İQTİSADİYYAT
“AZƏRPOÇT” MMC-DƏ MÜSABİQƏ KOMİSSİYASI YARADILMIŞDIR
Bakı, 18 avqust (AZƏRTAC). Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərpoçt” MMC-də “Peşəkar əməliyyatçı” və “Peşəkar poçtalyon” mövzusunda müsabiqənin keçirilməsi ilə əlaqədar komissiya yaradılmışdır.
Nazirlikdən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, müsabiqənin məqsədi MMC-in struktur tərkibinə daxil olan filiallarda “Rabitəçi” adını daşıyan və digər işçilərin öyrədilməsində fərqlənən əməliyyatçı və poçtalyonun müəyyənləşdirilməsidir.
Artıq namizədlərin (bir nəfər ən peşəkar əməliyyatçı və poçtalyon) komissiyaya göndərilməsi haqqında bütün yerli poçt filiallarına məktublar göndərilmişdir.
Poçt filialları tərəfindən təqdim edilmiş namizədlərin seçilməsi müsabiqə yolu ilə həyata keçiriləcəkdir. Qaliblər sentyabrın 17-dək müəyyən ediləcəkdir. Onlar “Azərpoçt”-un “Fəxri fərman”ı və pulla mükafatlandırılacaqlar.
Müsabiqə rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı gününə həsr edilmişdir.