AZƏRBAYCANLI TƏLƏBƏLƏRİN ALMANİYADA TƏHSİLLƏRİNİ DAVAM ETDİRMƏLƏRİ ÜÇÜN TƏQAÜD AYRILMIŞDIR
AZƏRTAC xəbər verir ki, Almaniya Akademik Mübadilə Xidməti (DAAD) 61 azərbaycanlı tələbənin Almaniyada təhsilini davam etdirməsi üçün təqaüd ayırmışdır.
Almaniyanın Azərbaycandakı səfirliyindən bildirmişlər ki, həmin tələbələrdən 39-u yay kurslarında, 3-ü alman filologiyası, 1-i iqtisadi, 5-i magistraturada təhsil alacaq, qalanları isə elmi tədqiqatlarla məşğul olacaqlar.
Bundan əlavə, 7 tələbə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin təqaüdü hesabına Almaniyada təhsil ala biləcəkdir.
Səfirlikdən onu da bildirmişlər ki, yaxın vaxtlarda Almaniyada təhsil almaq üçün hökumət təqaüdləri barədə müqavilənin imzalanacağı planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]