“Azəriqaz”: Bu il əsasən cənub bölgəsindəki məntəqələr və yaşayış massivləri qazlaşdırılacaq
Bakı, 9 sentyabr, AZƏRTAC
“Azəriqaz” İB-nin Yeni qazlaşma və inkişaf şöbəsinin rəis müavini İlham Mehbalıyev “Açıq qapı” aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüş zamanı bu ilki qazlaşdırma planına uyğun olaraq 69 kənd və 62 yaşayış massivinin təbii qazla təchiz edilməsi işlərinin davam etdirildiyini bildirib.
AZƏRTAC xəbər verir ki, İ.Mehbalıyevin sözlərinə görə, hazırda 3 kənd və 9 yaşayış massivinə qaz verilib, 40 kənd və 31 yaşayış massivində qazlaşma işləri aparılır, 5 kənd və 19 yaşayış massivi istismara qəbul prosesindədir, 7 kənd və 3 yaşayış massivində isə qazlaşma işlərinin aparılması gözlənilir.
O, həmçinin vurğulayıb ki, bu il qazlaşdırılacaq məntəqə və yaşayış massivlərinin əksəriyyəti cənub bölgəsindədir: “İlin əvvəlində yaranan müəyyən səbəblərdən qazlaşma işlərinin aparılması gecikdi. Buna görə düşünürük ki, qazlaşma proqramında olan 69 yaşayış məntəqəsinin 55-i bu il tamamlanacaq, 14 yaşayış məntəqəsinin işlərinin yekunlaşması isə 2023-cü ilə keçid alacaq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]