AZƏRTAC-ın Ukraynada akademik Zərifə Əliyeva adına istirahət parkından fotoreportajı
İrpen, 27 aprel, AZƏRTAC
Ukraynanın İrpen şəhərində 2005-ci ildə Azərbaycanın görkəmli elm xadimi, oftalmoloq alim, akademik Zərifə Əliyeva adına park salınanda, bu, həmin şəhərdə ilk salınan müasir istirahət mərkəzi idi. Bu istirahət mərkəzi yerli sakinlər və xarici qonaqların sevimli məkanına çevrilib.
Vətəndən uzaq yaşayan hər bir azərbaycanlı üçün bu park əvəzedilməzdir. Bu məkanda gəzərkən özünü Azərbaycanda, Vətəndə hiss edirsən.
AZƏRTAC oxucuları üçün istirahət parkından fotogörüntüləri təqdim edir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev