Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

“Azərpoçt”: İlin sonunadək Xankəndi və Şuşada yaşayan vətəndaşlara universal poçt xidmətləri təqdim olunacaq - MÜSAHİBƏ

“Azərpoçt”: İlin sonunadək Xankəndi və Şuşada yaşayan vətəndaşlara universal poçt xidmətləri təqdim olunacaq - MÜSAHİBƏ

Bakı, 9 oktyabr, Pərvanə Qafarova, AZƏRTAC

Bu gün dünyanın hər yerində Ümumdünya Poçt Günü kimi qeyd edilir və bu il Ümumdünya Poçt İttifaqının (ÜPİ) yaranmasından 150 il ötür. Azərbaycan 1993-cü ildə ÜPİ-yə üzv olub və həmin tarixdən ölkəmizdə də Ümumdünya Poçt Günü geniş qeyd olunur. Azərbaycan ÜPİ-nin əksər tədbirlərində, ali qanunverici orqanlarının işində fəal iştirak edir və bu istiqamətdə fəaliyyətini davam etdirir. Ölkəmiz bu təşkilatın ali orqanlarına – Administrativ Şuraya (2004 və 2008-ci illər) və Poçt Əməliyyatları Şurasına (2008-ci il və 2016-cı illər) seçilib, onların müxtəlif layihə və işçi qruplarında təmsil olunub. Hazırda ÜPİ ilə əməkdaşlıq əlaqələri daha da genişlənməkdədir.

Bu gün Azərbaycanda poçt rabitəsinin yaranmasından 206 il ötür. Bu o deməkdir ki, Azərbaycanın yeganə milli poçt operatoru olan “Azərpoçt”un 206 yaşı tamam olur. AZƏRTAC “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən İsi Mustafayev ilə hazırladığı müsahibəni təqdim edir.

- İsi müəllim, 9 oktyabr Ümumdünya Poçt Günüdür. Bu münasibətlə sizi və bütün poçt əməkdaşlarını təbrik edirik. İlk sualım budur ki, “Azərpoçt” bugünkü statusunu necə dəyərləndirir? Hansı mərhələdədir?

- Minnətdaram. Mən də sizə kollektivimiz adından təşəkkür edirəm. Sualınıza cavab olaraq bildirim ki, “Azərpoçt”un bugünkü statusu dayanmadan yenilənmə və dəyişmə mərhələsinə daha çox uyğun gəlir. Artıq 3 ildir ki, “Azərpoçt” mövcud vəziyyəti, əsasları inkişaf etdirməyə çalışır, digər tərəfdən isə yeni istiqamətlərə cığır açır, yeni layihələri reallaşdırır. Həmçinin onu da qeyd etməliyəm ki, aparılan islahatlardan sonra milli poçt operatoru son 3 ildir ki, davamlı şəkildə fəaliyyətini mənfəətlə başa vuran bir quruma çevrilib və maliyyə stabilliyini təmin edə bilib.

- Sonuncu brifinqdə bildirmişdiniz ki, növbəti layihələr daha çox rəqəmsal xarakter daşıyacaq. Bu layihələr həyata keçirilir?

- Tamamilə doğru vurğulayırsınız, biz 2024-cü ili “Azərpoçt” üçün “rəqəmsal il” də hesab edə bilərik. Belə ki, cari il ərzində artıq 3 rəqəmsal layihəmizi elan etmişik. Bunlardan birincisi, hüquqi şəxslərin istifadəsi üçün nəzərdə tutulan internet bankçılıqdır, ikincisi “Azərpoçt”un maliyyə xidmətlərindən faydalanan fiziki şəxslər üçün təqdim olunmuş “AzPostMobile” tətbiqidir. Bu layihələrin reallaşdırılması ilə biz hər iki kateqoriya müştərilər üçün rahat və əlçatan xidməti təmin etmiş olmuşuq. Üçüncü layihəmiz isə “Azərpoçt”un yeni veb-səhifəsinin hazırlanmasıdır. Poçt müştərisi poçta gəlmədən onu maraqlandıran bütün sualların cavabını bu veb-səhifə vasitəsilə ala biləcək. Hər üç layihə vətəndaşların rəqəmsal məlumatlılıq tələbatlarının təmin olunmasına, xidmətlərin onlar üçün daha asan və rahat üsulla əldə olunmasına imkan yaradır.

