Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

“Azərpoçt”: İlin sonunadək Xankəndi və Şuşada yaşayan vətəndaşlara universal poçt xidmətləri təqdim olunacaq - MÜSAHİBƏ

“Azərpoçt”: İlin sonunadək Xankəndi və Şuşada yaşayan vətəndaşlara universal poçt xidmətləri təqdim olunacaq - MÜSAHİBƏ

Bakı, 9 oktyabr, Pərvanə Qafarova, AZƏRTAC

Bu gün dünyanın hər yerində Ümumdünya Poçt Günü kimi qeyd edilir və bu il Ümumdünya Poçt İttifaqının (ÜPİ) yaranmasından 150 il ötür. Azərbaycan 1993-cü ildə ÜPİ-yə üzv olub və həmin tarixdən ölkəmizdə də Ümumdünya Poçt Günü geniş qeyd olunur. Azərbaycan ÜPİ-nin əksər tədbirlərində, ali qanunverici orqanlarının işində fəal iştirak edir və bu istiqamətdə fəaliyyətini davam etdirir. Ölkəmiz bu təşkilatın ali orqanlarına – Administrativ Şuraya (2004 və 2008-ci illər) və Poçt Əməliyyatları Şurasına (2008-ci il və 2016-cı illər) seçilib, onların müxtəlif layihə və işçi qruplarında təmsil olunub. Hazırda ÜPİ ilə əməkdaşlıq əlaqələri daha da genişlənməkdədir.

Bu gün Azərbaycanda poçt rabitəsinin yaranmasından 206 il ötür. Bu o deməkdir ki, Azərbaycanın yeganə milli poçt operatoru olan “Azərpoçt”un 206 yaşı tamam olur. AZƏRTAC “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən İsi Mustafayev ilə hazırladığı müsahibəni təqdim edir.

- İsi müəllim, 9 oktyabr Ümumdünya Poçt Günüdür. Bu münasibətlə sizi və bütün poçt əməkdaşlarını təbrik edirik. İlk sualım budur ki, “Azərpoçt” bugünkü statusunu necə dəyərləndirir? Hansı mərhələdədir?

- Minnətdaram. Mən də sizə kollektivimiz adından təşəkkür edirəm. Sualınıza cavab olaraq bildirim ki, “Azərpoçt”un bugünkü statusu dayanmadan yenilənmə və dəyişmə mərhələsinə daha çox uyğun gəlir. Artıq 3 ildir ki, “Azərpoçt” mövcud vəziyyəti, əsasları inkişaf etdirməyə çalışır, digər tərəfdən isə yeni istiqamətlərə cığır açır, yeni layihələri reallaşdırır. Həmçinin onu da qeyd etməliyəm ki, aparılan islahatlardan sonra milli poçt operatoru son 3 ildir ki, davamlı şəkildə fəaliyyətini mənfəətlə başa vuran bir quruma çevrilib və maliyyə stabilliyini təmin edə bilib.

- Sonuncu brifinqdə bildirmişdiniz ki, növbəti layihələr daha çox rəqəmsal xarakter daşıyacaq. Bu layihələr həyata keçirilir?

- Tamamilə doğru vurğulayırsınız, biz 2024-cü ili “Azərpoçt” üçün “rəqəmsal il” də hesab edə bilərik. Belə ki, cari il ərzində artıq 3 rəqəmsal layihəmizi elan etmişik. Bunlardan birincisi, hüquqi şəxslərin istifadəsi üçün nəzərdə tutulan internet bankçılıqdır, ikincisi “Azərpoçt”un maliyyə xidmətlərindən faydalanan fiziki şəxslər üçün təqdim olunmuş “AzPostMobile” tətbiqidir. Bu layihələrin reallaşdırılması ilə biz hər iki kateqoriya müştərilər üçün rahat və əlçatan xidməti təmin etmiş olmuşuq. Üçüncü layihəmiz isə “Azərpoçt”un yeni veb-səhifəsinin hazırlanmasıdır. Poçt müştərisi poçta gəlmədən onu maraqlandıran bütün sualların cavabını bu veb-səhifə vasitəsilə ala biləcək. Hər üç layihə vətəndaşların rəqəmsal məlumatlılıq tələbatlarının təmin olunmasına, xidmətlərin onlar üçün daha asan və rahat üsulla əldə olunmasına imkan yaradır.

