“AZƏRDƏMİRYOLBANK” QARA DƏNİZ TİCARƏT VƏ İNKİŞAF BANKININ KREDİT XƏTTİNİN YERLƏŞDİRİLMƏSİNİ BAŞA ÇATDIRMIŞDIR
AZƏRTAC xəbər verir ki, “Azərdəmiryolbank” ASC ötən ilin noyabrında Qara Dəniz Ticarət və İnkişaf Bankından (QDTİB) kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədi ilə 5 il müddətinə cəlb etdiyi 10 milyon ABŞ dolları məbləğində kredit xəttinin yerləşdirilməsini başa çatdırmışdır.
Bankın idarə heyəti sədrinin müavini Yusif Cabbarov bildirmişdir ki, iki ildən artıqdır QDTİB ilə uğurlu əməkdaşlıq edirik. Tərəflər arasında bir illik 2 milyon ABŞ dolları məbləğində ilk kredit sazişi 2006-cı ildə imzalanmış və bu vəsait qısa müddətdə istifadə olunmuşdur.
Bank QDTİB ilə qarşılıqlı faydalı münasibətləri möhkəmləndirmək və inkişaf etdirmək niyyətindədir.