AZƏRBAYCANLI DİRİJOR SANKT-PETERBURQDA KEÇİRİLƏCƏK MUSİQİ FESTİVALINDA ÇIXIŞ EDƏCƏKDİR
AZƏRTAC Rusiyanın kütləvi informasiya vasitələrinə istinadla xəbər verir ki, mayın 25-də Sankt-Peterburqda “Musiqi Olimpi” festivalı başlanacaqdır. Hər il keçirilən bu festival son illərin ən nüfuzlu beynəlxalq müsabiqələrinin qaliblərini rusiyalı tamaşaçılara təqdim edir. Dünyanın 14 ölkəsindən olan 25 gənc musiqiçinin iştirak edəcəyi builki festivalda Azərbaycanı beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü, dirijor Eyyub Quliyev təmsil edəcəkdir.
Festival konsertləri Rusiyanın “şimal paytaxtı”nın ən yaxşı akademik salonlarında - Sankt-Peterburq filarmoniyasının Böyük zalında, İ.M.Qlinka adına Akademik Kapellada və Ermitaj Teatrında olacaqdır. Festivalın ilk günündə E.Quliyevin dirijorluğu ilə Dövlət Ermitajının orkestri A.Petrovun simfonik orkestr üçün “Vivat, Olimp!” uvertürasını, L.Şporun klarnet və orkestr üçün 4 nömrəli Mi Minor konsertini, F.Martenin trombon və orkestr üçün balladasını, P.Çaykovskinin 1 nömrəli kvartetindən “Andante Cantabile”ni, S.Prokofyevin violonçel və orkestr üçün konsert simfoniyasını və başqa əsərləri ifa edəcəkdir.
Xatırladaq ki, 2006-cı ildə Azərbaycan Beynəlxalq Mədəniyyət Mərkəzi E.Quliyevi nüfuzlu “Uğur-2006” mükafatına layiq görmüşdür. Elə həmin il bu musiqiçi Polşanın Belostok şəhərində Vitold Lyutoslavski adına dirijorların beynəlxalq müsabiqəsində Podlyasiya filarmoniyası orkestrinin xüsusi mükafatını qazanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [21:50]
Zərnaz İmanzadə: Kitabın rus dilində variantı öz nəşrini gözləyir
- 09.06.2026 [21:37]
“HÜDUD”: forma və qavrayış sərhədində incəsənət
- 09.06.2026 [21:34]
“İslamın müqəddəs mərkəzi – şəhərsalma və memarlıq” kitabının təqdimatı olub
- 09.06.2026 [17:43]
Rejissor Leonid Klyots: Cırtdan çox maraqlı personajdır
- 09.06.2026 [17:10]
Məti Osmanoğlu: Səməd Vurğun “böyük zaman” yolçusudur
- 09.06.2026 [15:53]
Fidan Hacıyeva: Rəşid Behbudovun repertuarı gənc ifaçılar üçün əsas mənbədir
- 09.06.2026 [15:52]