Azərbaycanlı paralimpiyaçı haqqında film beynəlxalq festivalda nümayiş olunub
Bakı, 29 yanvar, AZƏRTAC
İtaliya-Azərbaycan Beynəlxalq Film Festivalı çərçivəsində azərbaycanlı paralimpiyaçı haqqında çəkilmiş film nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, müəllifi Mariya İbrahimova olan “Uçmaq istəyirəm” (“I want to fly”) filmin qəhrəmanı yol qəzası nəticəsində onurğa zədəsi almış və o gündən etibarən əlil arabası istifadəçisi olan Kamal Məmmədovdur. Qəzadan sonra o, yataq xəstəsi olsa da sınmayıb. Əzmkarlığı, iradəsi və ailəsinin dəstəyi ilə yaşamağa və yeni uğurlar qazanmağa davam edib.
Qeyd edək ki, Kamal Məmmədov hazırda Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin baş katibidir.
Xatırladaq ki, yanvarın 30-da Nizami Kino Mərkəzində festivalın qala-gecəsi keçiriləcək. Qala-gecəsində festivalın qalibləri elan olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:43]
Rejissor Leonid Klyots: Cırtdan çox maraqlı personajdır
- 09.06.2026 [17:10]
Məti Osmanoğlu: Səməd Vurğun “böyük zaman” yolçusudur
- 09.06.2026 [15:53]
Fidan Hacıyeva: Rəşid Behbudovun repertuarı gənc ifaçılar üçün əsas mənbədir
- 09.06.2026 [15:52]
Uşaq Filarmoniyasında “Nağıl aləminə səyahət” adlı konsert təşkil edilib
- 09.06.2026 [11:54]