- Bu layihələr daha çox müştəriyönümlüdür, bəs İT infrastruktur və daxili sistemlərin təkmilləşdirilməsi baxımından hansı işlər görülüb?

- Bəli, daxili İT infrastrukturun da yenilənməsində ciddi işlər görülüb. Bildiyiniz kimi, “Azərpoçt”un nəzdində sürətli poçt xidməti göstərən “qapıdan-qapıya” prinsipi ilə çalışan EMS adlı strukturumuz var.

Adi poçt sistemindən fərqli olan və sürətli poçt xidmətinin keyfiyyətini yüksəltmək məqsədi daşıyan növbəti rəqəmsal həlli tamamlamışıq. Ümumi iş proseslərini özündə əks etdirən və “Azərpoçt”un mütəxəssislərinin hazırladığı yeni proqram təminatı nəticəsində kuryer xidmətlərinin idarəetməsi və optimallaşdırılması həyata keçirilir. Belə ki, müştərilər tərəfindən gələn sifarişlərin effektiv şəkildə idarə olunması, marşrutların optimallaşdırılması, əməliyyatların izlənməsi təmin olunur. Bu işdən faydalanan tərəflər əsasən müştərilərdir. Belə ki, sifariş prosesi indi daha rahat və asandır, ödəniş üsulları fərqlidir və bütün proses şəffafdır. Çünki bütün əməliyyatlar, belə demək mümkündürsə, göz önündədir. Bu işdən digər faydalanan tərəf isə kuryerlərin özüdür. Onların iş performansları şəffaf şəkildə ölçülür və göstərdikləri xidmətlər sayəsində gəlir imkanları artır. Nəticə etibarilə bütün bunlar rəqabətdə üstünlüyə, gəlirlərin artmasına, xidmətin təhlükəsiz və etibarlı şəkildə icrasına imkan yaradır.

Bundan başqa, biz təxminən bir neçə ay bundan qabaq daxili daşımaların izlənilməsi üçün “Azərpoçt”un daxili resursları hesabına proqram təminatını da istifadəyə verdik. Bildiyiniz kimi, “Azərpoçt” bu gün yalnız öz bağlamalarını çatdırmır, həm də ölkədə fəaliyyət göstərən digər karqo şirkətlərinə daşıma xidməti göstərir. Bu sistem karqo şirkətlərinin öz mallarını qəbul anından son çatdırılma anına qədər izləməsini təmin edir. Sözügedən sistem bizə və həmin şirkətlərə faydalı olmaqla yanaşı, müştəri məmnuniyyəti yaradır.

- Bu il ərzində “Azərpoçt”un adından kiberdələduzluq halları barədə qurum dəfələrlə məlumat paylaşdı. Qurumun kibertəhlükəsizliyinin təmin olunması hansı səviyyədədir? Kiberdələduzluq hallarının qarşısının alınması üçün hansı işlər görülür?

