“Azərişıq”: Azad edilmiş əraziləri qısa müddət ərzində keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin etmək məqsədimizdir

Ağdam, 22 may, AZƏRTAC
“Azərişıq” ASC-nin qarşısında duran əsas məqsəd işğaldan azad edilmiş əraziləri qısa müddətdə keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin etməkdir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə bildirib.
“Bizim innovasiya texnologiyalarının, xüsusilə “smart texnologiyalar”ın tətbiqi üzrə türkdilli dövlətlərə bir neçə səfərimiz, onlarla təcrübə mübadiləmiz olub. Bundan başqa, onlar bizdən yaşıl texnologiyaların tətbiqi üzrə təcrübə mübadiləsinin həyata keçirilməsini istəyiblər. Biz bu ölkələrin nümayəndə heyətlərini Azərbaycana səfərə dəvət etmişik. Onların yaxın aylarda Azərbaycana səfəri gözlənilir. Türkdilli ölkələri Qarabağda elektroenergetika sahəsində aparılan genişmiqyaslı islahatlar maraqlandırır”, - deyə o vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2025 [13:12]
Sabahdan Qazaxa ilk dəfə sürətli qatarlarla sərnişindaşımaya başlanılır
- 14.06.2025 [11:39]
Azərbaycan nefti 4 dollardan çox bahalaşıb
- 14.06.2025 [11:32]
Növbəti Ro-Pax tipli gəmi-bərənin tikintisi plana uyğun davam edir
- 14.06.2025 [11:30]
® “Azercell” gənclər üçün “DataMinds” bootcamp layihəsinə start verir
- 13.06.2025 [20:55]
Üç avtobus marşrutu üzrə keçirilən müsabiqənin qalibləri müəyyən edilib
- 13.06.2025 [19:41]