“Azərpambıq ASK” MMC üzrə 15 rayonda 29001 hektarda pambıq əkiləcək
Bakı, 29 aprel, AZƏRTAC
“Azərpambıq ASK” Məhdud Məsuliyyətli Cəmiyyət üzrə 2019-cu il mövsümündə respublikanın 15 rayonunda 29001 hektarda pambıq əkini aparılması nəzərdə tutulub. Bununla əlaqədar fermerlərlə müqavilələr bağlanılıb. Şum, arat, mala işləri başa çatdırılıb və hazırda səpin işləri aparılır.
Cəmiyyətin mətbuat katibliyindən AZƏRTAC-a bildiriblər ki, bu günədək 19 min hektarda səpin aparılıb. Bu da ümumi əkin sahəsinin 65,5 faizini təşkil edir.
Artıq 2526 hektarda normal çıxışı alınıb, ümumi səpin işlərinin isə mayın 10-dək başa çatdırılması nəzərdə tutulub.
Ümumiyyətlə, təsərrüfat işlərinin optimal müddətdə aqrotexniki qaydada və keyfiyyətlə aparılmasını təmin etmək məqsədilə cəmiyyət üzrə qaynar xətt yaradılıb. Qarşıya çıxa biləcək hər hansı bir problemin vaxtında həll olunması üçün şirkətin əməkdaşları rayonlara ezam olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [12:58]
Şəkidə taxıl biçininə start verilib
- 09.06.2026 [12:32]
Naxçıvanda aktiv təsərrüfat subyektlərinin sayı 21,6 faiz artıb
- 09.06.2026 [12:32]
“Tərtər” bazarında yoxlama aparılıb
- 09.06.2026 [11:49]
Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub
- 09.06.2026 [11:35]
Baş prokuror Naxçıvanda vətəndaşların müraciətlərini dinləyəcək
- 09.06.2026 [11:27]
“YAŞAT” Fondu Şəkidə yaz düşərgəsi reallaşdırıb
- 09.06.2026 [10:38]