- Bu sual günümüzdə nəinki “Azərpoçt”u, eləcə də digər qurumları çox narahat edir və təəssüf ki, geniş yayılmış bir haldır. “Azərpoçt” həm poçt göndərişlərinin çatdırılmasını həyata keçirir, həm də “MasterCard” və VİSA kartları emissiya edir. Həm poçt sahəsində, həm də maliyyə sahəsində təhlükəsizliyin təmin olunması üçün tərəfimizdən bütün tədbirlər icra olunur, müştəri məlumatlarının məxfiliyinin qorunması üçün biz müasir və işlək olan bütün vasitələrdən istifadə edirik. Təəssüf ki, dələduzlar daima iş başındadırlar və bizdən yox, məhz müştəridən asılı olan səbəblərdən öz istəklərinə bəzən çata bilirlər. Təhlil edəndə görürük ki, oğurlanmış vəsaitin sahibi hesab olunan müştəridən onun pul vəsaitini yalnız özünün “icazəsi” ilə əldə edirlər, yəni müştərinin saxta və şirnikləndirici təkliflərə cəlb edilməsi ilə sonda pulunun ələ keçirilməsi baş verir. Burada bizim üzərimizə düşən mütəmadi maarifləndirmə, məlumatlandırma və vətəndaşlara qaranlıq qalan məqamları aydınlaşdırmaqdır ki, müştərilər daha tədbirli olsunlar, yanlışlığa yol verməsinlər. Son zamanlar müşahidələrimiz göstərir ki, artıq poçt göndərişi edən müştərilərimiz, demək olar ki, aldanmırlar, hətta özləri belə imkanları çərçivəsində kiberdələduzluq halını ifşa edirlər.

- İsi müəllim, bu ilin sonunadək “Azərpoçt” tərəfindən bizi daha hansı yeniliklər gözləyir və qeyd etdiyiniz yenilənmə mərhələsi nə zaman bitəcək?

- Öncə qeyd edim ki, ilin sonunadək biz Qarabağda yerləşən poçt şöbələrimizin açılışını təmin edəcəyik. Tezliklə Xankəndidə və Şuşada yaşayan vətəndaşlarımıza universal poçt xidmətləri, eləcə də digər xidmətlərimiz təqdim olunacaq. Yenilənmə mərhələsinin nə zaman bitəcəyi ilə bağlı suala birmənalı cavab vermək düzgün olmaz, çünki bu, davamlı prosesdir. Biz dünyada gedən inkişafı, texnoloji dəyişiklikləri, süni intellektin imkanlarını müşahidə edəndə görürük ki, yenilənmələr artıq konkret müddətə hədəflənmiş deyil, davamlı şəkildə olur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rektor: Qəhrəman əsgər və zabitlərimizin şücaətlərini gələcək nəsillərə ötürmək əsas vəzifələrimizdən biridir

Vətəndaşlar Zəfər parkını ziyarət ediblər YENİLƏNİB VİDEO

8 Noyabr - Zəfər Günü Bolqarıstanda qeyd edilib

“Yaşıl və rəqəmsal transformasiyalar: qarşılıqlı təsirləri, pozitiv və neqativ aspektləri” - elmi-praktik konfrans

Füzulidə Zəfər Gününə həsr edilən konsert təşkil olunub

Zəfər tariximiz şanlı qələbəmizdir - ŞƏRH

Dövlət Bayrağı Muzeyində Vətən müharibəsinə həsr edilən “Zəfər qalereyası” adlı ekspozisiya sərgilənir

Füzulidə Zəfər Gününə həsr edilən rəsm sərgisi açılıb

Şəki-Zaqatala bölgəsində Zəfər Günü silsilə tədbirlərlə qeyd olunub

Zəfər Günü münasibətilə Daşkəsəndə şəhid ailələri və qazilər ziyarət edilib

Özbəkistan Türk Mədəniyyəti və İrsi Fondunun üzv ölkələri sırasına daxil olur

YAP Nəsimi rayon təşkilatı Zəfər Günü münasibətilə tədbir keçirib

Azərbaycanın Zəfər Günü Buxarestdə də qeyd olunub

Qələbəmiz xalqımızın əbədi qürur mənbəyidir – ŞƏRH

Sarayevoda Azərbaycanın Zəfər Günü qeyd olunub

Şimali Kipr Türk Cümhuriyyətinin xarici işlər naziri: Qarabağ Azərbaycandır!

