aləti kimi dəyərləndirir ŞƏRH

QHT nümayəndələri ƏƏSMN-in publik qurumlarında vakant vəzifələrin tutulması üçün keçirilən imtahanı izləyiblər

Dövlət Vergi Xidmətində vakant vəzifələrə işə qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb

DÇ-2026-da hansı komandalar gözləntiləri doğrultmaya bilər? - SƏBƏBLƏR

İstanbul Bəyannaməsi Cənubi Qafqazın yeni regional arxitekturasının siyasi manifestidir - Təhlil

AzTU SABAH proqramlarında tədris aparmaq üçün müəllim vəzifəsinə vakansiya elan edir

Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar

Süni intellektin müasir dövrdə sosial-iqtisadi sistemlərə təsiri və dayanıqlı inkişaf kontekstində rolu

Rejissor Leonid Klyots: Cırtdan çox maraqlı personajdır

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydaların təsdiq edilməsi haqqında” 1999-cu il 31 may tarixli 87 nömrəli, “Qaz qurğularının tikintisinə, qurulmasına, istismarına və işçi vəziyyətdə saxlanmasına dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 36 nömrəli və “Qaz qurğularının qazın atmosferə buraxılmamasına, habelə qazın təzyiqinə, temperaturuna, tərkibinə və digər göstəricilərinə dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 37 nömrəli qərarlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Enerji effektivliyi informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan boks tarixində ilk: Anar Babanlı hakimlər üzrə ekspert statusu qazanıb

“TikTok” platforması Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsində iştirak edə bilər

DİN: 72 kiloqrama yaxın narkotik vasitə və 5687 metadon həbi dövriyyədən çıxarılıb VİDEO

DİN: 72 kiloqrama yaxın narkotik vasitə və 5687 metadon həbi dövriyyədən çıxarılıb VİDEO

İİB Qrupunun Təşkilatları Bakıda 14-cü Özəl Sektor Forumuna ev sahibliyi edəcək

ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib

Sosial mediaya nəzarətin gücləndirilməsi artıq qlobal tendensiyaya çevrilib ŞƏRH

Kömür qiymətləri son 2,5 ilin maksimumuna yüksəlib

Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib

“Fitch Ratings” qlobal iqtisadi sektor üzrə proqnozunu dəyişib

Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır

Mahir Emreli karyerasının ən çətin oyununu açıqlayıb

MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb

Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır

Azərbaycan və türk xalqlarının ovçu folkloru: janrlar və mifoloji təfəkkür

Məti Osmanoğlu: Səməd Vurğun “böyük zaman” yolçusudur

Braziliya Ciu-citsu İctimai Birliyi Silahlı Qüvvələr Gününə həsr olunmuş seminar təşkil edib

Təhsil eksperti: Yeni hüquqi tənzimləmələr gənclərin təhlükəsizliyinin təmin olunmasına xidmət edəcək

Azərbaycandan Fransaya məhsul ixracının dəyəri 17 dəfədən çox artıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

Hacı Əliyev: Azərbaycan güləşində uğurlu yolumu artıq məşqçi kimi davam etdirəcəyəm

Emin Əmrullayev Azərbaycan və Qazaxıstanın təhsil sahəsində əməkdaşlığını yüksək qiymətləndirib

Uşaqların erkən yaşlarda sosial şəbəkələrdən istifadə etməsi özünəinam problemlərini dərinləşdirə bilər - MÜSAHİBƏ

®  “Lexus RZ” – Elektrikli lüksün yeni erası VİDEO

® “Lexus RZ” – Elektrikli lüksün yeni erası VİDEO

“Ümumi istifadədə olan dəmiryol nəqliyyatının infrastrukturunun saxlanması və ondan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Turan Tovuz” kapitanı ilə vidalaşıb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 21 noyabr tarixli 533 nömrəli Fərmanının icrasının təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb

® Qızıl kreditini bu banka gətirənlərə endirim var

Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır

Səudiyyə Ərəbistanı və Türkiyə dəmir yolu əlaqələrinin inkişafı ilə bağlı memorandum imzalayıb - YENİLƏNİB

Azərbaycanı güləş üzrə dünya çempionatında iki hakim təmsil edəcək

DÇ-2026: Azarkeşlər ödəniş müqabilində adlarını stadionlardakı monitorlarda nümayiş etdirə biləcəklər

Qazaxıstan və Azərbaycan maliyyə nəzarəti üzrə təcrübə mübadiləsi aparıb

Azərbaycanın kənd təsərrüfatı və qida məhsullarının Çin bazarına çıxış imkanları genişləndiriləcək