AzərTAc-IN FOTOMÜXBİRİ BEYNƏLXALQ MÜSABİQƏNİN QALİBİDİR

Xatırladaq ki, İlqar Cəfərovun fotoşəkilləri Bakıda, habelə Moskvada, İTAR-TASS-ın binasında 3 fərdi sərgidə nümayiş etdirilmişdir.
“Rusiyanın mətbuat fotosu” müsabiqəsi 1995-ci ildən keçirilir. Müstəqil Rusiya fotojurnalistlərinin təşkil etdikləri müsabiqədən məqsəd fotojurnalistikada yüksək peşəkar standartları dəstəkləmək və sərbəst informasiya mübadiləsinə yardım göstərməkdir.
Ən yaxşı fotolar 12 ölkənin nümayəndələrindən ibarət onlayn münsiflər heyətinin səsverməsinin nəticələrinə əsasən seçilmişdir.