BMU-da 8 Noyabr - Zəfər Günü təntənəli şəkildə qeyd olunub

Prezident İlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanında olub, Azərbaycanın üçrəngli Bayrağını ucaldıb  YENİLƏNİB VİDEO

Aşqarlar Kimyası İnstitutunda COP29-a həsr edilən beynəlxalq seminar keçirilib

Misli Premyer Liqası: "Neftçi" - "Şamaxı" oyununda qalib müəyyənləşməyib

Bakıda Olimpiya mükafatçıları və dünya çempionlarının iştirakı ilə fləş-mob keçirilib VİDEO

Hava Limanından paytaxtın 2 istiqamətində ödənişsiz ekspres xətlər fəaliyyət göstərəcək

8 Noyabr Zəfərinin 8 mühüm faktoru - MƏQALƏ

On beş il əvvəl Naxçıvandan başlayan yol və gündən-günə güclənən birlik - RƏY

Prezidentin Mətbuat Xidmətinin məlumatı

İsmayıllı rayonunda 8 Noyabr - Zəfər Günü münasibətilə tədbir keçirilib VİDEO

Dövlət Sərhəd Xidməti ağacəkmə aksiyası keçirib

Cəbrayıl şəhərində 8 Noyabr - Zəfər Günü qeyd olunub

Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib

Prezident Ərdoğan: Azərbaycan xalqının Zəfər Gününü ürəkdən təbrik edirəm

COP29 çərçivəsində “Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar” mövzusunda dəyirmi masa keçiriləcək

Qobustan Təbiət Qoruğunda Zəfər Günü münasibətilə tədbir keçirilib

Sumqayıtlılar Zəfər Günündə şəhidlərin xatirəsini anıblar

DTX-nin Mədəniyyət Mərkəzində Zəfər Günü ilə bağlı konsert proqramı təşkil olunub

Azərbaycan Türk dünyasına mənsub olduğunu qürurla nümayiş etdirir ŞƏRH

Tələbə gənclər Zəfər və Dövlət Bayrağı günləri ilə əlaqədar silsilə tədbirlər keçiriblər

Ermənistan üzərində qazanılmış hərbi uğurlar beynəlxalq hüququn təntənəsidir ŞƏRH

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən

Vətən müharibəsi Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının haqq savaşı idi

Zəfər Günü münasibətilə Berlində təntənəli tədbir təşkil olunub

“AzərEnerji”də Zəfər Günü ilə bağlı silsilə tədbirlər keçirilib

® “Azercell Cup 2024” qalibləri beynəlxalq olimpiadalara hazırlaşırlar

Şuşa Zəfəri - Qələbəmizin təntənəsi ŞƏRH

Şuşanın azad edilməsi Vətən müharibəsinin həlledici anı və Zəfərin rəmzi oldu ŞƏRH

Media qurumlarının rəhbərləri və nümayəndələri COP29-a hazırlıqla bağlı yekun işlərlə tanış olublar

“Dinlər və ekoetika” kitabı işıq üzü görüb

Zəfər Günü münasibətilə Azərbaycanın Türkmənistandakı səfirliyində tədbir keçirilib VİDEO

Zəfər Gününə həsr olunan “Könlüm Qarabağda, könlüm Zəngəzurda” düşərgəsi təşkil edilib

Füzulidə Zəfər bayramı ağacəkmə aksiyası ilə başlayıb VİDEO

Zəfər Günündə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilib  YENİLƏNİB 2

Qalib Azərbaycanın Zəfər günü - Məqalə

Gürcü politoloq: Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi bütün geosiyasi dövr üçün mühüm hadisədir

İtaliyada nəqliyyat işçiləri tətil edirlər

Gürcüstanın valyuta ehtiyatları 1,4 milyard dollardan çox azalıb

Xarkovda Azərbaycanın Zəfər Gününə həsr edilən tədbir keçirilib

Anar Zeynalov: COP29-da qidaların 90 faizdən çoxunu yerli məhsullar təşkil edəcək

Azərbaycanın Zəfər Günü Daşkənddə qeyd edilib VİDEO

COP29 Məlumat mərkəzləri fəaliyyətə başlayıb

Leyla Mahmudova: İctimaiyyətə açıq olacaq Yaşıl Zona öz fəaliyyətinə noyabrın 11-də başlayacaq

Milli Qəhrəmanın tələbə qızı atasının məzarı önündə - Pedaqoji Universitetdə Zəfər silsiləsi