- Bu layihələr daha çox müştəriyönümlüdür, bəs İT infrastruktur və daxili sistemlərin təkmilləşdirilməsi baxımından hansı işlər görülüb?

- Bəli, daxili İT infrastrukturun da yenilənməsində ciddi işlər görülüb. Bildiyiniz kimi, “Azərpoçt”un nəzdində sürətli poçt xidməti göstərən “qapıdan-qapıya” prinsipi ilə çalışan EMS adlı strukturumuz var.

Adi poçt sistemindən fərqli olan və sürətli poçt xidmətinin keyfiyyətini yüksəltmək məqsədi daşıyan növbəti rəqəmsal həlli tamamlamışıq. Ümumi iş proseslərini özündə əks etdirən və “Azərpoçt”un mütəxəssislərinin hazırladığı yeni proqram təminatı nəticəsində kuryer xidmətlərinin idarəetməsi və optimallaşdırılması həyata keçirilir. Belə ki, müştərilər tərəfindən gələn sifarişlərin effektiv şəkildə idarə olunması, marşrutların optimallaşdırılması, əməliyyatların izlənməsi təmin olunur. Bu işdən faydalanan tərəflər əsasən müştərilərdir. Belə ki, sifariş prosesi indi daha rahat və asandır, ödəniş üsulları fərqlidir və bütün proses şəffafdır. Çünki bütün əməliyyatlar, belə demək mümkündürsə, göz önündədir. Bu işdən digər faydalanan tərəf isə kuryerlərin özüdür. Onların iş performansları şəffaf şəkildə ölçülür və göstərdikləri xidmətlər sayəsində gəlir imkanları artır. Nəticə etibarilə bütün bunlar rəqabətdə üstünlüyə, gəlirlərin artmasına, xidmətin təhlükəsiz və etibarlı şəkildə icrasına imkan yaradır.

Bundan başqa, biz təxminən bir neçə ay bundan qabaq daxili daşımaların izlənilməsi üçün “Azərpoçt”un daxili resursları hesabına proqram təminatını da istifadəyə verdik. Bildiyiniz kimi, “Azərpoçt” bu gün yalnız öz bağlamalarını çatdırmır, həm də ölkədə fəaliyyət göstərən digər karqo şirkətlərinə daşıma xidməti göstərir. Bu sistem karqo şirkətlərinin öz mallarını qəbul anından son çatdırılma anına qədər izləməsini təmin edir. Sözügedən sistem bizə və həmin şirkətlərə faydalı olmaqla yanaşı, müştəri məmnuniyyəti yaradır.

- Bu il ərzində “Azərpoçt”un adından kiberdələduzluq halları barədə qurum dəfələrlə məlumat paylaşdı. Qurumun kibertəhlükəsizliyinin təmin olunması hansı səviyyədədir? Kiberdələduzluq hallarının qarşısının alınması üçün hansı işlər görülür?

- Bu sual günümüzdə nəinki “Azərpoçt”u, eləcə də digər qurumları çox narahat edir və təəssüf ki, geniş yayılmış bir haldır. “Azərpoçt” həm poçt göndərişlərinin çatdırılmasını həyata keçirir, həm də “MasterCard” və VİSA kartları emissiya edir. Həm poçt sahəsində, həm də maliyyə sahəsində təhlükəsizliyin təmin olunması üçün tərəfimizdən bütün tədbirlər icra olunur, müştəri məlumatlarının məxfiliyinin qorunması üçün biz müasir və işlək olan bütün vasitələrdən istifadə edirik. Təəssüf ki, dələduzlar daima iş başındadırlar və bizdən yox, məhz müştəridən asılı olan səbəblərdən öz istəklərinə bəzən çata bilirlər. Təhlil edəndə görürük ki, oğurlanmış vəsaitin sahibi hesab olunan müştəridən onun pul vəsaitini yalnız özünün “icazəsi” ilə əldə edirlər, yəni müştərinin saxta və şirnikləndirici təkliflərə cəlb edilməsi ilə sonda pulunun ələ keçirilməsi baş verir. Burada bizim üzərimizə düşən mütəmadi maarifləndirmə, məlumatlandırma və vətəndaşlara qaranlıq qalan məqamları aydınlaşdırmaqdır ki, müştərilər daha tədbirli olsunlar, yanlışlığa yol verməsinlər. Son zamanlar müşahidələrimiz göstərir ki, artıq poçt göndərişi edən müştərilərimiz, demək olar ki, aldanmırlar, hətta özləri belə imkanları çərçivəsində kiberdələduzluq halını ifşa edirlər.

- İsi müəllim, bu ilin sonunadək “Azərpoçt” tərəfindən bizi daha hansı yeniliklər gözləyir və qeyd etdiyiniz yenilənmə mərhələsi nə zaman bitəcək?

- Öncə qeyd edim ki, ilin sonunadək biz Qarabağda yerləşən poçt şöbələrimizin açılışını təmin edəcəyik. Tezliklə Xankəndidə və Şuşada yaşayan vətəndaşlarımıza universal poçt xidmətləri, eləcə də digər xidmətlərimiz təqdim olunacaq. Yenilənmə mərhələsinin nə zaman bitəcəyi ilə bağlı suala birmənalı cavab vermək düzgün olmaz, çünki bu, davamlı prosesdir. Biz dünyada gedən inkişafı, texnoloji dəyişiklikləri, süni intellektin imkanlarını müşahidə edəndə görürük ki, yenilənmələr artıq konkret müddətə hədəflənmiş deyil, davamlı şəkildə olur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

COP29 iştirakçıları üçün taksi xidməti tətbiqlərində “COP29” menyusu yaradılıb

Hərb Tarixi Muzeyində “Müstəqillikdən Zəfərə!” adlı tədbir keçirilib

® Ülviyyə Cəlilzadə: “Urban Crew” şirkəti olaraq COP29 tədbirinə tam hazırıq

Rəqəmsal İqtisadiyyat üzrə Tərəfdaşlıq Sazişi imzalanıb

Azərbaycan Texniki Universitetində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Türkiyə Prezidenti Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanacağına ümidvar olduğunu bildirib

Azərbaycan qalib dövlət, xalqımız isə qalib xalq kimi dünya tarixinə öz möhürünü vurub ŞƏRH

“Neftçi” basketbol komandasının yeni baş məşqçisi məlum olub

Azərbaycan İlahiyyat İnstitutunun Misirin əl-Əzhər Universiteti ilə əməkdaşlıq etməsinə dair fikir mübadiləsi aparılıb

ATU-da “İnnovativ ekosistemlərin inkişafında universitetlərin rolu” adlı konfrans keçirilir

Şöbə müdiri: 2030-cu ilə qədər iqlim dəyişikliyi səbəbi ilə 80 milyon insanın işini itirəcəyi proqnozlaşdırılır

Türkiyə İranla sərhədboyu divarın tikintisi işlərini başa çatdırmaq üzrədir

Azərbaycan və Anqola arasında idman sahəsində əməkdaşlıq müzakirə olunub

Qaradağa elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Vyetnamın mərkəzində hərbi təyyarə qəzaya uğrayıb, pilotlar itkin düşüb

Azərbaycanın Mərakeşdəki səfirliyində Zəfər Günü qeyd edilib

Baş redaktor: “AnewZ” qərəzsiz, neytral və regional perspektivi təqdim edən alternativ xəbər kanalıdır

Hulusi Kılıç: Azərbaycan COP29 məqsədlərinə nail olmaq istiqamətində mühüm addımlar atır

Yol polisi sürücülərə müraciət edib

® “ACWA Power” şirkəti COP29-un Enerji və Su məsələləri üzrə rəsmi tərəfdaşı olub

İcraçı direktor: “AnewZ” telekanalı indiyədək o qədər də çox eşidilməyən regionların səsini Bakıdan dünyaya çatdıracaq

İctimai-siyasi Sənədlər Arxivində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Prezident İlham Əliyev Donald Trampı yenidən ABŞ Prezidenti seçilməsi münasibətilə təbrik edib

“Neftçi” basketbol klubu baş məşqçisi ilə yollarını ayırıb

Zelenski Trampı seçkilərdə qələbəsi münasibətilə təbrik edib

Amerika Birləşmiş Ştatlarının yeni seçilmiş Prezidenti Zati-aliləri cənab Donald Trampa

Azərbaycanın təbii və mədəni irsinə həsr olunmuş videoçarx hazırlanıb

Ukraynada hərbi vəziyyət rejiminin müddəti növbəti dəfə uzadılıb

Akademik: 8 Noyabr – Zəfər Günü bütün Türk dünyasının bayramıdır

ADY yenilənmiş korporativ veb-saytını təqdim edib

Elm və Təhsil Nazirliyinin Şəki-Zaqatala üzrə yeni Çağrı Mərkəzi istifadəyə verilib

Noyabrın 7-nə olan hava proqnozu açıqlanıb

Dini liderlər qlobal Bakı Sammitinə görə Azərbaycan Prezidentinə təşəkkür ediblər

Prezident İlham Əliyev Bişkekdə Macarıstanın Baş nazirinin təltifolunma mərasimində iştirak edib

Rumıniyada 1300 ton benzin daşıyan qatar relsdən çıxıb

Dövlət qulluğuna qəbulda səriştə modelinin tətbiq olunması ilə bağlı hazırlıq işləri davam edir

Vətən müharibəsindən sonra sabitliyin təminatında yeni model: Polisin və Daxili Qoşunların rolu - konfrans

Rektor: Azərbaycanın COP29-a ev sahibliyi etməsi dövlətimizin növbəti qələbəsidir

FHN-in Cənub Regional Mərkəzində şəhid övladları üçün “açıq qapı” günü keçirilib

Fərid Şahbazlı: COP29 yaşıl iqtisadiyyata keçidin sürətləndirilməsi üçün mühüm platforma rolunu oynayacaq

Dünya dini liderləri COP29 iştirakçılarına müraciət ünvanlayıblar

Azərbaycanla Qırğızıstanın münasibətləri Türk dünyası üçün önəm daşıyır - RƏY

Şuşa şəhərinin azad edilməsi müharibənin gedişinə həlledici təsir göstərdi – elmi-praktik konfrans

Bursada Zəfər Günü və Atatürkün Anım Günü ilə bağlı şahmat turniri keçirilib

Dünya çempionu olan Azərbaycan cüdoçusu: Nəticə istədiyim və gözlədiyim kimi alındı

Misli Premyer Liqası: XIII turun oyunlarına hakim təyinatları açıqlanıb

Donald Tramp özünü ABŞ-ın 47-ci prezidenti elan edib

Bakı Sammitinin iştirakçıları dövlətlərə, beynəlxalq təşkilatlara və dini liderlərə müraciət ediblər

Bişkekdə Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşü keçirilib
Prezident İlham Əliyev Dövlət Başçıları Şurasının iclasında iştirak edib YENİLƏNİB-5

Paytaxt məktəbində mina təhlükəsinə qarşı maarifləndirmə tədbiri keçirilib

Orban Trampı “gözəl qələbə” qazanması münasibətilə təbrik edib

Hüseyn Hüseynov: “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası nəticəsində iqtisadiyyat hər il 3-4 faiz artacaq

“Səbail” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Misli Premyer Liqasında XVI turun proqramı açıqlanıb

BMT rəsmisi: ESG üzrə vahid platformanın təqdimatı düzgün planlaşdırmanın göstəricisidir

Altı milyondan çox italyan xaricdə təhsil alır

Azərbaycan Kubokunda 1/8 final oyunlarının vaxtı bəlli olub

“Bir Müəllimin Manifesti” ixtisasartırma proqramının builki tələbələri Qazaxda dərsə başlayıblar

Dünya dini liderləri tərəfindən Bakı Bəyannaməsi qəbul edilib

Rusiya vətəndaşının Azərbaycandan külli miqdarda narkotik vasitə keçirməsinin qarşısı alınıb

Almatıda Türkiyənin Təhsil, Elm və Mədəniyyət Mərkəzi açılıb

Çempionlar Liqası: Əliyar Ağayevin idarə etdiyi oyunda VAR-a baxılıb, qol qeydə alınmayıb

Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edir VİDEO

“ASAN xidmət”də Zəfər Günü ilə bağlı tədbir təşkil olunub

Maksim Medvedev: Norveç klubu “Qarabağ”la matçda öz oyun üslubundan kənara çıxmalı olacaq

Şeyxülislam: COP29-un Azərbaycanda keçirilməsi ölkəmiz üçün böyük əhəmiyyət daşıyır

Moskvada COP29-a həsr olunmuş forum keçirilir

Nazirlik: İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun fəaliyyəti üçün 1 milyard dollar kapital toplanması planlaşdırılır

Göygöldə alkoqollu içkilərin istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Azərbaycan Prezidenti: Əminəm ki, TDT-yə üzv ölkələr COP29-un işində fəal iştirak edəcəklər

Donald Tramp seçkilərdə qələbəsini elan etməyə hazırlaşır

Vətən müharibəsinin xronikası: 6 noyabr

Prezident İlham Əliyev: Orta Dəhlizin rəqəmsallaşdırılması istiqamətində bir sıra layihələr icra olunur

Respublika Gənclər Kitabxanasında “Zəfərə gedən yol” adlı tədbir keçirilib

Prezident: Son dövrlər Şərq-Qərb nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisi üzrə daşımalar daha da artıb

Tramp: Bu, Amerika xalqının qələbəsidir

Nazir müavini: Azərbaycanın iqlim təşəbbüsləri qlobal miqyasda yaşıl iqtisadiyyata keçiddə əhəmiyyət daşıyacaq

Xidmətlər Zərfinə əlavə olunması planlaşdırılan əməliyyatlar haqqında müzakirələr aparılıb

ABŞ mediası: Prezident seçkilərində Tramp liderlik edir

Azərbaycan Prezidenti TDT Dövlət Başçıları Şurasının iclasında üzv ölkələr arasındakı hərbi əməkdaşlıqdan danışıb

Prezident İlham Əliyev: Azərbaycan TDT-nin möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək

Sərdar Çələbi: Bakı Sammiti iqlimlə bağlı birgə fəaliyyətin təşviqində əhəmiyyətli ola bilər

Şöbə müdiri: İqlim dəyişikliyi 2050-ci ilə qədər dünya iqtisadiyyatına 7,9 trilyon dollar zərər vuracaq

“Fox News”: Donald Tramp ABŞ-da keçirilən prezident seçkilərində 277 seçkiçinin səsini qazanır

Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb

Məktəbəqədər yaşlı uşaqların qidalanması zamanı nələrə diqqət yetirilməlidir?

Özbəkistanda Zəfər Günü münasibətilə kitab təqdimatı olub

ABŞ Senatına seçkilərdə respublikaçılar önə çıxıb

Misli Premyer Liqası: “Neftçi” – “Qarabağ” oyununun vaxtı açıqlanıb

DOST Agentliyi Portuqaliyada növbəti dəfə Avropa Sosial Xidmətlər Mükafatına layiq görülüb

“Yaşıl dünya naminə” layihəsi çərçivəsində Biləsuvarda ekoloji aksiyalar keçirilib

KOBİA sədri: Milli ESG standartı Beynəlxalq Standartlaşdırma Təşkilatının tövsiyələrinə əsasən hazırlanıb

Fidon Mvombeki: Azərbaycanın yaşıl dünya naminə həmrəylikdə oynayacağı rol əhəmiyyətlidir

UEFA Gənclər Liqası: Azərbaycan çempionu “Bazel”lə cavab oyununa çıxacaq

Nəbil Həddad: İqlim dəyişikliyinə qarşı mübarizədə din öz rolunu açıq şəkildə göstərir

Azərbaycanın daha bir veteran cüdoçusu dünya çempionu olub

AMEA-da “Vətən sevgisindən Zəfər marşına” adlı tədbir təşkil edilib

Xankəndi və Füzuli şəhərlərinə onlayn ticarət platformalarından edilən sifarişlərin çatdırılmasına başlanılıb

Professor Ruhi Ersoy: Türkiyə və Azərbaycanın taleyi ayrılmaz bir bütövdür

Azərbaycan Televiziyası və Radiosu Gününə həsr olunmuş ənənəvi kitab sərgisi açılıb