“AZƏRENERJİ” DÖVLƏT BÜDCƏSİNƏ ÖDƏNİŞLƏRİ 2,1 DƏFƏ ARTIRMIŞDIR
“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən dövlət büdcəsinə ödənişlərin məbləği artmışdır.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qurum cari ilin aprelində dövlət büdcəsinə 12,3 milyon manat vəsait ödəmişdir. Bu, 2007-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.
2008-ci ilin dörd ayı ərzində isə büdcəyə 39 milyon manat vəsait köçürülmüşdür ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 dəfə çoxdur.