Şuşa şəhərinin tarixi və mədəniyyəti qədim əlyazmalarda və əski çap kitablarında

Azərbaycan xalqı tarixi Zəfərimizlə dünyaya yenidən gəlmiş oldu ŞƏRH

Türk Dövlətləri Təşkilatının qlobal güc mərkəzinə çevrilməsi heç bir şübhə doğurmur – deputat

Bakı Stadionunun ərazisi bu axşam BMT-yə təhvil veriləcək

Neft və Sənaye Universiteti Ali Təhsildə Davamlılığın İnkişafı Assosiasiyasının tamhüquqlu üzvü seçilib

İtaliyada Azərbaycanın Zəfər Günü qeyd edilib VİDEO

Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək

Prezident: Azərbaycan xalqı bundan sonra qalib xalq, Azərbaycan dövləti müzəffər dövlət kimi yaşayacaq

“Lacinema” kino mərkəzində konsert proqramı keçirilib

“TRT Haber” telekanalında tamaşaçılara Azərbaycanın 44 günlük müharibədə Zəfərindən bəhs edilib

Prezident İlham Əliyev: İnkişafda olan Azərbaycan qürur mənbəyimiz, şanlı Qələbəmiz isə tarixi nailiyyətimizdir

Laçında hərbçilərin iştirakı ilə yürüş təşkil olunub -YENİLƏNİB

Lənkəranda Şəhidlər Xatirə Abidə-Kompleksi ziyarət olunub

Prezident: Vətən müharibəsi və antiterror əməliyyatı Ermənistanın arxasında duranların acı və alçaldıcı məğlubiyyətidir

8 Noyabr tarixi Prezident İlham Əliyevin gərgin fəaliyyətinin Zəfər zirvəsidir

Millətlər Liqası: Azərbaycan yığmasının son iki oyun üçün heyəti açıqlanıb

Prezident İlham Əliyev: Ermənistan silahlandırma siyasətindən əl çəkməlidir, buna son qoyulmalıdır

Fernandu Santuş: Qarşıdakı oyunlarda hazırkı vəziyyətdən çıxmağa çalışacağıq VİDEO

Prezident İlham Əliyev: İndi Qarabağ torpağında separatçıların izi-tozu da qalmayıb

Prezident: Bu gün bəzi Qərb paytaxtlarında oturan islamofoblar, azərbaycanofoblar Ermənistanı yeni müharibəyə təhrik edirlər

Azərbaycan Prezidenti: İndi bəzi Qərb havadarları Ermənistandan “sülh göyərçini” düzəltmək istəyirlər

Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Bayrağı Meydanından paylaşım edib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər parkından paylaşım edib

Prezident: İqtisadi inkişaf, siyasi çəkimizin böyük olması, xalq-iqtidar birliyi bizi Qələbəyə doğru aparırdı

Prezident İlham Əliyev: Vətən müharibəsi bizim şanlı tariximizdir, parlaq Qələbəmizdir

Prezident İlham Əliyev Bakıda Zəfər parkının açılışında iştirak edib - YENİLƏNİB-2 VİDEO

“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Türkiyənin XİN başçısı Yunanıstanda səfərdədir

“Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
 Azərbaycan Respublikasının Qanunu

“Xüsusi rabitə ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 aprel tarixli 622 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
 Azərbaycan Respublikası Prezidentinin Fərmanı

COP29-a həsr edilən “Ruhun və təbiətin ekologiyası: fərqli baxış” sərgisi açılıb

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 8 oktyabr tarixli 44-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
 Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
 Azərbaycan Respublikasının Qanunu

Şuşada Zəfər Günü qeyd edilib

“Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 52-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Vətən müharibəsinin xronikası: 8 noyabr

“Balıqçılıq haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında” və “Ovçuluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 8 oktyabr tarixli 43-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qvineya-Bisaunun ətraf mühit naziri məzunu olduğu ADNSU-nu ziyarət edib

“Balıqçılıq haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında” və “Ovçuluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu